top
4-cü dəfə Avropa çempionu olan Hidayət: Adımı qızıl həriflərlə yazdırmaq arzusundayam Sport24.az
27 aprel 2024, 09:50
- +

4-cü dəfə Avropa çempionu olan Hidayət: "Adımı qızıl həriflərlə yazdırmaq arzusundayam"

"Bütün görüşlərim çətin keçdi. Qarşılaşmalara maksimum fokuslanmışdım". Sport24.az xəbər verir ki, bunu Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatında qızıl medal qazanan Hidayət Heydərov (73 kq) deyib.

 

4-cü dəfə qitə çempionu olan Hidayət növbəti hədəfinin dünya çempionatı və Paris-2024 Yay Olimpiya Oyunları olduğunu bildirib: "Burada tarix yazdım və 4-cü dəfə Avropa çempionu oldum. Bu son deyil. Tarixlər hələ qabaqdadır. Qarşıda Dünya və Yay Olimpiya Oyunlarında mübarizə var. Hər iki yarışda çempion olub, adımı qızıl həriflərlə yazdırmaq arzusundayam. Düzdür, təzyiqlər çoxdur. Hamı məni lider kimi görür və bu, insanı istər-istəməz arxayınlaşdıra bilər. Ən əsası ruhən hazır olmaq lazımdır. Çünki yalnız lider olmaq deyil, həm də liderliyi qoruyub saxlamaq lazımdır. Finala fərqli hazırlaşmışdım. Qarşıma məqsəd qoymuşdum ki, daha çox hücum edəcəm. İlk görüşlərdə çox fənd işlətdiyim üçün fiziki güc itirmişdim. Finalda yorulsam belə, xarakter nümayiş etdirdim. Məqsədlər çoxdur. Avropa, dünya və Olimpiadalarda uğur qazanmaq istəyirəm. Qələbimi bütün Azərbaycana həsr edirəm".

 

Qeyd edək ki, Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu olmaqla, Azərbaycan cüdosunda rekorda imza atıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
Bu gün, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
Bu gün, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
Bu gün, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
Bu gün, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
Bu gün, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Futbol
Bu gün, 00:11

Rodri "Barselona"ya keçəcək

Futbol
Bu gün, 00:05

“Liverpul” “Komo”nu yoldaşlıq oyununda məğlub edib

Futbol
Dünən, 23:55

Zirə doğma meydanda Şəfanı məğlub edib

Futbol
Dünən, 23:55

Espanyol "Levante"ni darmadağın edib

Futbol
Dünən, 23:26

Filipe Kandido: “Kaş Səbuhi belə etməzdi” - “Sumqayıt” “Neftçi”yə uduzdu

Futbol
Dünən, 23:14

Kriştianu Ronaldu: Futbolda son ilim

Futbol
Dünən, 22:59

Sumqayıt - Neftçi matçının videoçarxı

Futbol
Dünən, 22:50

Mahir Emreli ötürmə ilə fərqlənib, amma “Rakuv” məğlub olub

Futbol
Dünən, 22:40

Ramil Şeydayev “Soçi”də debüt etdi

Futbol
Dünən, 22:32

Mahir Emreli qol ötürməsi verdi, "Rakuv" məğlub olub

Boks
Dünən, 22:23

Azərbaycan boksçuları Avropa çempionatında 1/4 finala yüksəliblər

Digər
Dünən, 21:41

Azərbaycan gənclərinin badminton turniri qurtardı

Futbol
Dünən, 21:29

Rasinq Santander Vilyarreal ilə heç-heçə edib

Qarabağ FK
Dünən, 21:28

Qarabağ”ın rəqibi Konfrans Liqasına hazırlaşır

Futbol
Dünən, 20:59

Kriştiano Ronaldo futboldakı son mövsümündədir

Futbol
Dünən, 20:50

"Barselona" "Bazel"i darmadağın edib

Futbol
Dünən, 20:36

Marsel “Vest Hem” müdafiəçisini transfer edə bilər

Voleybol
Dünən, 20:29

“Ordu” voleybol klubuna yeni legioner

Oxşar xəbərlər