top
Tarixi uğur, üçüncü “2”, mütləq rekord - TƏHLİL İdman.biz
29 aprel 2024, 11:52
- ↺ +

Tarixi uğur, üçüncü “2”, mütləq rekord - TƏHLİL

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, yarışı 2 qızıl və 1 gümüş medalla başa vuran Azərbaycan millisi komanda hesabında ikinci yeri tutub.

Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (90 kq) bütün rəqiblərinə qalib gələrək çempionluq sevinci yaşayıblar. Balabəy Ağayev (60 kq) isə yalnız finalda uduzaraq gümüşlə kifayətlənib.

Ardıcıl 2-ci, tarixdə 3-cü

Azərbaycan millisi Avropa çempionatındakı qızıl medal sayında rekordunu təkrarlayıb. Yığmamız bir il əvvəl Monpelyedə (Fransa) də iki çempionluq yaşayıb. Ardıcıl ikinci dəfə qızılları cütləşdirən cüdoçularımız bu rekorda ilk dəfə 7 il öncə imza atıblar. 2017-ci ildə Varşavada (Polşa) da iki çəkidə Azərbaycan himni səsləndirilib. Maraqlıdır ki, yığmamızın iki qızıl mükafat qazandığı bütün çempionatlarda uğurlardan birinin müəllifi Hidayət Heydərov olub.

Avropa tatamisinin ağası

Hidayətdən söz düşmüşkən, 73 kq çəkidə mübarizə aparan cüdoçumuz Avropa tatamisinin ağasına çevrilib. Ardıcıl 3 dəfə qitə çempionu olmaq hər idmançıya nəsib olmur. Heydərov hələ 2017-ci ildə də 73 kq çəkinin ən güclüsü olduğunu göstərmişdi. 5 ildən sonra qaytardığı titulu isə ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə qazanan təmsilçimiz özünün şəriki olduğu Azərbaycan rekordunu yeniləyib. Buna qədər Hidayət və Elçin İsmayılov üçqat Avropa çempionu idi. Heydərov artıq bu adın dördqat sahibidir. Həm də İsmayılovun üç uğuru ardıcıl olmadığından ilk dəfə eyni cüdoçumuz ardıcıl zəfərlərə imza atıb.

9-cu çempion

Zaqrebə qədər 8 azərbaycanlı cüdo üzrə Avropa çempionu olmuşdu. İlk uğuruna Xorvatiyada imza atan Elcan "doqquzluğ"u tamamlayıb. Bu çempionlardan Hidayət 4, Elçin 3 uğura sevinibsə, Elnur Məmmədlinin 2, digərlərinin hərəyə 1 qızılı var.

15-ci qızıl

Avropa çempionatlarında 1993-cü ildə müstəqil ölkə kimi debüt edən yığmamız həm də yubiley qızılına sevinib. Zaqrebə qədər 13 çempionluğu olan millimiz Hidayət və Elcanla bu rəqəmi 15-ə çatdırıb. 32 ildə qazanılan bu qızıllara qədər də uğurlar olduğunu qeyd etməliyik. Məsələn, 1993-cü ildə ilk çempionluğu Azərbaycana gətirən Nazim Hüseynov bundan bir il əvvəl MDB yığması ilə eyni uğura sevinib.

Tarixi uğur

Azərbaycan millisi üçüncü dəfə bir çempionatda 2 qızıl medal qazansa da, həm Varşava, həm Monpelyedəki uğurlarını geridə qoyub. Söhbət mükafatların əyarlarına görə sayından gedir. Nə Polşa, nə Fransada çempionlarımızla yanaşı finalda uduzan cüdoçumuz olub. 7 il öndə qazanılan 2 qızılla birgə 3 bürünc əldə edilib. Ötən il isə çempionluqlardan başqa medal qazanılmayıb. Bu dəfə 2 çempionu bir vitse-çempionun da müşayiət etməsi yeni rekorddan, tarixi uğurdan xəbər verir.

Bizim çəki və ilk

Millimiz 73 kq çəkini özəlləşdirib desək, yəqin yanılmarıq. Üç fərqli cüdoçumuz bu çəkidə 6 Avropa qızılı qazanıb. Hidayətin hegemonluğuna qədər Elnur Məmmədli və Rüstəm Orucov da bu kateqoriyada sözünü deyiblər. Elcan isə Azərbaycan cüdosu üçün yeni səhifə açıb. O, yığmamızın 90 kq çəkidə də uğur qazana bildiyini sübut edib. Bunadək millimiz həmin kateqoriyada zəfər çala bilmirdi. Ümumiyyətlə komandamız 6 çəkidə Avropa çempionu olub. Qeyd etdiyimiz 73 kq və 90 kq çəkilərdən başqa, 60 kq-da üç, 66 kq və 100 kq-da iki, 81 kq-da bir uğurumuz olub.

Azərbaycanın cüdo üzrə Avropa çempionları
1993. Nazim Hüseynov (60 kq)
2000. Elçin İsmayılov (60 kq)
2001. Elçin İsmayılov (60 kq)
2005. Elçin İsmayılov (66 kq)
2006. Elnur Məmmədli (73 kq)
2011. Elnur Məmmədli (81 kq)
2016. Rüstəm Orucov (73 kq)
2017. Elxan Məmmədov (100 kq)
2017. Hidayət Heydərov (73 kq)
2020. Orxan Səfərov (66 kq)
2022. Hidayət Heydərov (73 kq)
2023. Hidayət Heydərov (73 kq)
2023. Zelim Kotsoyev (100 kq)
2024. Hidayət Heydərov (73 kq)
2024. Elcan Hacıyev (90 kq)

59 medal

Avropa cüdosu təkcə fərdi qitə çempionatlarından ibarət deyil. 1951-ci ildən indiyədək müxtəlif komanda yarışları və açıq çempionatlar da baş tutub. Ümumi medal sıralamasında ölkəmizin aktivində 59 mükafat var. Yığmamız 17 qızıl, 17 gümüş və 25 bürüncə sahib çıxıb. Digər ölkələr kimi ötən əsrin 50-ci, 60-cı illərindən deyil, 1993-cü ildən qitə cüdo ailəsinə qoşulan yığmamız ümumi siyahıda 15-cidir.

Qeyd edək ki, 2025-ci ilin Avropa çempionatı Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Oxşar xəbərlər