Qarşıda bizi rapid və blits üzrə dünya çempionatı gözləyir. İnanıram ki, şahmatçılarımız uğur qazanacaqlar.
"Report" xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) ilin yekunlarına həsr olunan tədbirində qurumun vitse-prezidenti Faiq Həsənov deyib.
O, təşkil etdikləri yarışları xatırladıb:
"Azərbaycan çempionatları çox yüksək səviyyədə keçirilib. FIDE-nin 100 illiyinə həsr olunmuş yarış, həmçinin Vüqar Həşimovun xatirəsinə Şuşada keçirilən turnir çox yüksək səviyyədə baş tutdu".
AŞF rəsmisi gənclərə üstünlük verdiklərini vurğulayıb:
"Bu il gənc şahmatçıların millinin heyətinə daxil edilməsinə qərar verdik. Aydın Süleymanlını yığmaya cəlb etdik. Qarşıda bizi rapid və blits üzrə dünya çempionatı gözləyir. İnanıram ki, şahmatçılarımız uğur qazanacaqlar".