Bakı İdman Sarayında qrapplinq üzrə Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, No-gi versiyasında (kimonosuz) qızlardan ibarət millimizdə Nərmin İsgəndərli (49 kq) gümüş və Zeynəb Əlirzayeva (49 kq) bürünc medal qazanıblar.
U-20 oğlanlar arasında İqbal Əliyev (58 kq) qızıl, Emil Verdiyev (62 kq) bürünc medala sahib olublar.
İdman.biz