top
Çimərlik voleybolu üzrə U-18 millimizin baş məşqçisi EEVZA çempionatını dəyərləndirib Report.az
01 iyul 2025, 17:16
- +

Çimərlik voleybolu üzrə U-18 millimizin baş məşqçisi EEVZA çempionatını dəyərləndirib

Azərbaycanın çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət millisinin baş məşqçisi Atvars Vilde komandanın Latviyanın Cesis şəhərində təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında çıxışını dəyərləndirib.

Litvalı mütəxəssis bu barədə "Report"a danışıb.

O, qarşıda komandanı daha çətin oyunlar gözlədiyini bildirib:

"Bu, Azərbaycan millisinin baş məşqçisi kimi ilk beynəlxalq yarışımdır. EEVZA Avropanın böyük turnirlərindən biridir. Komandamızın öncəki turnirlərə nisbətən daha uğurlu olması təkcə mənim işimin bəhrəsi deyil. Burada çox mehriban və peşəkar bir kollektivin əziyyəti var. Fürsətdən istifadə edib millinin məndən öncəkilər də daxil bütün məşqçi və texniki heyətinə dərin təşəkkürümü bildirmək istəyirəm. Turnirdə ilk oyunumuz Latviya millisinə qarşı oldu. Çox çətin və gərgin mübarizədən sonra qalib gəldik. İkinci matçda Estoniya millisi ilə qarşılaşdıq. Bu görüşdə də idmançılarımız əsl xarakter göstərdilər və sona qədər döyüşərək qalib gəldilər. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Buna baxmayaraq, Avropada öz sözümüzü deməyə çalışacağıq. Düşünürəm ki, bizdə artıq bu döyüşkən xarakter formalaşıb. Bu çox önəmlidir".

Baş məşqçi daha çox təcrübəyə ehtiyac olduğunu qabardıb:

"Azərbaycanın adını Avropa və dünyada daha yüksəklərə qaldırmaq üçün var gücümüzlə çalışacağıq. Daha çox turnirlərə qatılıb təcrübə qazanmalıyıq. Bunun üçün ən başlıca şərt digər ölkələrin komandaları ilə oyunlar keçirib daha çox praktika qazanmaqdır. Azərbaycanda çimərlik voleybolunun səviyyəsini yüksəltmək üçün böyük potensial var. Hazırda əlimizdəki idmançılarla istənilən komandaya qarşı başabaş mübarizə apara biliriksə, bu, potensialın olmasının göstəricisidir. Dayanmamalıyıq və daha çox işləyib inkişaf etməliyik. Düşünürəm ki, uğur üçün düzgün istiqamət seçmişik".

O, Azərbaycan haqqında düşüncələrini də bölüşüb:

"Ölkəniz mükəmməldir. Bunu söz xatirinə demirəm. Həqiqətən Azərbaycanı sevirəm. Qonaqpərvərliyiniz, yardımsevərliyiniz, yeməkləriniz sadəcə möhtəşəmdir. Bura gəldiyim ilk gündən özümü evimdəki kimi hiss edirəm. Ailəm də Azərbaycandan çox məmnundur".

Qeyd edək ki, U-18 EEVZA-da pley-off mərhələsinə yüksəlib. Qrupda Latviya və Estoniya yığmalarını 2:0 hesabı ilə məğlub edən komanda bu mərhələdə Litva millisi ilə qarşılaşacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:54

„Xankəndi“ Bəhruz Teymurovla müqaviləni yenilədi

Basketbol
Bu gün, 15:40

"Sabah" basketbolçu Hassani Qravett ilə vidalaşıb

Futbol
Bu gün, 15:38

FIFA "Axmat" komandasına sanksiya tətbiq etdi

Futbol
Bu gün, 15:23

„Sumqayıt“ ilk yoxlama oyununda „Qəbələ“ ilə qarşılaşır

Futbol
Bu gün, 15:01

Uilyam Saliba 2027-ci ilədək futbola fasilə verə bilər

Futbol
Bu gün, 15:01

Lionel Messi Dünya çempionatının yarımfinalında oynayan ən yaşlı oyunçu olub

Futbol
Bu gün, 14:40

Argentina İngiltərəni məğlub edib, finala yüksəldi

Basketbol
Bu gün, 14:24

„Sabah“ basketbolçu Hassani Qravett ilə vidalaşıb

Güləş
Bu gün, 14:09

Mariana Vasileva Azərbaycan Atletika Federasiyasında direktor təyin edilib

Güləş
Bu gün, 13:02

Ermənistan cüdoçuları Bakı çempionatında iştirak edəcəklərmi?

Futbol
Bu gün, 13:00

Tomas Tuxell İngiltərə millisində işinə davam edəcək

Güləş
Bu gün, 12:49

Cüdo üzrə dünya čempionatına hazırlıq prosesi

Futbol
Bu gün, 12:33

Obameyanq La Liqaya qayıdacaq

Futbol
Bu gün, 12:20

Arsenal Antonio Nusaya 40 milyon avro təklif edib

Güləş
Bu gün, 12:13

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının loqosu və tanıtım çarxı

Cüdo
Bu gün, 12:13

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi loqosu və tanıtım çarxı nümayiş etdirilib

Digər
Bu gün, 11:30

"İmişli"nin yeni loqosu təqdim olundu

Futbol
Bu gün, 11:30

AFFA rəsmisi UEFA-nın mentorluq proqramına seçilib

Futbol
Bu gün, 11:03

İmişli FK yeni mövsüm üçün loqosunu təqdim edib

Futbol
Bu gün, 11:00

Freddi Varqas “Neftçi”də qalmaq niyyətindədir

Futbol
Bu gün, 10:37

İmişli FK Ezekiel Morqanı heyətindən ayırıb

Futbol
Bu gün, 10:23

Tomas Tuxel İngiltərə ilə bağlı qərarını açıqlayıb

Futbol
Bu gün, 10:20

Fransa millisinin müdafiəçisi Vilyam Saliba 2027-ci ilə qədər oynaya bilməyəcək

Digər
Bu gün, 10:08

Bakı şəhərində avarçəkmə və kanoe üzrə açıq çempionat keçiriləcək

Oxşar xəbərlər