Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Vozinya Çilinin "Kolo-Kolo" futbol klubu ilə ölkə çempionu olub.
İdman.Biz EFE agentliyinə istinadən xəbər verir ki, "Kolo-Kolo" Çili çempionatının 27-ci turunda səfərdə "Nyublense"ni 2:1 hesabı ilə məğlub edərək tarixində 35-ci dəfə ölkə çempionu olub.
Görüşün 14-cü dəqiqəsində Arturo Vidal hesabı açıb. 29-cu dəqiqədə Lukas Molina tarazlığı bərpa edib. Matçın 90+2-ci dəqiqəsində Markos Boladosun vurduğu qol "Kolo-Kolo"ya qələbə qazandırıb.
Qarşılaşmanın 90+7-ci dəqiqəsində isə Vozinya komandasının qələbəsini qoruyan vacib seyvə imza atıb. O, rəqibin təhlükəli zərbəsini dəf edərək hesabın bərabərləşməsinə imkan verməyib.
Qeyd edək ki, 40 yaşlı qapıçı 2026-cı il dünya çempionatındakı çıxışı ilə də diqqət çəkmişdi. O, avqust ayında "Kolo-Kolo"ya keçib və bununla da karyerasında ilk dəfə xarici ölkədə çempionluq qazanıb.
Qarşılaşmadan sonra Vozinya kuboku ailəsinə, doğma Kabo-Verdeyə, komanda yoldaşlarına və "Kolo-Kolo" azarkeşlərinə həsr etdiyini bildirib.
View this post on Instagram