Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə dan imtahanı keçirilib. Sport24.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan imtahanda 80 nəfər iştirak edib.
Onlardan 54-ü I dan, 20-si II dan, 6-sı isə III dan üzrə bilik və bacarıqlarını nümayiş etdirib.
İmtahanı ATF-in texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol keçirib.
Qeyd edək ki, tədbirdə federasiyanın baş katibi Aygül Abdullayeva da iştirak edib.