top
Avropada ilk sınaq: “DH Volley” təcrübəli “Holte”nin öhdəsindən gələ biləcəkmi? - İDMAN.BİZ-in İCMALI Idman.biz
Bu gün, 17:20
- ↺ +

Avropada ilk sınaq: “DH Volley” təcrübəli “Holte”nin öhdəsindən gələ biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Bu gün CEV Çağırış Kubokunun 1/32 final mərhələsində Bakının "DH Volley" komandası Danimarka qadın voleybolunun tarixi liderlərindən biri ilə səfər oyununa çıxacaq.

İdman.Biz-in məlumatına görə, "Holte" ölkəsinin 20 qat çempionudur və Avropa turnirlərinin daimi iştirakçısıdır.

Bununla belə, Azərbaycan klubunun da rəqibini təəccübləndirmək üçün imkanları var. "DH Volley" cəmi ötən mövsümdən fəaliyyət göstərməsinə baxmayaraq, debüt çempionatında gümüş medal qazanıb. 2025/2026 mövsümünün finalında komanda Tovuzun "Turan" klubuna uduzub.

Avrokuboklarda debütü öncəsi "DH Volley" heyətində ciddi dəyişikliklər edib. Ötən mövsüm komandaya rəhbərlik edən Fərid Cəlalovun əvəzinə braziliyalı Durval de Santana Nunes baş məşqçi təyin olunub. Bundan başqa, klub Azərbaycan voleybolunun əsas ulduzlarından biri olan Polina Rəhimovanı heyətinə qatıb. O, karyerasının son klub mövsümünü Azərbaycanda keçirmək qərarına gəlib. Milli komandanın uzun illər lideri olmuş voleybolçu klub səviyyəsində də beynəlxalq arenada özünü tanıda bilib.

Komandanın diqqətçəkən oyunçularından biri də 26 yaşlı polşalı hücumçu Rozaliya Qnatışındır. O, bu yaxınlarda "DH Volley"ə qoşulub. Ötən mövsümü isə Türkiyənin "Çanaqqala Belediyespor" klubunda keçirib. Komandadakı digər polşalı voleybolçu – toppaylayıcı Nataliya Qayevskayanın da hücumların təşkilində mühüm rolu olacaq. Hücum xəttinin gücləndirilməsinə kubalı Cessika Agilera Karbaxal, bolqarıstanlı Dima Uşeva və Qvineya təmsilçisi Fatumata Binta Ba da töhfə verməlidirlər.

Azərbaycan çempionatı hələ başlamadığından, "DH Volley" isə yeni mövsümə hazırlığı barədə məlumat vermədiyindən komandanın hazırkı formasını qiymətləndirmək çətindir. Bugünkü qarşılaşma yenilənmiş heyət üçün rəsmi oyunda ilk ciddi sınaq olacaq.

CEV Çağırış Kubokunun 1/16 finalına yüksəlmək üçün "DH Volley" hər iki oyunda qalib gəlməlidir. Tərəflər qələbələri bölüşdürərsə, hesabından asılı olmayaraq, cavab matçından sonra 15 xala qədər oynanılan "qızıl set" keçiriləcək. Bu setdə qalib gəlmək üçün ən azı iki xallıq üstünlük tələb olunur. Qalib mübarizəni davam etdirəcək, məğlub tərəf isə turnirlə vidalaşacaq. Buna görə də Bakı təmsilçisi artıq ilk oyunda növbəti mərhələyə yüksəlmək üçün yaxşı zəmin yaratmağa çalışmalıdır.

Ancaq bunu etmək asan olmayacaq. Rəqib daha təcrübəlidir.

