top
Minayə Əkbərova: Dünya çempionatında uğur qazanmaq istəyirəm Idman.biz
23 sentyabr 2025, 18:53
- +

Minayə Əkbərova: Dünya çempionatında uğur qazanmaq istəyirəm

Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova dünya çempionatında uğur qazanmaq istəyir.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Polşada keçirilən "Polish Open" beynəlxalq turnirində qızıl medal qazanan idmançı özü deyib.

O, göstərdiyi yüksək nəticədən danışıb: "Bu, dünya çempionatı ərəfəsində qazandığım ikinci qızıl medaldır. Bir həftə öncə İsveçrənin Sent-Qallen şəhərində keçirilən "Swiss Open" beynəlxalq turnirində həm şəxsi, həm də komanda olaraq yüksək nəticə göstərmişdik. Son iştirak etdiyim yarış olduqca əhəmiyyətli və çətin bir turnir idi. Qarşılaşdığım 4 rəqib - Finlandiya, Bosniya və Herseqovina, Səudiyyə Ərəbistanı və İsrail təmsilçiləri eyni zamanda qarşıdan gələn dünya çempionatında iştirak edəcək idmançılar sırasında yer alırlar. Döyüşlər mənim üçün çox gərgin keçsə də, yarışda ən yüksək pilləyə qalxmağı bacardım".

M.Əkbərova qarşıdan gələn dünya çempionatına hazırlaşdıqlarını söyləyib: "Bütün yarışlarda iştirak etməyimizdə göstərdikləri dəstəyə və təlim-məşqlərdə iştirakımız üçün yaradılan şəraitə görə Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Sabahdan etibarən məşqlərə davam edəcəyik. Əsas hədəfimiz qarşıdan gələn dünya çempionatıdır. İnşallah, orada da uğurlu çıxış edəcəyik".

Qeyd edək ki, Azərbaycan taekvondoçuları "Polish Open" beynəlxalq turnirində ümumilikdə 3 medal qazanıblar. Minayə Əkbərova bütün rəqiblərini üstələyərək çempion olub. Qaşım Maqomedov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medala sahib çıxıblar.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:18

Seriya A: "Milan" evdə "Parmaya", "Atalanta" isə "Napoli"yə qalib gəldi

Futbol
Bu gün, 23:10

Superliqa: "Beşiktaş"dan "Göztepe"yə qarşı darmadağın qələbə - YENİLƏNİB + VİDEO

Futbol
Bu gün, 22:52

"Sabah" - "Kəpəz" matçının videoicmalı (1:0)

Futbol
Bu gün, 22:51

Premyer Liqada həftə sonu: "Arsenal"ın darmadağını, "Liverpul"un son dəqiqə qələbəsi və digər nəticələr

Futbol
Bu gün, 22:43

Liqa 1: "Lill" "Anje" üzərində minimal qələbə qazandı, "Renn" "Oser"i darmadağın etdi - YENİLƏNİR

Şahmat
Bu gün, 22:29

Azərbaycan Şahmat Çempionatının Qalibləri Mükafatlandırılıb - FOTO

Futbol
Bu gün, 22:22

"Qəbələ-2" doğma meydanda "Neftçi-2"-ni məğlub etdi

Futbol
Bu gün, 21:53

Kahim Parris: "Kəpəz"ə qarşı hər matçda qol vura biləcəyimə inanıram

Futbol
Bu gün, 21:50

La Liqa: "Barselona" "Levante"ni məğlub edərək liderliyə yüksəldi, "Sevilya" "Xetafe"ni səfərdə üstələdi

Şahmat
Bu gün, 21:42

Şahmat üzrə Azərbaycan çempionatının bağlanışında qaliblər mükafatlandırılıb

Şahmat
Bu gün, 21:41

Şəhriyar Məmmədyarov: "Hazırda karyeramın reytinq baxımından ən pis yerindəyəm"

Olimpiada
Bu gün, 21:38

ABŞ Hokkey Millisi 2026 İtaliya Olimpiadasının Qızıl Medalını Qazandı

Futbol
Bu gün, 21:28

"Renn" "Oser"i səfərdə darmadağın etdi

Şahmat
Bu gün, 21:24

AŞF prezidenti: Pley-off sistemi şahmatçılarımızın mübarizəsinə uyğun reqlamentdir

Futbol
Bu gün, 21:23

Mahir Emreli 3 ay sonra meydanda: "Kayzerslautern" "Proyssen Munster"i məğlub etdi

Futbol
Bu gün, 21:13

Qurban Qurbanov Sami Mmaeni "Nyukasl" matçındakı davranışına görə əsas komandadan qovdu

Olimpiada
Bu gün, 21:00

ABŞ Hokkey Yığması Milan-Kortina 2026 Olimpiadasının Qızıl Medalını Qazandı

Futbol
Bu gün, 20:54

"Qarabağ" - "Nyukasl" oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb

Futbol
Bu gün, 20:51

Bundesliqa: "Frayburq" "Münhenqladbax" üzərində 2:1 hesablı qələbə qazanıb

Şahmat
Bu gün, 20:45

Məhəmməd Muradlı: "Ən ağır görüşüm ikinci raundda Rəvan Əliyevə qarşı oldu"

Şahmat
Bu gün, 20:33

Şəhriyar Məmmədyarov: Zaman keçdikcə yüksək nəticə əldə etmək çətinləşir

Futbol
Bu gün, 20:25

Premyer Liqa: Mak Allisterin son dəqiqə qolu "Liverpul"a qələbə gətirdi; "Kristal Palas" da "Vulverhempton"u məğlub etdi

Şahmat
Bu gün, 20:24

Ülviyyə Fətəliyeva: Azərbaycan çempionatı psixoloji cəhətdən stresli və gərgin keçdi

Futbol
Bu gün, 20:18

Seriya A: "Atalanta" "Napoli" üzərində qələbə qazandı - VİDEO

Oxşar xəbərlər