top
Atanur Cəfərli yenidən İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyinin sədri seçilib İdman.biz
03 iyun 2024, 12:42
- ↺ +

Atanur Cəfərli yenidən "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin sədri seçilib

"İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib.

İdman.biz xəbər verir ki, tədbir Sabunçu Gənclər evində baş tutub.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, idman federasiyalarının rəsmiləri, könüllülər və media nümayəndələri iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Gənclər və idman naziri Fərid Qayıbov idman könüllülərini təbrik edərək bildirib ki, iki il ərzində böyük işlər görülüb: "Biz bu təşkilatı daim dəstəkləməyə çalışmışıq. Xüsusi fərqlənirlər. Bu təşkilatda həm könüllülər, həm də azarkeşlər çalışırlar. Ölkəmizdə idman inkişaf edir və dövlət dəstəyi var. Müxtəlif beynəlxalq tədbirlərə və irimiqyaslı tədbirlərə ev sahibliyi edirik. Federasiyalarımız bu tədbirlərə yüksək şəkildə hazırlaşır. Könüllülərimizin də bu tədbirlərdə əməyi böyükdür".

Nazir idmançılarımıza daim azarkeş dəstəyi lazım olduğunu vurğulayıb: "Bəzən bəzi idman növlərində təəssüf ki, azarkeşlər istədiyimiz kimi gəlmir. Gəlsələr də, tamlıqla iştirak edə bilmirlər. Azarkeş dəstəyinə ehtiyacımız var. Çox vacib faktor odur ki, idmançılarımız xaricə gedəndə də onlara dəstək lazım olur. Bizim səfirlərimiz və diasporumuz orada yaşayan həmvətənlilərimizi yarışa dəvət edirlər. Xaricdə multiidman yarışlarımız olanda gedib orada iştirak ediblər. İslam Həmrəyliyi Oyunları zamanı ən yaxşı və fəal bizim azarkeşlər idi. Orada bu dəstək hər zaman hiss olunurdu. Bərabər çalışmalıyıq. Bu iki il ərzində sizin kifayət qədər işləriniz olub və bundan razıyıq. Dövlət tərəfindən bütün gənclər təşkilatına dəstək olunur".

"İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin rəhbəri Atanur Cəfərli verdiyi hesabatda bildirib ki, iki il ərzində 60-yaxın idman tədbirlərində fəal şəkildə iştirak ediblər: "İşğaldan azad olunmuş ərazilərimizdə könüllü fəaliyyət ilk bizim təşkilat tərəfindən aparılıb. Xankəndində hamılıqla iştirak edərək öz dəstəyimizi göstərmişik. Üzvlərimiz sosial baxımdan da bir sıra layihələrdə iştirak edirlər. Bundan əlavə, könüllülərimizin sayının artırılması üçün universitetlərdə də bir sıra layihələr aparılır".

Rəsmi çıxışlardan sonra "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin üzvləri iki illik fəaliyyətləri üzrə müxtəlif idman federasiyalarının üzvlərinə təşəkkürnamələr təqdim ediliblər.

Daha sonra İctimai Birliyinə seçkilər keçirilib. Atanur Cəfərli "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin növbəti iki il üçün yenidən sədri seçilib.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:58

Sabiq “Beşiktaş”lı Fransada

Futbol
Bu gün, 19:49

Paris klubunun prezidenti Antuan Arno ilə PSJ rəhbəri Nasser Əl Xəlaifi arasında münasibətlər gərginləşir

Digər
Bu gün, 19:34

“Kür”un xorvatiyalı həndbolçusu: “Rəqibimiz çempionatda daha müntəzəm oynadığı üçün üstünlük qazanır”

Digər
Bu gün, 19:28

Anton Krivotsyuk millinin heyətindən çıxarıldı

Digər
Bu gün, 19:12

ORDU Avrokubokda cavab oyununa çıxır

Digər
Bu gün, 19:12

“Kür”ün baş məşqçisi: “Bu məğlubiyyət artıq keçmişdə qaldı, cavab oyununda qalib gəlmək lazımdır” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:07

AFFA tribunalı futbolçunun cəzasını azaltdı, “Lion”la bağlı qərarı ləğv etdi

Digər
Bu gün, 18:59

Əbu-Dabidəki kütləvi dava üzrə hökm: Usman Nurməhəmmədova 6 ay həbs cəzası çəkildi

Futbol
Bu gün, 18:56

AFFA UEFA-ya Ermenistan-Kipr qarşılaşmasında separatçı rəmzlərinin nümayişinə görə etiraz məktubu göndərdi

Futbol
Bu gün, 18:54

Klopp: Milli komanda hazırlığından razıdır, Serbiyaya qarşı oyun üçün əla ab-hava var

Futbol
Bu gün, 18:45

PFL rəhbərliyi Çexiyada Dünya Liqaları Assosiasiyasının konfransında iştirak etdi

Futbol
Bu gün, 18:34

Buffon: Harri Keyn 'Qızıl top'u layiq qazanıb

Futbol
Bu gün, 18:29

Zidanın məyus olmasının səbəbi: müdafiədə problemlər

Futbol
Bu gün, 18:19

Ronaldinho 11 il sonra İtaliyada C Seriyası matçında çıxır

Futbol
Bu gün, 17:51

Portuqaliya 7 nömrə geyinərək Ronalduya hörmət göstərir

Futbol
Bu gün, 17:40

Roberto De Zerbi Premier Liqada Ayın Məşqçisi Adlanıb

Digər
Bu gün, 17:30

Ronaldo "Day 1s" serialının aktyoru və icraçı prodüseri olacağına dair çəkilişlərinə başladı

Futbol
Bu gün, 17:30

Azərbaycan milli yığması AVRO-2028-in seçmə mərhələsində 8 oyun keçirəcək

Basketbol
Bu gün, 17:29

ABŞ-lı basketbolçu Aubri Makalpayn "Naxçıvan" klubuna birləşib;

Futbol
Bu gün, 17:20

Fulham və digər Avropa klubları Betisin yarımmüdafiəçisi Rodriqo Rikelmeyə ciddi maraq göstərir

Futbol
Bu gün, 17:09

Asim Xudiyev UEFA Millətlər Liqasının Belarus-Albaniya oyunu üçün hakim-inspektor təyinatı alıb;

Futbol
Bu gün, 17:00

Qəbələ baş məşqçisi iki futbolçu transferini tələb edir

Qarabağ FK
Bu gün, 16:58

Almeyda Qarabağ'a geri dönüşü barədə öz hiss və ümidlərini paylaşdı

Cüdo
Bu gün, 16:42

Usman Nurməhəmmədova 6 ay həbs və 300 min dirhəm cərimə verildi

Oxşar xəbərlər