top
Orxan Səfərov: Azərbaycanlı cüdoçular yaponlardan daha emosional və döyüşkəndirlər Idman.biz
27 yanvar 2026, 12:46
- +

Orxan Səfərov: "Azərbaycanlı cüdoçular yaponlardan daha emosional və döyüşkəndirlər"

Avropa çempionu və dünya mükafatçısı Orxan Səfərovun rəhbərlik etdiyi "Safarov Judo Academy" ölkə cüdosunda özünəməxsus yer tutur. Bu günlərdə paytaxtda ikinci zalın açılması layihənin genişləndiyini göstərir.

Akademiyanın qurucusu - Avropa çempionu, dünya çempionatlarının ikiqat mükafatçısı, iki Olimpiadanın iştirakçısı Orxan Səfərov öz övladı saydığı bu layihə barədə İdman.Biz-ə danışıb və perspektiv planlarını bölüşüb.

– Orxan Səfərovun qurduğu Akademiyanın ikinci zalının açılmasını nəzərə alsaq, demək olarmı ki, işlər yüksələn xətt üzrə gedir?

– Mənim fikrimcə, Akademiya düzgün istiqamətdə inkişaf edir. 8-ci kilometr qəsəbəsi ərazisində ikinci zalın açılması hələ sözün tam mənasında uğur deyil. Bu, sadəcə, daha böyük məsuliyyət və nəzarət tələb edən bir mərhələdir. Bu baxımdan, ən çətin dövr hələ indi başlayır.

– Akademiya ikinci ildir fəaliyyət göstərir. İnkişafdan razısınızmı?

– Qismən razıyam, qismən yox. Sabit məşq sisteminin qurulmasına, qrupların formalaşdırılmasına, məşğul olanlar arasında intizamın və cüdo mədəniyyətinin yaradılmasına nail olunması xoşuma gəlir. Bəzən bəzi idmançıların inkişaf tempindən narazı qalıram. Amma anlayıram ki, vaxt lazımdır, hər şey birdən-birə olmur.

– Bir vaxtlar qeyd edirdiniz ki, işinizdə Avropa hazırlıq metodikasını yapon yanaşması ilə uzlaşdırmağa çalışırsınız. Bu nə dərəcədə uğurludur?

– Yapon yanaşması baza verir. Bu, duruş, məsafə, balans, tayminq, detallara hörmətdir. Amma indi getdikcə daha aydın anlayıram ki, biz özümüzün, azərbaycanlı modelini formalaşdırmalıyıq. Çünki bizim idmançılarda sırf yapon məktəbində olmayan bacarıqlar var – emosionallıq, döyüşkən ruh. Mənim üçün vacibdir ki, şagirdlərim vuruşsunlar, gözlərində alov olsun və görüşlərə sadəcə texnikanı icra etmək üçün yox, real olaraq qələbə uğrunda döyüşmək üçün çıxsınlar.

– Şagirdlərinizin beynəlxalq turnirlərdə iştirakı nəzərdə tutulurmu?

– Açığı, mən turistik səfərlərin əleyhinəyəm. Əvvəl daxili rəqabət, milli startlar, formanın sabitliyi olmalıdır. Yalnız bundan sonra xarici səfərlər mümkündür. Əgər idmançı buna hazırdırsa, əlbəttə ki, erkən yaşlarda beynəlxalq təcrübə vacibdir. Əks halda, bu, pulun və vaxtın boşa xərclənməsidir.

– Bu il dünya çempionatı Bakıda keçiriləcək. Sizcə, Azərbaycan millisinin nə gözləyir, hansı nəticəyə ümid etmək olar?

– Komandamızın medal qazanmaq potensialı hər zaman var. Ev çempionatı bəzən düşünüldüyü kimi üstünlük deyil, əksinə, əlavə təzyiqdir. Medallar olacaq, amma onların sayını əvvəlcədən demək çətindir.

– Müxtəlif beynəlxalq seminar və proqramlarda iştirak baxımından planlarınız nədən ibarətdir?