"Holte" Kopenhagenin ətrafında yerləşən, Danimarkanın yüksək liqasında çıxış edən və müntəzəm olaraq ölkə çempionluğu uğrunda mübarizə aparan klubdur. Son illərdə komanda 2017, 2019, 2020, 2021, 2024 və 2025-ci illərdə çempion olub. 2026-cı ildə də finala yüksəlib, lakin Orhusun "ASV Elit" klubuna uduzub. Bu, komandalar arasında ardıcıl dördüncü final qarşılaşması olub. Bununla belə, Danimarka Kubokunda "Holte" son iki mövsümdə – 2024/2025 və 2025/2026 mövsümlərində qalib gəlib.

Danimarka klubunun Avropa təcrübəsi də kifayət qədər zəngindir. Komanda 1990-cı illərin əvvəlindən beynəlxalq turnirlərdə iştirak edir. Bu müddətdə Avropa Çempionlar Kubokunda, CEV Kubokunda, Kubok Qalibləri Kubokunda, Top Teams Cup və Çağırış Kubokunda çıxış edib. "Holte" əsas Avropa turnirlərində nadir hallarda son mərhələlərə yüksəlsə də, 2017-ci ildə NEVZA regional turnirinin qalibi olub.

Ötən mövsüm Danimarka təmsilçisi Çağırış Kubokunun 1/8 finalına qədər irəliləyib. Bu mərhələdə Serbiyanın "Srvena Zvezda" klubuna hər iki oyunda məğlub olub – 1:3 və 0:3. Lakin Belqrad təmsilçisi ilə qarşılaşmaya qədər "Holte" avrokuboklarda ardıcıl dörd qələbə qazanmışdı. Maraqlıdır ki, həmin duel Azərbaycanla da bağlı olub: oyunlardan birində ikinci hakim funksiyasını beynəlxalq dərəcəli referi Kəmalə Əsgərova yerinə yetirib.

"Holte"nin heyətində fərdi uğurları ilə seçilən voleybolçular da var. Komandanın dörd oyunçusu 2025/2026 mövsümünün yekunlarına əsasən Danimarka çempionatının rəmzi yığmasına daxil edilib. Bu heyət liqanın oyunçuları və məşqçiləri arasında keçirilən səsvermə nəticəsində müəyyənləşdirilib.

Onların arasında diaqonal hücumçu Emma Stevnsborq və həm rəmzi yığmaya düşən, həm də Danimarka Kubokunun son finalının ən yaxşı oyunçusu seçilən Frida Brink var. Komandanın digər təmsilçisi mərkəz blokçusu Amali Laxenmeyerdir. Dördüncü oyunçu isə libero Nora Melqordur.

Danimarka komandasının baş məşqçisi Sven-Erik Lauridsen də mükafatlandırılıb. Uzun illərdir "Holte"yə rəhbərlik edən mütəxəssis 2025/2026 mövsümünün yekunlarına əsasən qadınlar liqasının ən yaxşı məşqçisi seçilib.

"Holte"nin heyətində legionerlər də yer alır. Onların arasında islandiyalı Sara Ösk Stefansdottir, eləcə də amerikalılar Keyt Lamot və Andrea Kampos var. Komandanın diqqətçəkən digər oyunçularından biri də 2024/2025 mövsümündə Danimarka Kubokunun finalının yekunlarına əsasən fərdi mükafat qazanan Klara Vindeleffdir.

Danimarka çempionatının yeni mövsümü artıq başlayıb və "Holte" indiyədək iki oyun keçirərək hər ikisində 3:0 hesabı ilə qalib gəlib. Xüsusilə "Hvidovre" ilə ev qarşılaşmasında komanda inamlı təsir bağışlayıb – setlər 25:14, 25:15 və 25:10 hesabları ilə başa çatıb. Hazırda altı xalı olan "Holte" əlavə göstəricilərə görə son ölkə çempionu "ASV Elit"dən geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Beləliklə, Danimarka təmsilçisinin mühüm üstünlüyü var: komanda artıq rəsmi oyun təcrübəsi qazanıb. Azərbaycan çempionatı hələ başlamadığından "DH Volley" isə belə təcrübədən məhrumdur.

