top
Azərbaycan Cüdo Federasiyasının rəsmisi yeni qaydaları dəyərləndirib Report.az
17 dekabr 2024, 14:24
- ↺ +

Azərbaycan Cüdo Federasiyasının rəsmisi yeni qaydaları dəyərləndirib

Azərbaycan Cüdo Federasiyası (ACF) prezidentinin müşaviri Natiq Bağırov bu idman növündəki yeni qaydaları dəyərləndirib.

Qurum rəsmisi "Report"a açıqlamasında Beynəlxalq Cüdo Federasiyasının (IJF) Türkiyədə təşkil etdiyi seminarda qəbul olunan yeni qaydalar haqqında məlumat verib.

N.Bağırov bəzi fəndlərlə bağlı qaydaların əvvəlki kimi saxlanıldığını söyləyib:

"Beynəlxalq Cüdo Federasiyasının Türkiyədə keçirilən seminarında ictimaiyyəti yeni qaydalarla tanış etdilər. Əvvəlki kimi "ippon"a yenə təmiz qələbə veriləcək. Bu zaman rəqib ya kürəyiüstə tam düşməlidir, ya da körpü vəziyyətində olmalıdır. Bundan əlavə, idmaçının kürəyi ilə tatami arasında 90 dərəcəlik yer qalarsa, "vazari" qələbəsi qeydə alınacaq. Yeni qaydalar bundan ibarətdir ki, "yuka" fəndi (5 xal) qaytarılıb. Rəqib düz böyrüüstə düşürsə, buna "yuka" verilir. Bunun üçün də idmançı ilə tatami arasında 90 dərəcə yer olmalıdır. Yəni idmançı ombasıüstə yıxılırsa və dirsəyini və ya əlini açıq vəziyyətdə yerə qoyursa, bu, 90 dərəcə hesablanır və "yuka" verilir".

O, "şido" xəbərdarlığı il bağlı dəyişiklik olduğunu deyib:

"Köhnə qaydalara əsasən rəqibi kəmərdən aşağı tutanda "şido" qeydə alınırdı. İndi isə kəmərdən aşağı, ombaya qədər tutmaq olar. Yəni "kumikata" tutuşu tətbiq etmək olar. Buna görə xəbərdarlıq edilmir. Lakin rəqibi ombadan aşağı tutanda, yəni "te-vaza" vəziyyətində xəbərarlıq edilir. Bu da o deməkdir ki, ayaqdan tutmaq olmaz. Yalnız parter vəziyyətində ayaqdan tutmağa icazə verilir".

ACF rəsmisi fənddən çıxış vəziyyəti ilə əlaqədar dəyişikliklər edildiyini vurğulayıb:

"Yeni dəyişikliklərdən biri də fənddən çıxış vəziyyəti ilə bağlıdır. Bu əvvəl qarışıq idi. İtələmək və ya könüllü çıxış olduğunu ayrıd etmək çətin idi. İndi bunun fərqi olmayacaq. Kimsə fənd tətbiq edərkən rəqibi tatamidən çıxsa, buna, həmçinin itələməyə görə xəbərdarlıq verilməyəcək. İdmançı tatamidən yalnız könüllü çıxsa, iki ayağını da kənara qoysa, buna görə xəbərdarlıq veriləcək. İdmançı tatamidən tam çıxmamış rəqib fənd tətbiq edəcəyi halda isə xal qeydə alınacaq".

Mütəxəssis diskvalifikasiya və qeyri-ənənəvi tutuşlarla bağlı şərtlərdə də dəyişiklik olduğunu bildirib:

"İdmançı iki əli ilə rəqibini qucaqlayıb atarsa, buna xəbərdarlıq veriləcək. Lakin rəqibi əlləri birləşdirməmək şərti ilə tutmalısan. Bundan başqa, əvvəl fənd tətbiq edən idmançının başı tatamiyə dəyirdisə, "dayvinq" etdiyinə görə onu diskvalifikasiya edirdilər. İndi azyaşlılar və gənclər arasındakı yarışlarda buna icazə veriləcək. Sadəcə, yeniyetmələrin turnirlərində bu halda xəbərdarlıq ediləcək. Yalnız rəqibə fənd tətbiq edən idmançı boynuüstə düşərsə, buna diskvalifikasiya verilir. Dəyişikliklərdən biri də klassik tutmalarla əlaqədardır. İdmançılara fənd tətbiq etmək üçün 30 saniyə vaxt verilir. Əks halda "mate" qeydə alınır və idmançılara güləşməmələrinə görə "şido" xəbərdarlığı edilir. Qeyri-ənənəvi tutuşlardan istifadə etmək, hətta kimanonun qolunun içindən də tutmağa icazə var. Bu məqamda isə cəmi bir neçə saniyə vaxt verilir. İdmançı bu müddət ərzində fənd tətbiq etməlidir. Əks halda ona xəbərdarlıq olunur. Əvvəlki qaydalardan fərqli bu halda idmançı fənd göstərməyə cəhd edirsə, mübarizə dayandırılmayacaq. "Fals-hücum" haqqında dəfələrlə vurğuladılar. Buna görə əvvəlki kimi yenə xəbərdarlıq ediləcək".

N.Bağırov "nevaza" vəziyyəti ilə bağlı dəyişikliklər olduğunu da qeyd edib:

"Nevaza" vəziyyətində həm şalvarın, həm də kimononun qoltuğunun iç tərəfindən fəndə icazə veriləcək. Buna görə heç bir xəbərdarlıq olunmayacaq. Parter vəziyyətində əvvəl 10 saniyədən sonra "vazari" xalı verirdilər. İndi 5 saniyədən sonra idmançıya "yuka" xalı veriləcək. Yeni qaydalara görə idmançı "nevaza" vəziyyətində boğucu və ya ağrıdıcı fənd işlədərsə, bu hücum sayılacaq. Onu da qeyd edim ki, yeni qaydalarla bağlı son qərarlar dünya çempionatından sonra veriləcək. Bu aylar ərzində hansısa dəyişikliklər ola bilər".

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarından sonra aparılan təhlil və müzakirələrin nəticəsi olaraq qaydalar növbəti Olimpiya dövrünə uyğunlaşdırılıb və yenilənib. Yeni qaydaların 1 yanvar 2025-ci il tarixindən etibarən qüvvəyə minəcəyi və 2025-ci ilin iyununda keçiriləcək böyüklər arasında dünya çempionatından sonra yenidən nəzərdən keçiriləcəyi bildirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Oxşar xəbərlər