– Beynəlxalq seminar və təhsil proqramlarında daha fəal iştirak etməyi planlaşdırıram. Formal xatirinə yox, metodikanı daim yeniləmək və peşəkar əlaqələri genişləndirmək üçün. Hesab edirəm ki, müasir məşqçi yalnız öz təcrübəsi ilə kifayətlənməməlidir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:01

Liqa Kuboku Finalı: "Arsenal" - "Mançester Siti" qarşılaşması

Futbol
Bu gün, 12:00

Zamiq Əliyevin iştirak etdiyi "Eqnatia" "Elbasani" ilə qolsız heç-heçə etdi

Futbol
Bu gün, 11:39

Osimhenin çoxarvadlılıq təklifinə reaksiyası

Minifutbol
Bu gün, 11:35

Futzal millisi Bakıda təlim-məşq toplanışı keçirəcək

Minifutbol
Bu gün, 11:30

Futzal üzrə Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı keçiriləcək

Digər
Bu gün, 11:28

"Bahar Qalası" festivalında Bakı - 2026 "Dünyanın İdman Paytaxtı" təqdimatı və idman növləri üzrə çıxışlar nümayiş etdirilib - FOTO/VİDEO

Futbol
Bu gün, 11:15

Hakimi Afrika Millətlər Kubokundan Anasının Sözü ilə İmtina Etdi

Minifutbol
Bu gün, 11:02

Azərbaycan futzal millisinin Bakıda keçiriləcək təlim-məşq toplanışına 18 oyunçu dəvət olunub

Digər
Bu gün, 11:00

Azərbaycan idmanında rusiyalı məşqçi axını: Son bir ildə beş ayrılıq

Futbol
Bu gün, 11:00

"Kəpəz"in legioneri Verdaska: "İstənilən rəqibi məğlub edə bilərik"

Futbol
Bu gün, 10:34

Dro Fernandesin PSJ-dəki möhtəşəm debütü: İlk qol və "Nitsa"ya qarşı qələbə - VİDEO

Cüdo
Bu gün, 10:30

"Böyük Dəbilqə" Tbilisidə: Son Gündə 3 Azərbaycanlı Cüdoçu Mübarizə Aparacaq

Futbol
Bu gün, 10:21

"Çelsi"nin sabiq müdafiəçisi Nil Klement İspaniyada narkotik maddələrlə əlaqəyə görə həbs olunub

Boks
Bu gün, 10:09

Nazim Sadıxov zədə səbəbindən UFC 327 turnirində iştirak etməyəcək

Futbol
Bu gün, 10:09

Luka Modriç Avropanın "Top-5" liqalarında 550-dən Çox Oyun Keçirən İkinci Futbolçu Olub

Futbol
Bu gün, 10:00

Misli Premyer Liqasının 25-ci turunda ən çox azarkeş "Kəpəz" - "Qarabağ" matçına gəldi

Futbol
Bu gün, 09:57

Vinisiusa irqçi təhqirə görə azarkeşə 21 ay həbs tələbi

Futbol
Bu gün, 09:44

"Barselona" "Kamp Nou"nun yenidənqurma işləri səbəbindən evsiz qala bilər

Cüdo
Bu gün, 09:35

Tbilisi Böyük Dəbilqəsi: Azərbaycanın üç cüdoçusu son gün mübarizə aparacaq

Futbol
Bu gün, 09:30

Luka Modriç Avropanın top-5 liqasında oyun sayına görə yalnız Qrizmanndan geri qalır

Futbol
Bu gün, 09:21

Bu gün Avropa meydanlarında baş tutacaq ən vacib oyunların proqramı

Futbol
Bu gün, 09:08

"Liverpul" Premyer Liqada 2015/16 mövsümündən bəri ilk dəfə 10 məğlubiyyət yaşadı

Cüdo
Bu gün, 09:05

Tbilisidəki "Böyük Dəbilqə"də Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Futbol
Bu gün, 09:00

"Barselona" "Kamp Nou"nu yenidən tərk edə bilər

Oxşar xəbərlər