top
Azərbaycan badminton millisinin baş məşqçisi: Bizim yer aldığımız qrup daha çətindir Report.az
17 dekabr 2024, 15:29
- ↺ +

Azərbaycan badminton millisinin baş məşqçisi: "Bizim yer aldığımız qrup daha çətindir"

Bizim yer aldığımız qrup daha çətindir.

Bunu "Report"a açıqlamasında Azərbaycan badminton millisinin baş məşqçisi Morteza Validarvi deyib.

Mütəxəssis 2025-ci il fevralın 12-16-sı aralığında Bakıda ilk dəfə keçiriləcək Avropa çempionatındakı rəqiblər barədə danışıb. O, Azərbaycan yığmasının ev sahibi olduğundan qarışıq komandaların qitə birinciliyinin final mərhələsinə birbaşa vəsiqə qazandığını xatırladıb:

"Avropanın ən güclülərindən olan digər 7 komanda isə dekabrda təsnifat mərhələsini uğurla başa vuraraq həlledici məhələyə yüksəlib. Püşkatmaya gəlincə, müqayisə etsək, bizim yer aldığımız birinci qrup daha çətindir. Son çempion Danimarka və İngiltərə yığmaları ilə bir qrupda yer almağımız belə düşünməyə əsas verir. İspaniya yığması da güclü rəqibdir. Artıq oyunların təqvimi də məlumdur. Fevralın 12-də ilk matçımız heyətində olimpiya çempionları yer alan Danimarka millisinə qarşı olacaq. İkinci görüşümüz İngiltərəyə, sonuncu isə İspaniyaya qarşı olacaq. Qrupda yer alan rəqiblərin hər birinin heyətində olimpiadanın mükafatçıları və iştirakçıları yer alıb. Demək olar ki, hər 5 kateqoriya üzrə dünyada "top-10"da yer alan badmintonçular var".

Baş məşqçi dünya badminton ictimaiyyətinin diqqətinin Bakıya yönələcəyini vurğulayıb:

"Düşünürəm ki, Bakı İdman Sarayında olimpiya çempionlarını izləmək azarkeşlərə də maraqlı olacaq. Bu səviyyədə yarışın ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkə badmintonu üçün böyük hadisədir. Çünki burada təşkilati məsələlər yüksək səviyyədə həyata keçirilir. Azərbaycanı bu cür mötəbər turnirdə layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Bildiyiniz kimi, reqlamentə görə bir badmintonçu maksimum iki kateqoriyada mübarizə apara bilər. Təbii ki, yüksək səviyyəli rəqiblərlə qarşılaşmaq bizim üçün ilk növbədə böyük təcrübə olacaq. Müqayisəli götürsək, rəqiblərin heyəti daha genişdir. Məsələn, Danimarkada ikiqat olimpiya çempionu Viktor Akselsen yalnız kişilərin şəxsi yarışında mübarizə aparacaq. Eynilə də digərləri yalnız bir kateqoriya üzrə qüvvəsini sınayacaq. Bizdə isə bu baxımdan rotasiya imkanları geniş deyil. Amma yenə deyirəm, səviyyəli badmitonçuların Azərbaycana gəlişi bizim idmançılar üçün böyük fürsətdir. Bu cür turnirlər həmçinin badmintonun inkişafına, kütləviliyin, marağın artmasına təkan verir".

O, dekabrın 16-dan təlim-məşq toplanışına start verdiklərini diqqətə çatdırıb:

"Qitə çempionatına hazırlıq məqsədilə ilk mərhələdə Bakıda, ardınca ölkə xaricində təlim-məşq toplanışlarımız nəzərdə tutulub. İlk mərhələdə daha çox fiziki hazırlıq üzərində işləyəcəyik. İkinci mərhələdə isə artıq texniki-taktiki hazırlığa üstünlük veriləcək".

Qeyd edək ki, I qrupda yer alan Azərbaycan millisinin rəqibləri son Avropa çempionu Danimarka, İspaniya və İngiltərə yığmaları olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Oxşar xəbərlər