top
Asiya Kuboku təhlükədə: Yaponiya Səudiyyə Ərəbistanına qarşı çıxdı Idman.biz
Bu gün, 17:31
- ↺ +

Asiya Kuboku təhlükədə: Yaponiya Səudiyyə Ərəbistanına qarşı çıxdı

Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan futbol üzrə Asiya Kuboku-2027-nin taleyi sual altına düşüb. Bölgədəki təhlükəsizlik vəziyyəti turnirin təxirə salınması ehtimalını gündəmə gətirib.

İdman.Biz "Reuters"ə istinadən xəbər verir ki, Yaponiya Futbol Assosiasiyasının prezidenti Tsuneyasu Miyamoto Tokioda Asiya Futbol Konfederasiyasının (AFC) növbədənkənar konqresindən sonra jurnalistlərə açıqlama verib.

"Xəbərlərdən öyrəndiklərimə əsasən, vəziyyət hələ də təhlükəsiz deyil. Belə şəraitdə Asiya Kubokunun orada - Səudiyyə Ərəbistanında keçirilməsinin asan olacağını düşünmürəm", - deyə Miyamoto bildirib.

Yaponiya futbolunun rəhbəri Səudiyyə Ərəbistanı nümayəndələri ilə görüşdüyünü də açıqlayıb:

"Səudiyyə Ərəbistanı tərəfi ilə görüş keçirdim. Onlar əsas prioritetlərinin futbolçuların, azarkeşlərin və turnirdə iştirak edəcək bütün şəxslərin təhlükəsizliyini təmin etmək olduğunu bildirdilər. Turnirin keçirilib-keçirilməyəcəyi barədə qərarı AFC ilə əməkdaşlıq çərçivəsində verəcəklərini söylədilər. Yekun qərarın qəbulunun müəyyən vaxt aparacağını da qeyd etdilər".

Turnirin gələcəyi ilə bağlı narahatlıq Yəmənin Səudiyyə Ərəbistanına hücumlarının intensivləşməsi fonunda artıb. Təhlükəsizlik problemləri səbəbindən ölkədə keçirilməsi nəzərdə tutulan bir sıra beynəlxalq idman tədbirləri artıq təxirə salınıb və ya ləğv edilib.

AFC prezidenti Salman bin İbrahim Əl-Xəlifə də daha əvvəl vəziyyət tələb edərsə, Asiya Kubokunun 2028-ci ilə keçirilməsinin mümkün olduğunu açıqlayıb.

Bununla belə, turnirin yerli təşkilat komitəsi hazırlıqların təsdiqlənmiş qrafikə uyğun davam etdiyini və yarışın nəzərdə tutulan tarixlərdə keçirilməsi planının qüvvədə qaldığını bildirib.

Qeyd edək ki, Asiya Kuboku-2027-nin yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:29

“Beşiktaş”da ciddi itki

Digər
Bu gün, 18:25

“Napoli” - “Roma”: A Seriyasının səkkizinci turunda Alleqri üçün imtahan - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 18:17

Yeton Bekiri: Qısa müddətdə stabil komanda yaratmaq çətindir

Güləş
Bu gün, 18:13

Azərbaycan yığması Astanada Güləş üzrə Dünya Çempionatına çıxışa hazırlanır: Əsas iddiaçılar və medal ümidləri

Qarabağ FK
Bu gün, 18:10

“Qarabağ” və “Kəpəz”in əvəzedicilərinin məğlubiyyəti

Qarabağ FK
Bu gün, 17:58

Samir Əliyev: Çempionluqda artıq Neftçi də qoşuldu, üç komanda mübarizə aparır

Digər
Bu gün, 17:47

Kovaç yenidən Bakını xatırladı: “Borussiya” rekord 11 min kilometr yol qət edib”

Digər
Bu gün, 17:35

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib

Digər
Bu gün, 17:28

Fransadakı etiraz aksiyaları üzrən PSJ-nin oyununun vaxtı dəyişdirildi

Digər
Bu gün, 17:27

Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıb

Digər
Bu gün, 17:23

ABŞ nəşri azərbaycanlı gimnastı fərqləndirdi: Simonova DÇ-nin finalına yüksəlmək üçün 0,133 xal çatmadı

Digər
Bu gün, 17:20

PSJ Xviça Kvaratsxeliyanı əvəz edə biləcək futbolçu axtarışına çıxıb

Digər
Bu gün, 17:16

“Bavariya” Harri Keynin “Qızıl top”u qazanması üçün Asiyaya ümid edir

Digər
Bu gün, 17:01

Felipe Santosun transfer iddialarına aydınlıq gətirildi - “Qəbələ”dən İdman.Biz-ə AÇIQLAMA

Digər
Bu gün, 17:00

Kamran Quliyev: “Məncə, 6 xallıq oyun idi"

Digər
Bu gün, 16:47

Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə görüş keçirilib - FOTO

Digər
Bu gün, 16:40

Superkompüter ÇL-in favoritinin adını açıqladı

Digər
Bu gün, 16:31

Zirvə uğrunda beşli mübarizə: PSJ və “Lion” liderlik, “Monako” revanş axtarışında - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 16:22

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında yeni mövsüm başlayır

Futbol
Bu gün, 16:16

“Zirə”nin qapıçısı Aydın Bayramov: “Komandamızın potensialı birinci üçlükdə də mübarizə aparmağa imkan verir”

Futbol
Bu gün, 16:01

Ditmar Hamann: Bakıdakı Sabah qələbəsi Borussiya üçün psixoloji və çempionlar liqası baxımından vacibdir

Digər
Bu gün, 16:00

“Sabah”ın oyunu “Fənərbaxça”, “Qalatasaray” və “Mançester Siti”ni geridə qoydu

Futbol
Bu gün, 15:46

“Qalatasaray” – “Fənərbağça” derbisi və “Amedspor”un liderlik mübarizəsi

Oxşar xəbərlər