Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) IV tura start verilir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk günündə bir qarşılaşma baş tutacaq.
Son ölkə çempionu "Sabah" NTD-i ilə üz-üzə gəlir.
Milli Gimnastika Arenasında baş tutacaq qarılaşmanın start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, bir matçı təxirə salınan "Sabah" 4 xalla liderdir. NTD 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.