top
AGF rəsmisi: Yerli idmançılar yetişdirsək, legioner cəlb etməyimizə ehtiyac qalmaz Report.az
13 dekabr 2024, 15:20
- ↺ +

AGF rəsmisi: "Yerli idmançılar yetişdirsək, legioner cəlb etməyimizə ehtiyac qalmaz"

Seminarda yerli idmançıların yetişdirilməsinin vacibliyini bildirdik. Belədə legioner cəlb etməyimizə ehtiyac qalmaz.

Bunu "Report"a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri Qərib Əliyev regionlarda keçirilən Ümumrespublika seminarlarının yekunları barədə danışarkən deyib.

O, seminarların formatı və məqsədi barədə danışıb:

"Builki seminarları Naxçıvan da daxil olmaqla 13 regionda keçirdik. Tədbirlərdə əsasən yunan-Roma və sərbəst güləş yığmalarının məşqçiləri iştirak etdilər. Məqsədimiz güləş qaydalarını məşqçilərə izah etmək idi. Baxmayaraq ki, onlar müəllimdirlər. Fəndlərin necə qiymətləndirilməli olduğunu, hansı vəziyyətdə idmançılara xal verilib-verilmədiyini bilməlidirlər ki, sabah tələbələrinə də bunları öyrətsinlər. Yaxud çətin vəziyyətdə qalanda etiraz etsinlər. Qaydaları onlara həm videogörüntülər şəklində, həm də şifahi formada izah etdik. Məşq proseslərinə, idmançıların çəkilərini salmasına və ya yüksəltməsinə dair tövsiyələrimiz oldu. İdmançıları qorumaq, yığma səviyyəsinə çatdırmaq lazımdır. Sonda da hər növ üzrə məşqçilər üçün nümunəvi məşqlər keçdik".

Mütəxəssis regionlardakı idman zallarında çatışmazlıqlar olduğunu söyləyib:

"Çatışmazlıqlara gəlincə, seminarları keçirdiyimiz idman zallarının, demək olar ki, hamısında istilik sistemi yox idi. Yalnız Tərtərdəki Olimpiya İdman Kompleksində şərait normal idi. Güləş Federasiyası bəzi zalları döşəklərlə təmin edib. Bəzilərində köhnə də olsa, döşəklər var. İdman məktəblərinin əməkdaşlarına yeni döşəklər almalarını tövsiyə etdik. Seminarda yerli idmançıların yetişdirilməsinin vacibliyini bildirdik. Belədə legioner cəlb etməyimizə ehtiyac qalmaz".

Q.Əliyev məşqçilərdə həvəs yaratmaq üçün Güləş Federasiyası tərəfindən müəyyən addımlar atıldığını bildirib:

"Əvvəlki kimi olmasa da, rayonlarda güləşə maraq var. Bunun da səbəbləri məlumdur. Xeyli sayda qeyri-olimpiya idman növləri var. Hansı ki, bəziləri güləşdə uğursuz olmasına baxmayaraq, bu növlərdə uğur qazanır, Avropa və dünya çempionu olur. Bu, uşaqları olimpiya idman növlərindən uzaqlaşdırır. Bununla belə, güləşə axın var. Elə zal olmadı ki, orada güləşçi görməyək. Məşqçilər gücləri çatdığı qədər işləyirlər. Həm də bəzən idmançılar öz çəkiləri üzrə sınaqçı-rəqiblər tapa bilmirlər. Məşqçilərdə də maraq yartmaq üçün Güləş Fedrasiyası tərəfindən müəyyən addımlar atılır və qərarlar qəbul edilir. Regional bazalar yardılmalıdır. Buna dövlət səviyyəsində dəstək göstərilməlidir. Artıq regionlarda gimnaziyalar var və uşaqları yerləşdiririk. Məşqçilərə başa salırıq ki, ora gedən tələbələr sona qədər sizinki sayılacaq".

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarı bu il 13 mərhələdən ibarət olub. Ölkənin bütün regionlarını əhatə edən tədbir Naxçıvan, Şirvan, Quba, Sumqayıt, Mingəçevir, Qəbələ, Qobustan, Qazax, Gəncə, Tərtər, Lənkəran, Sabirabad və Bakıda keçirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:40

FIFA prezidenti İnfantino ev işçisi üçün ABŞ iş icazəsi üçün əlaqələrdən istifadə etdi

Gimnastika
Bu gün, 16:25

Lənkəranda bədii gimnastika üzrə Açıq region birinciliyi noyabrın 14-də keçiriləcək

Qarabağ FK
Bu gün, 16:20

Aftəndil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir

Futbol
Bu gün, 16:20

Rayan Ait-Nuri qış transfer pəncərəsində Mançester Sitini tərk etmək niyyətindədir

Boks
Bu gün, 16:14

Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq

Futbol
Bu gün, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq;

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Oxşar xəbərlər