Akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024" beynəlxalq turnirində iştirak edəcək idmançıların rəsmi paradı olub.
İdman.biz xəbər verir ki, tədbir Füzulidə baş tutub.
Parada Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
Qeyd edək ki, bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür. Yarış oktyabrın 18-də Mingəçevirdə başa çatacaq.
Aytac Sahəd
İdman.biz