Bununla belə, favorit statusu qələbəyə zəmanət vermir. Azərbaycan klubları artıq avrokuboklarda gözlənilməz nəticələr əldə edə bildiklərini göstəriblər. "Turan" Çempionlar Liqasındakı çıxışına Xorvatiyanın "Mladost" klubunu 3:0 hesabı ilə məğlub etməklə başlayıb. İndi "DH Volley" də bu ənənəni davam etdirmək və avrokuboklardakı debütünü yaddaqalan etmək fürsətinə malikdir.

Qeyd edək ki, "Holte" - "DH Volley" matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması isə noyabrın 5-də Bakıda keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:28

Mbappe La Liqa'dan üzr istədi

Futbol
Bu gün, 18:13

Mançester Siti - Brayton matçında Donnarumma əvəzinə Rulli qapıya çəkiləcək

Futbol
Bu gün, 18:09

Harri Kejn "Fial Ball" mükafatını qazanaraq tarixə düşdü

Futbol
Bu gün, 18:07

Araz‑Naxçıvanın məşqçisi Zaur İsmayılov: Rəqib kimindən asılı olmayaraq qələbə üçün mübarizə apardıq

Cüdo
Bu gün, 18:02

Azərbaycan U-23 Avropa Judo Çempionatı üçün 8 idmançı Neapolda yarışacaq

Digər
Bu gün, 18:00

Böyük futbol klublarının minifutbola qatılması çətindir

Futbol
Bu gün, 17:40

Çin şirkətləri Mbappé ilə reklam əməkdaşlığını video sonrası dayandırdı

Digər
Bu gün, 17:20

Avropa Liqası: "Renn" – "Olimpiakos" oyununun vaxtı dəyişdirilə bilər

Digər
Bu gün, 17:00

Füzuli Məmmədov: “Heyətlə bağlı qərar verməmişəm”

Digər
Bu gün, 16:55

MOİK-in baş məşqçisi: “Zədəlilərin sayı çoxdur”

Futbol
Bu gün, 16:48

Vəli Qasımov Filipe Kandido‑nun gənclik dövrünü və “Sumqayıt”dakı məşqçilik fəaliyyətini tərifləyir

Digər
Bu gün, 16:41

Volkanovski evlilik ildönümünü hədiyyə ilə qeyd edərək UFC 333‑də qalib gəldi

Futbol
Bu gün, 16:31

U-15 Dünya Çempionatı: Nəticədən çox futbolçuların inkişafı vacibdir – Vaqif Cavadov

Digər
Bu gün, 16:29

A Seriyası: “İnter”lə “Latsio”nun liderlik yarışı, “Yuventus” və “Milan” üçün derbi öncəsi sınaq - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 16:14

Sənan Qurbanov: U-15 Dünya Çempionatımillimizin inkişafına töhfə verir

Futbol
Bu gün, 16:10

Azərbaycan Kubokunda “Araz-Naxçıvan” “Şimal”ı, “Marafon” isə “Zaqatala”yı məğlub etdi

Digər
Bu gün, 16:09

Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atıldı

Minifutbol
Bu gün, 16:04

Orxan Hüseynov 2026/2027 Azərbaycan Minifutbol Çempionatı üçün yeni reqlament açıqladı

Digər
Bu gün, 16:03

“Napoli”nin oyunçusu cinayətin qurbanı oldu

Futbol
Bu gün, 16:00

Azərbaycanda 2026 ilin minifutbol çocu seçildi

Minifutbol
Bu gün, 15:59

Orxan Məmmədov: Minifutbolun FIFA-ya üzv olması beynəlxalq konfransların gündəmindədir;

Futbol
Bu gün, 15:59

Orxan Məmmədov: Milli komanda üçün güclü çempionat vacibdir

Futbol
Bu gün, 15:53

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerin rəhbərliyində Bakıda ustad dərsi təşkil edildi

Oxşar xəbərlər