Futbol üzrə Azərbaycan İkinci Liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan "Şirvan" - "Marafon" oyunu təxirə salına bilər.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, buna səbəb güclü yağəş səbəbindən Şirvan Olimpiya İdman Kompleksinin meydanının yararsız vəziyyətə düşməsidir.
Hazırda örtük gölməçələrlə dolub və bu vəziyyətdə oyunun keçirilməyəcəyi gözlənilir. Oyunun baş tutub-tutmayacağına yarım saat ərzində qərar verilməlidir.
Qeyd edək ki, qarşılaşma saat 14:00-da start götürməlidir.