top
Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq Idman.biz
Bu gün, 12:30
- ↺ +

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Yaponiya Futbol Assosiasiyasının (JFA) fəxri prezidenti Kozo Taşima gələn ilin martında keçiriləcək FIFA prezident seçkisində hazırkı qurum rəhbəri Canni İnfantinoya rəqib olacaq.

İdman.Biz "Reuters" agentliyinə istinadən xəbər verir ki, Taşimanın namizədliyini irəli sürmək qərarı Yaponiya futbolunda idarəçiliklə bağlı narazılıqların artdığı bir vaxtda gündəmə gəlib.

Bu addımdan əvvəl Yaponiyanın sabiq baş məşqçisi Takeşi Okada ötən ay JFA-nın vitse-prezidenti vəzifəsindən istefa verib. 1998 və 2010-cu il dünya çempionatlarında Yaponiya millisinə rəhbərlik etmiş Okada qərarını FIFA və dünya çempionatı ətrafında baş verən proseslərlə bağlı narahatlıqları ilə əsaslandırıb. Onun istefası Asiya Futbol Konfederasiyasının (AFC) İnfantinonun yenidən seçilməsinə dəstək verdiyini açıqlamasından sonra baş verib.

JFA-ya səkkiz il rəhbərlik etmiş, hazırda isə assosiasiyanın fəxri prezidenti olan 68 yaşlı Taşima seçki kampaniyasını şəxsi vəsaiti hesabına maliyyələşdirəcəyini bildirib. O, FIFA-nın hazırkı rəhbərinə qarşı çıxmaq niyyətini bir neçə ay əvvəl də ifadə edib.

Taşima avqust ayında "Nikkei Shimbun" nəşrinə açıqlamasında FIFA-nın "Forward Enterprise" planını tənqid edib. O, futbolun kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması təşəbbüsünü həm qərarvermə prosesi, həm də mahiyyəti baxımından qəbuledilməz adlandırıb və planın qüsurlu olduğunu bildirib.

İnfantino isə bu təşəbbüsün ictimaiyyətə təqdim olunması zamanı kommunikasiya səhvlərinə yol verdiyini etiraf edib və FIFA-nın idarəçilik sisteminin müstəqil şəkildə nəzərdən keçirilməsinə açıq olduğunu bildirib.

Taşima İnfantinonu vəzifəsindən uzaqlaşdırmaq şansını təxminən 30 faiz qiymətləndirir. Bundan başqa, onun namizədliyinin rəsmiləşməsi üçün tələb olunan beş milli federasiyanın dəstəyini hələ əldə etmədiyi bildirilir.

"Bu, qalib gəlmək və ya məğlub olmaq məsələsi deyil. Məqsədimiz Yaponiya futbolunun formalaşdırdığı dürüstlük, sağlamlıq və prinsipiallıq dəyərlərini dünyaya göstərməkdir. İnanıram ki, hazırda FIFA-ya məhz bunlar lazımdır", - deyə Taşima namizədliyini açıqlayarkən bildirib.

Qeyd edək ki, Taşima futbolçu karyerasına məktəb illərində başlayıb. O, 1976-cı ildə "Saitama Municipal Urawa Minami" liseyinin kapitanı kimi Yaponiyanın nüfuzlu məktəblərarası çempionatında qalib gəlib. Daha sonra Tsukuba Universitetində təhsil alıb və burada Yaponiya millisinin heyətində ilk oyununa çıxıb. Hücumçu mövqeyində çıxış edən futbolçu yığmada ümumilikdə yeddi matç keçirib.

Universiteti bitirdikdən sonra "Furukawa Electric" klubuna qoşulub. 1982-ci ildə, 25 yaşında futbolçu karyerasını başa vuraraq məşqçilik təhsili almaq üçün Almaniyanın Köln şəhərinə yollanıb.

Yaponiyaya qayıtdıqdan sonra futbolun texniki və inzibati sahələrində çalışıb. 2001-ci ildə U-17 dünya çempionatında Yaponiya yığmasının baş məşqçisi olub. 2002-ci ildə isə ölkənin dünya çempionatına ev sahibliyi etməsindən sonra JFA-nın texniki direktoru təyin edilib.

2006-cı ildə assosiasiyanın baş katibi, 2010-cu ildə vitse-prezidenti olan Taşima 2015-ci ildə FIFA Şurasına üzv seçilib. Bir il sonra JFA-nın prezidenti vəzifəsinə gətirilib və ardıcıl dörd dəfə ikiillik müddətə bu posta seçilib.

O, 2018-ci il dünya çempionatına iki ay qalmış Yaponiya millisinin baş məşqçisi Vahid Halilhodziçi vəzifəsindən azad edərək onun yerinə Akira Nişinonu təyin etməsi ilə də diqqət çəkib. Nişinonun rəhbərliyi altında Yaponiya millisi Rusiyada keçirilən mundialın 1/8 final mərhələsinə yüksəlib.

İndi isə Kozo Taşima FIFA rəhbərliyində dəyişiklik etmək və Canni İnfantinoya rəqib olmaq niyyətindədir.

"Fədakarlıq mənim əsas prinsipimdir. FIFA rəhbəri olmaq da məhz bunu tələb edir", - deyə o, "Sports Nippon" nəşrinə müsahibəsində bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Oxşar xəbərlər