top
Hidayət Heydərov Budapeştdə “Böyük Dəbilqə” turnirində iştirak edəcək Idman.biz
09 sentyabr 2026, 15:55
- ↺ +

Hidayət Heydərov Budapeştdə “Böyük Dəbilqə” turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları sentyabrın 11-dən 13-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışda 11 çəki dərəcəsində 16 idmançı (12 kişi, 4 qadın) mübarizə aparacaq.

Kollektivə kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda 70 ölkədən 500-dən çox cüdoçu iştirak edəcək.

Qadınlar arasında Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisionova (+78 kq) turnirdə qüvvəsini sınayacaq.

Kişilərdə isə Murad Muradlı və Babarəhim Mirzəyev (hər ikisi 60 kq), Rəşad Yelkiyev və Nizami İmranov (hər ikisi 66 kq), Kamran Süleymanov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Hidayət Heydərov və Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Əjdər Bağırov (100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) fəxri kürsüdə yer almağa çalışacaq.

Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Qeyd edək ki, Olimpiya çempionu Hidayət Heydərov üçün Budapeştdə keçiriləcək "Böyük Dəbilqə" turniri 81 kq çəki dərəcəsində ikinci beynəlxalq yarışı olacaq. Cüdoçunun yeni çəkidə debütü iyunda Tsinqdaoda keçirilən Qran-pri turnirində baş tutub. Azərbaycan təmsilçisi həmin yarışda bürünc medal qazanıb. Heydərov üç qələbə əldə edib, yarımfinalda avstriyalı Bernd Faşinqə uduzub, üçüncü yer uğrunda görüşdə isə rusiyalı Eqor Suxoparova qalib gəlib.

Daha ağır çəki dərəcəsinə keçid çəki salmaqla bağlı yaranan problemlərdən sonra baş verib. İdmançı fevralda Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində çəki limitinə uyğun gələ bilməyib, iyunda isə eyni səbəbdən Ulan-Batorda keçirilən yarışa buraxılmayıb. Azərbaycan Cüdo Federasiyası yeni çəki dərəcəsində çıxış etmək qərarını idmançının sağlamlığını qorumaq və onun yarış təcrübəsini genişləndirmək zərurəti ilə izah edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:47

London Meri Harri Keynin “Qızıl Top” mükafatını tarixi hadisə adlandırdı

Güləş
Bu gün, 20:33

Nihat Məmmədli: Dünya çempionatında gümüş medalla kifayətlənmədim, daha rahat güləşib qalib gələ bilərdim

Futbol
Bu gün, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Bu gün, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Bu gün, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Bu gün, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Futbol
Bu gün, 19:28

Arsen Venger Bakıda AFFA təşkilatçılığı ilə ümumiyyətlə məşqçilər üçün master-klassda iştirak edib

Digər
Bu gün, 19:27

Fərid Ələkbərov: ‘5:4’ Qələbə, Daha Yaxşı Oynadıq

Qarabağ FK
Bu gün, 19:25

“Qarabağ”ın 1/8 final rəqibi “Sumqayıt” oldu

Futbol
Bu gün, 19:20

Arda Turan Ukraynada qolunu itirən əsgərə qucaqlama və forma hədiyyəsi ilə unudulmaz jest göstərdi

Futbol
Bu gün, 18:59

Aleksey Batrakov qışda "Qalatasaray"ı tərk edə bilər

Futbol
Bu gün, 18:52

PSJ-nin ardıcıl Çempionlar Liqası uğurlarının əsas səbəbi: Luis Kamposun transfer strategiyası

Futbol
Bu gün, 18:43

Karrager: Keyn Tottenhamdansa, Qızıl Topu qazana bilməzdi

Futbol
Bu gün, 18:28

Mbappe La Liqa'dan üzr istədi

Futbol
Bu gün, 18:13

Mançester Siti - Brayton matçında Donnarumma əvəzinə Rulli qapıya çəkiləcək

Futbol
Bu gün, 18:09

Harri Kejn "Fial Ball" mükafatını qazanaraq tarixə düşdü

Futbol
Bu gün, 18:07

Araz‑Naxçıvanın məşqçisi Zaur İsmayılov: Rəqib kimindən asılı olmayaraq qələbə üçün mübarizə apardıq

Cüdo
Bu gün, 18:02

Azərbaycan U-23 Avropa Judo Çempionatı üçün 8 idmançı Neapolda yarışacaq

Digər
Bu gün, 18:00

Böyük futbol klublarının minifutbola qatılması çətindir

Futbol
Bu gün, 17:40

Çin şirkətləri Mbappé ilə reklam əməkdaşlığını video sonrası dayandırdı

Digər
Bu gün, 17:20

Avropada ilk sınaq: “DH Volley” təcrübəli “Holte”nin öhdəsindən gələ biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 17:20

Avropa Liqası: "Renn" – "Olimpiakos" oyununun vaxtı dəyişdirilə bilər

Digər
Bu gün, 17:00

Füzuli Məmmədov: “Heyətlə bağlı qərar verməmişəm”

Digər
Bu gün, 16:55

MOİK-in baş məşqçisi: “Zədəlilərin sayı çoxdur”

Oxşar xəbərlər