top
Balabəy Ağayev Dünya Cüdo Reytinqində Əhməd Yusifovun Əvəzinə Lider olmuşdur Idman.biz
02 noyabr 2026, 15:27
- ↺ +

Balabəy Ağayev Dünya Cüdo Reytinqində Əhməd Yusifovun Əvəzinə Lider olmuşdur

Azərbaycanlı cüdoçu Balabəy Ağayev (60 kq) həmvətəni Əhməd Yusifovu qabaqlayaraq dünya reytinqində yenidən birinci pilləyə yüksəlib.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirindən sonra dünya reytinqini yeniləyib.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Azərbaycan millisinin heyətində Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl medal qazanıblar. Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşad Yelkiyev (66 kq) və olimpiya çempionu Hidayət Heydərov (73 kq) isə bürünc medala sahib olublar. Könül Əliyeva Böyük Dəbilqə turnirində qızıl medal qazanan ilk azərbaycanlı qadın cüdoçu olub. Millimiz isə medal sıralamasında birinci yeri tutub.

Əbu-Dabidəki qələbə Balabəy Ağayevə reytinqdə 1000 xal qazandırıb. Beləliklə, onun xallarının sayı 5473-ə çatıb və o, birinci pilləyə yüksəlib. Əhməd Yusifov isə 5355 xalla ikinci yerə düşüb.

Qeyd edək ki, Yusifov Bakıda keçirilən dünya çempionatında qızıl medal qazandıqdan sonra IJF reytinqinə başçılıq edirdi. Beləliklə, son aylarda kişilərin 60 kq çəki dərəcəsində liderlik uğrunda mübarizə yalnız iki azərbaycanlı cüdoçu arasında gedir.

Tarixi qızıl medal qazanan Könül Əliyeva (48 kq) reytinqdə yeddi pillə irəliləyərək 2541 xalla 16-cı yerə yüksəlib.

Uşanqi Kokauri (+100 kq) 5040 xalla dünya reytinqində ikinci pillədəki mövqeyini qoruyub. Bakıda keçirilən dünya çempionatının bürünc medalçısı, ötən həftəsonu 23 yaşadək idmançılar arasında Avropa çempionu titulunu ikinci dəfə qazanan Kənan Nəsibov isə 3920 xalla üçüncü yerdən dördüncü pilləyə enib. Camal Həmzətxanov 3290 xalla 11-cidir.

Olimpiya çempionu Hidayət Heydərov (73 kq) Əbu-Dabidə bürünc medal qazandıqdan sonra yeddi pillə irəliləyərək 2083 xalla 19-cu yerə yüksəlib. Bu çəki dərəcəsində Azərbaycan cüdoçuları arasında ən yaxşı göstərici isə 4528 xalla dördüncü yerdə olan Rəşad Məmmədəliyevə məxsusdur.

Əbu-Dabi Böyük Dəbilqəsinin bürünc medalçısı Rəşad Yelkiyev (66 kq) ən böyük irəliləyişə imza atıb. O, 14 pillə yüksələrək 1825 xalla 20-ci yerə çıxıb. Bu çəki dərəcəsində Azərbaycan təmsilçiləri arasında Ruslan Paşayev 3420 xalla altıncı pillədə qərarlaşıb.

Digər çəki dərəcələrində isə aparıcı azərbaycanlı cüdoçuların əksəriyyəti mövqelərini qoruyublar. Zelim Tçkayev (81 kq) 4536 xalla dünya reytinqinə başçılıq edir. Ömər Rəcəbli (81 kq) 3 647 xalla altıncı, Murad Fətiyev (90 kq) 3836 xalla üçüncü yerdədir.

Zelim Kotsoyev (100 kq) 2544 xalla 13-cü pillədən 15-ci yerə düşüb. Gültac Məmmədəliyeva (52 kq) isə 1773 xalla 24-cü yerdən 22-ci pilləyə yüksəlib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:16

“Real Madrid” futbolçusu “Atlético”da transfer hədəfi

Digər
Bu gün, 07:00

Noyabrın 25-də gözlənilən hava şəraiti: yağış və dağlıq ərazilərdə qar ehtimalı

Futbol
Bu gün, 06:13

Dieqo Simeone “Atletiko”dakı gələcəyi barədə susqunluğunu pozdu

Futbol
Bu gün, 05:38

Real Madrid UEFA Çempionлар Liqasının V turunda PSV-yə 5:1 məğlubiyyətlə qələbə seriyasını on oyuna çatdırdı

Futbol
Bu gün, 05:05

“Marsel” azarkeşləri futbolçunu həm gücləndirə, həm də sındıra bilər

Voleybol
Bu gün, 04:30

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan voleybol millisinin kapitanı mükafatlandırıldı

Futbol
Bu gün, 04:08

Florenzi, PSJ-dən göndərilən Tomas Tuxelin haqqında danışdı

Futbol
Bu gün, 02:30

Arda Gülər Çempionlar Liqasında iki asistlə Real Madridin PSV üzərində 5:1 hesablı qələbəsində pay götürdü

Futbol
Bu gün, 02:18

Okan Buruk "Çempionlar Liqasında" "Aston Villa" üzərində 1:0 hesablı qələbəni şərh etdi

Futbol
Bu gün, 02:08

Arsenal ilə Borussia Dortmundun 1:1 bərabərliyi

Futbol
Bu gün, 02:02

Real Madrid Santyaqo Bernabeu stadionunda PSV-yə 5:1 qalib gəldi

Futbol
Bu gün, 01:56

Mançester Siti - Napoli Çempionlar Liqasında 2:2 heç-heçəyə imza atdı

Şahmat
Bu gün, 01:50

Şahmat üzrə dünya çempionatında Dommaraku–Sindarov matçının ilk partiyası heç-heçə ilə yekunlaşıb

Futbol
Bu gün, 01:46

"Qalatasaray"ın "Aston Villa"ya qarşı qələbəsində qollayan Deniz Gül əməliyyat olunacaq

Futbol
Bu gün, 01:40

Bayern rəsmisi Musialanın vəziyyəti barədə: "Ona vaxt verməli və oynamağına imkan yaratmalıyıq"

Futbol
Bu gün, 01:30

Mançester Yunayted qış transferində Brentfordun müdafiəçisi Natan Kollinsə diqqət yetirir

Futbol
Bu gün, 01:27

Jül Kunde "Sabah"la məşqdən əvvəl gecikərək Fliki narazı saldı

Futbol
Bu gün, 01:20

Bursaspor: Futbolçular üçün çətin klub, Vaqif Heydərli açıqladı

Futbol
Bu gün, 00:36

Dezire Duenin əvvəlki formasına qayıtması iki‑üç il çəkə bilər

Futbol
Bu gün, 00:32

Ronaldo 987-ci qolunu “Əl‑Nəsr”in “Əl‑Sədd”ə qələbəsində vurdu

Futbol
Bu gün, 00:20

Türam "İnter"i tərk edə bilər – Mançester Yunayted, Çelsi və PSJ maraqlanır

Futbol
Bu gün, 00:18

Əl-Nəsr

Futbol
Bu gün, 00:10

"Bayern" zədəli Keynin əvəzində Şupo-Motinqi almağı məqsədləyir

Futbol
Dünən, 23:56

Andrey Arşavin Bakıda Çempionlar Liqası matını izləmək üçün

Oxşar xəbərlər