Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə ilk oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, təmsilçimiz əsas mərhələnin birinci turunda Macarıstan çempionu "Uypeşt"lə qarşılaşacaq.
Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Görüşü fransalı Viktor Çeyx idarə edəcək. Ona yan xətt hakimləri Sergey Saçmans (Latviya) və İqor Yaçeviç kömək edəcəklər. Qarşılaşmanı "timekeeper" polşalı Dominik Lorke, hakim-inspektoru almaniyalı Sven Eyxler, UEFA nümayəndəsi isə ukraynalı Marina Kirilyuk olacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" beşinci qrupda oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", oktyabrın 30-da isə Polşanın "Piast" komandası ilə üz-üzə gələcək.