Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın dresaj növü üzrə "Maksima Masters" Avrasiya kuboku uğrunda yarış keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi Aydın Əlibəyov uğurlu çıxış edərək, 5 qızıl medal qazanıb.
Yarışda 3 atla iştirak edən Aydın ilk gündə cavan atlar arasında (5-7 yaş) 2 qızıl və "Prix Sant George" proqramı üzrə 1 bürünc, ikinci gündə isə cavan atlar arasında (5-7 yaş) 2 qızıl və "İntermediate 1 Freestyle" proqramında 1 qızıl medala sahib çıxıb.
İdman.biz