"Araz-Naxçıvan" futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparmaq üçün Polşaya səfər edib.
İdman.Biz xəbər verir ki, baş məşqçi Fərid Ələkbərov turnir üçün UEFA-ya 14 futzalçıdan ibarət iştirak ərizəsi təqdim edib. Heyətdə yalnız bir legioner yer alıb, digər 13 oyunçu isə yerli futzalçılardır.
"Araz-Naxçıvan"ın iştirak ərizəsi:
Qapıçılar: Emin Kürdov, Cavad Məmmədov.
Oyunçular: Kənan Manafov, Murad Quluzadə, Oktay Rüstəmli, Novruz Kazıxanov, Nurlan Məmmədov, Ədalət Ələkbərov, Eldar Zeynalov, Ülvi Əliyev, İaqo Henrique, Tofiq Mikayılov, Rəvan Məşiyev, Oqtay Mahmudzadə.
Qeyd edək ki, V qrupunda mübarizə aparacaq "Araz-Naxçıvan" ilk görüşünü oktyabrın 27-də Macarıstanın "Uypeşt" komandasına qarşı keçirəcək.
Təmsilçimiz oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara" komandası ilə üz-üzə gələcək. Qrupdakı son qarşılaşma isə oktyabrın 30-da Polşanın "Piast" klubuna qarşı olacaq.
V qrupunun bütün oyunları Qlivise şəhərində yerləşən "Prezero Arena"da keçiriləcək.