top
Əbu-Dabiyə parlaq dönüşlər İdman.biz
14 oktyabr 2024, 18:50
- ↺ +

Əbu-Dabiyə parlaq dönüşlər

Olimpiyaçılar yeni tsiklə qayıdırlar. Bu, Azərbaycan komandasının bir qızıl, gümüş və iki bürünc medal qazandığı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin leytmotivi olub. Olimpiya oyunlarının bəzi iştirakçıları və yeni mövsümdə mükafat hesablarını açan bir nömrələr BƏƏ-də yarışıblar.

İdman.biz xəbər verir ki, Parisdə özünü göstərə bilməyən bəzi idmançılar son dünya çempionatının paytaxtında mübarizə aparıblar.
Onlardan biri də Əbu-Dabidə maksimum nəticə göstərməyi bacaran Zelim Tskayevdir (81 kq). Üstəlik, onun əsas rəqibləri gürcülər olub: Zelim yarımfinalda Dimitri Qoçalaidzeni, finalda isə Zaur Dvalaşvilini məğlub edib. Tskayevin qələbəsini şərh edən Beynəlxalq Cüdo Federasiyası (IJF) belə başlıq verib: "O, geri döndü!"

Həqiqətən adıçəkilən cüdoçunun nəticələrinə nəzər salsanız, onun üçün sıçrayış keçən ilin sonu - bu ilin əvvəli olub: Zelim Bakıda iki "Böyük dəbilqə" yarışını qazanıb, eyni zamanda Tokioda keçirilən analoji turnirdə ilk üçlüyə daxil olub. Sonra bir qədər kölgədə qalıb, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiadada uğursuz çıxış edib, lakin indi yenidən fəxri kürsüyə yüksəlib.

Üçüncü Olimpiadasında 7-ci olan Uşanqi Kokauri (+100 kq) da finalda çıxış edib. Parisdən sonra ağır çəkili idmançının karyerasını davam etdirib-etməyəcəyi sual doğururdu və "Böyük Dəbilqə"dəki nəticə, demək olar ki, buna birmənalı cavab verdi. O, yarımfinalda inadkar niderlandlı Yelle Snippeyə qalib gəlib, həlledici görüşdə isə Valeri Yendovitskiyə (IJF) uduzub. Kokauri üçün bu, artıq karyerasında "Böyük Dəbilqə"də 7-ci dəfə fəxri kürsüyə çıxmaq və Tbilisidən sonra il ərzində ikinci finaldır.

Olimpiadaya vəsiqə uğrunda Elcan Hacıyevlə mübarizə aparan Murad Fətiyev (90 kq) yeni mövsümə bürünc mükafatla başlayıb. Onun rəqibləri də kifayət qədər diqqətçəkici idmançılar olub: həmçinin, bürünc qazanan braziliyalı Covanni Ferreyradan Yesper Sminkayadək. Murad yarımfinalda Niderland təmsilçisinə uduzsa da, macar Peter Şafraniyə qarşı kiçik final şansından istifadə edib.

Amma Açelya Toprakın (57 kq) bürünc medalı bir çox cəhətdən əhəmiyyətli idi. Axı bu, cüdoçu üçün Azərbaycan təmsilçisi kimi ilk medaldır. O, keçən ilin sonunda Tokioda "Böyük Dəbilqə" yarışlarında debüt edib və o vaxtdan "Dünya turu" fəxri kürsüsündə yer alana qədər 9 yarışda mübarizə aparıb. Üçüncü yer uğrunda görüşdə Toprak kosovalı Floka Lokhiyə qalib gələrək 500 reytinq xalı toplayıb. Yeni Olimpiya dövrü üçün yaxşı başlanğıcdır!
Ümumi hesabda Azərbaycan komandası beşinci yeri tutub, qələbə uğrunda isə Niderland ilə Fransa arasında gərgin mübarizə gedib. Qazanılan qızıl (2) və gümüş (3) sayı eyni olsa da, niderlandlılar bürünc medalların sayına görə (müvafiq olaraq, üç və iki) rəqiblərini qabaqlayıblar. Yeri gəlmişkən, Əbu-Dabidə yalnız beş ölkə qızıl qazana bildiyi üçün komandamızın çıxışı kifayət qədər inamlı görünür.

Onu da qeyd edək ki, mövsümün baş qəhrəmanı Hidayət Heydərov da Əbu-Dabidə olub. Olimpiya, dünya və Avropa çempionu hətta özünü fotoreportyor kimi də sınayıb və gərgin mövsümü "həzm etdikdən" sonra mütləq tatamiyə qayıdacağını qeyd edib.

"Böyük dəbilqə" yarışı başa çatdıqdan bir gün sonra Beynəlxalq Cüdo Federasiyasının 2026-cı ildə dünya çempionatının Bakıda keçiriləcəyini elan etməsində rəmzi nəsə var. İki il olduqca tez keçəcək, lakin görüş yeri, 2018-ci il mundialında olduğu kimi, dəyişməz olaraq qalır - Milli Gimnastika Arenası.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:55

Angela Merkel Vinssan Kompanini yüksək qiymətləndirib

Basketbol
Bu gün, 16:46

Sabah basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Futbol
Bu gün, 16:42

Bavariya, Arsenal kapitanı Martin Ødegaard'ı transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 16:40

"Milan"ın sahibi "Əl-Nəsr"də pay almaq üzrə danışıqlar apardığını təsdiqlədi

Cüdo
Bu gün, 16:27

EJU: Kənan Nəsibov əsas favorit, kim onun qarşısında dayanacaq?

Futbol
Bu gün, 16:20

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov Bakıda FIFA prezidenti ilə görüşəcək

Basketbol
Bu gün, 16:12

Sabah – Trabzonspor FIBA Çempionlar Liqası matçı üçün biletlər satışda

Futbol
Bu gün, 16:00

"Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri Kubokdakı növbəti rəqib "Şamaxı" ilə matça bəyə qoşdub və konkret hədəfləri olmadığını bildirib

Futbol
Bu gün, 15:57

İPL-nin IX turunda böhranda olan "Mançester Yunayted" və liderliyi bölüşən "Liverpul" ilə "Arsenal" qarşılaşacaqlar

Futbol
Bu gün, 15:55

Tərlan Əhmədov: "Azərbaycan Kubokunda maraqlı qarşılaşmalar və sürpriz nəticələr var"

Futbol
Bu gün, 15:44

Qalatasaray, Fənərbağçaya rəqabət göstərmək üçün iki transfer hədəfi seçdi

Futbol
Bu gün, 15:42

Mauro İkardi “İnter”ə qayıtmaq arzusunu bildirir

Cüdo
Bu gün, 15:40

Azərbaycan cüdoçusu dünya çempionunu məğlub etdi

Futbol
Bu gün, 15:20

Mançester Siti üzvü Mateo Kovaçiç Fənərbaxça ilə danışıqları davam etdirir

Futbol
Bu gün, 15:15

Deşam Juventus baş məşqçiliyi üçün namizəd

Futbol
Bu gün, 15:12

Şəfa futbolçusu qara zolaqdən çıxmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:07

Manchester City futbolçusu Rayan Şerki 90 milyon avro ilə satıla bilər – Real Madrid və PSG maraqlanır

Cüdo
Bu gün, 14:57

Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğv olunma səbəbi: dizində infeksiya

Futbol
Bu gün, 14:27

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Oxşar xəbərlər