top
Avropa Kanoe Assosiasiyası Azərbaycanla regional avarçəkmə inkişaf mərkəzi yaratmaq planını açıqladı Idman.biz
01 sentyabr 2026, 15:16
- ↺ +

Avropa Kanoe Assosiasiyası Azərbaycanla regional avarçəkmə inkişaf mərkəzi yaratmaq planını açıqladı

Avropa Kanoe Assosiasiyası (Paddle Europe) ilə Azərbaycan arasında sıx tərəfdaşlıq münasibətləri formalaşıb.

Bu barədə Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrnana İdman.Biz-ə açıqlamasında bildirib.

O, bu ilin martında Azərbaycana səfər etdiyini və Azərbaycan Su İdmanı Federasiyası ilə Qarşılıqlı Anlaşma Memorandumu imzaladığını xatırladıb. Tərəflər ölkədə Avropa və mümkün olduğu halda Asiya ölkələrini də birləşdirəcək regional inkişaf mərkəzi yaratmağı planlaşdırırlar.

"Bu yaxınlarda oktyabr ayında Azərbaycanda təlim-məşq toplanışlarının təşkili məsələsini də müzakirə etdik. Avropa ölkələrindən olan idmançıları bir araya gətirmək imkanımız yaranacaq. Bundan əlavə, bəzi Asiya ölkələri ilə tərəfdaşlığımızı genişləndirə bilib-bilməyəcəyimizi müəyyənləşdirməyi planlaşdırırıq. Həmin ölkələrin nümayəndələri də Azərbaycandakı toplanışa qoşula bilərlər. Bizim ideyamız Azərbaycanda inkişaf mərkəzi yaratmaq və regionda avarçəkmə idmanının inkişafına töhfə verməkdir", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq, digər amillərlə yanaşı, ölkənin Avropa ilə Asiyanı birləşdirməyə imkan verən coğrafi mövqeyi ilə də bağlıdır:

"Azərbaycan bir növ Asiyaya açılan qapıdır. Buna görə də burada Asiya qitəsi ilə əlaqələr qurmaq daha asandır. Amma başqa bir məqam da var. Bizim idman növümüz Mərkəzi Avropada yaxşı inkişaf edib, lakin Şərqi Avropada da fəaliyyət göstərmək üçün məkanlara və imkanlara ehtiyacımız var. Bu, bizim strateji konsepsiyamızın bir hissəsidir. Bunun üçün güclü federasiya lazımdır və Azərbaycan Su İdmanı Federasiyası həqiqətən də yaxşı tərəfdaşdır".

Jan Zunqrnana Azərbaycana daha bir neçə səfər etməyi planlaşdırdığını da bildirib. Onun səfərlərindən birinin, böyük ehtimalla, planlaşdırılan təlim-məşq toplanışları zamanı baş tutacağı gözlənilir. Bundan başqa, gələn ilin martında o, Beynəlxalq Kanoe və Kayak Federasiyasının (Paddle Worldwide) nümayəndələri ilə birlikdə idarə heyətinin iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

"Azərbaycana qayıtmaqdan həmişə məmnunuq, çünki münasibətlərimiz əladır. Federasiya və hökumət tərəfindən böyük dəstək görürük", - deyə o qeyd edib.

Zunqrnana Azərbaycanda avarçəkmə idmanının daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu potensialın reallaşdırılmasında çətin sulu idman növləri üçün stadionun tikintisi layihəsi mühüm rol oynaya bilər.

"Layihə reallaşarsa, Azərbaycanda çətin sulu idman növləri, məsələn, ikinci olimpiya istiqaməti olan slalom üzrə yarışlar keçirə biləcəyik. Raftinq də var. Beləliklə, bizim idman növündə hələ görüləsi çox iş var. Belə bir obyektin mövcudluğu isə idmanımızın gələcək inkişafı üçün əla vasitə olacaq", - deyə Avropa Kanoe Assosiasiyasının prezidenti fikirlərini yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Dünən, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Oxşar xəbərlər