Slovakiyanın paytaxtı Bratislavada keçirilən gənclər arasında Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 2 cüdoçusü tatamiyə çıxacaq.
Avropa çempionatı
5 avqust
73 kq
Əbil Yusubov 1/16 finalda Georqios Kotsaxristosla (Yunanıstan) güləşəcək.
81 kq
Süleyman Şükürovun 1/16 final rəqibi Duşan Qraxovac (Sloveniya) olacaq.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçularından Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.
İdman.biz