İngiltərə klubunun rəhbərliyi Maykl Kerriki istefaya göndərmək qərarına gələrsə, Almaniya milli komandasının keçmiş baş məşqçisi Yulian Nagelsman "Mançester Yunayted"in "sükanı arxasına" keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Zəif nəticələrinə baxmayaraq, "Mançester Yunayted" rəhbərliyi hələlik Kerrikə dəstək verməkdə davam edir. Komanda bütün turnirlərdə keçirdiyi son 11 matçda cəmi iki qələbə qazana bilib və hazırda yeddi oyundur ki, 3 xala həsrətdir.
Mənbənin özlərinə əsasən, Kerrik istefaya göndəriləcəyi təqdirdə, Nagelsman "qırmızı şeytanlar"ın baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri ola bilər.