top
Orxan Səfərov: Azərbaycan cüdoçularının Yapon məktəbində olmayan bacarıqları var Idman.biz
27 yanvar 2026, 12:46
- +

Orxan Səfərov: Azərbaycan cüdoçularının Yapon məktəbində olmayan bacarıqları var

Avropa çempionu və dünya mükafatçısı Orxan Səfərovun rəhbərlik etdiyi "Safarov Judo Academy" ölkə cüdosunda özünəməxsus yer tutur. Bu günlərdə paytaxtda ikinci zalın açılması layihənin genişləndiyini göstərir.

Akademiyanın qurucusu - Avropa çempionu, dünya çempionatlarının ikiqat mükafatçısı, iki Olimpiadanın iştirakçısı Orxan Səfərov öz övladı saydığı bu layihə barədə İdman.Biz-ə danışıb və perspektiv planlarını bölüşüb.

– Orxan Səfərovun qurduğu Akademiyanın ikinci zalının açılmasını nəzərə alsaq, demək olarmı ki, işlər yüksələn xətt üzrə gedir?

– Mənim fikrimcə, Akademiya düzgün istiqamətdə inkişaf edir. 8-ci kilometr qəsəbəsi ərazisində ikinci zalın açılması hələ sözün tam mənasında uğur deyil. Bu, sadəcə, daha böyük məsuliyyət və nəzarət tələb edən bir mərhələdir. Bu baxımdan, ən çətin dövr hələ indi başlayır.

– Akademiya ikinci ildir fəaliyyət göstərir. İnkişafdan razısınızmı?

– Qismən razıyam, qismən yox. Sabit məşq sisteminin qurulmasına, qrupların formalaşdırılmasına, məşğul olanlar arasında intizamın və cüdo mədəniyyətinin yaradılmasına nail olunması xoşuma gəlir. Bəzən bəzi idmançıların inkişaf tempindən narazı qalıram. Amma anlayıram ki, vaxt lazımdır, hər şey birdən-birə olmur.

– Bir vaxtlar qeyd edirdiniz ki, işinizdə Avropa hazırlıq metodikasını yapon yanaşması ilə uzlaşdırmağa çalışırsınız. Bu nə dərəcədə uğurludur?

– Yapon yanaşması baza verir. Bu, duruş, məsafə, balans, tayminq, detallara hörmətdir. Amma indi getdikcə daha aydın anlayıram ki, biz özümüzün, azərbaycanlı modelini formalaşdırmalıyıq. Çünki bizim idmançılarda sırf yapon məktəbində olmayan bacarıqlar var – emosionallıq, döyüşkən ruh. Mənim üçün vacibdir ki, şagirdlərim vuruşsunlar, gözlərində alov olsun və görüşlərə sadəcə texnikanı icra etmək üçün yox, real olaraq qələbə uğrunda döyüşmək üçün çıxsınlar.

– Şagirdlərinizin beynəlxalq turnirlərdə iştirakı nəzərdə tutulurmu?

– Açığı, mən turistik səfərlərin əleyhinəyəm. Əvvəl daxili rəqabət, milli startlar, formanın sabitliyi olmalıdır. Yalnız bundan sonra xarici səfərlər mümkündür. Əgər idmançı buna hazırdırsa, əlbəttə ki, erkən yaşlarda beynəlxalq təcrübə vacibdir. Əks halda, bu, pulun və vaxtın boşa xərclənməsidir.

– Bu il dünya çempionatı Bakıda keçiriləcək. Sizcə, Azərbaycan millisinin nə gözləyir, hansı nəticəyə ümid etmək olar?

– Komandamızın medal qazanmaq potensialı hər zaman var. Ev çempionatı bəzən düşünüldüyü kimi üstünlük deyil, əksinə, əlavə təzyiqdir. Medallar olacaq, amma onların sayını əvvəlcədən demək çətindir.

– Müxtəlif beynəlxalq seminar və proqramlarda iştirak baxımından planlarınız nədən ibarətdir?

– Beynəlxalq seminar və təhsil proqramlarında daha fəal iştirak etməyi planlaşdırıram. Formal xatirinə yox, metodikanı daim yeniləmək və peşəkar əlaqələri genişləndirmək üçün. Hesab edirəm ki, müasir məşqçi yalnız öz təcrübəsi ilə kifayətlənməməlidir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:11

Belçika futbolçusu Toma Menye “Sanderlend”ə keçir

Futbol
Bu gün, 08:00

Haiti millisinin baş məşqçisi istefaya göndərildi

Futbol
Bu gün, 07:13

Folarin Baloqun: “Qırmızı vərəqəmin ləğvi tamamilə unikal bir şey idi”

Futbol
Bu gün, 06:12

Argentina və İngiltərə arasında yarımfinal matçı: Dieqo Maradonanın oğlu fikirlərini bildirib

Digər
Bu gün, 05:20

Həbib Nurməhəmmədov: “UFC dünya idman arenasında möhtəşəm səviyyəyə çatdı”

Futbol
Bu gün, 04:17

İspaniya dünya rekorduna yaxınlaşdı

Futbol
Bu gün, 03:40

İspaniya futbol yığması İtaliyanın rekordunu təkrarladı

Futbol
Bu gün, 03:10

Didye Deşam dünya çempionatlarında ən çox oyun keçirən baş məşqçi olub

Futbol
Bu gün, 02:07

İspaniya mundiallarda penalti zərbələrinə görə liderlik edir

Futbol
Bu gün, 01:50

„Fənərbağça“ Meyson Qrinvudu transfer edib

Futbol
Bu gün, 01:02

DÇ-2026: İspaniya finala vəsiqə qazandı

Futbol
Bu gün, 00:59

DÇ-2026: İspaniya Fransa üzərində qələbə qazanaraq finala yüksəldi

Basketbol
Bu gün, 00:30

U20 milli komanda İrlandiyaya məğlub olub

Basketbol
Bu gün, 00:30

FIBA U20 Avropa Çempionatında İrlandiyaya uduzaran U20 milli komanda

Futbol
Bu gün, 00:25

"İmişli"nin 2026/2027 mövsümü üçün yay hazırlıq planı

Futbol
Bu gün, 00:12

Oyarsabal mundialda qol vurma rekordunu təkrarlayıb

Futbol
Bu gün, 00:06

DÇ-2026: İspaniya - Fransa matçında ikinci hissədir

Futbol
Dünən, 23:23

DÇ-2026: Fransa - İspaniya matçında hesab açılıb

Futbol
Dünən, 23:07

Harri Keyn İngiltərə-Argentina matçı barədə

Futbol
Dünən, 23:01

DÇ-2026: Fransa və İspaniya between them will play for final ticket

Güləş
Dünən, 22:35

Cüdo Liqası III turu Abşeronda keçiriləcək

Futbol
Dünən, 22:20

KuPS Çempionlar Liqasının növbəti mərhələsinə yüksəldi

Futbol
Dünən, 21:56

Şəfa yay təlim-məşq toplanışında 5 yoxlama oyunu keçirəcək

Futbol
Dünən, 21:49

İker Kasilyas: İspaniyanın 2026 Dünya Çempionatının Finalına Çıxacağına əminik

Oxşar xəbərlər