top
ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər” İdman.biz
04 may 2024, 00:26
- ↺ +

ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər”

Göygöldə cüdo üzrə yeniyetmələr arasında Avropa kubokunun püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, püşkatmada Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Kamran Talıbov, o cümlədən Avropa Cüdo Birliyinin (ACB) idman komissarı Albert Qmainer və ACB-nin hakim-komissarı Nano Karvalyo iştirak edib.

ACF-nin baş katibi Azərbaycanda cüdonun zəngin ənənələrə malik olduğunu, Avropa kubokunun artıq ikinci ildir Göygöldə keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Biz sevinirik ki, yarış Avropa təqviminə daxil edilib və yeniyetmə idmançılar belə yarışda öz bacarıqlarını artıra bilərlər".

ACB-nin idman komissarı Albert Qmainer turnirin təşkilini yüksək qiymətləndirərək Azərbaycanın hər zaman böyük yarışlara ev sahibliyi etməklə məşhur olduğunu deyib. O, çıxışında Göygöldə keçirilən turnirdə yeni ulduzların parlaya biləcəyini vurğulayıb: "Göygöldə gələcək ulduzlar parlaya bilər"

Hakim-komissar Nano Karvalyo Azərbaycan cüdoçularının həmişə yüksək ustalığı ilə seçildiklərini bildirib. O, cüdoçuların maraqlı mübarizə aparacağına əmin olduğunu qeyd edib. "Mən tatamidə çətin döyüş gözləyirəm. Bütün iştirakçılara uğurlar arzulayıram".

Turnirdə 14 ölkədən 323 cüdoçu iştirak edəcək. Oğlanlar arasında 209, qızlar arasında isə 114 idmançı mübarizə aparacaq. Avropa kubokunda Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq idmançıları, eləcə də fərdi bitərəf idmançılar iştirak edəcəklər.

Azərbaycan milli komandasının heyətində 140 cüdoçu (95 oğlan və 45 qız) yer alıb.

Qeyd edək ki, ötən il tatami sahibləri 7 qızıl, 5 gümüş və 9 bürünc medal qazanaraq ümumi hesabda birinci yeri tutublar. Türkiyə ikinci (3-4-5), ikinci yerdə Gürcüstan (2-2-2) qərarlaşıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Oxşar xəbərlər