Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı "Dubai Open 2024"də yenidən vahid lider olub.
İdman.biz xəbər verir ki, təmsilçimiz 8 turdan sonra 6,5 xal toplayıb.
Məhəmməd iranlı Sina Movahedə qalib gəlib. Eltac Səfərli də növbəti qələbəsinə imza atıb. Hindistanlı rəqibini mat edən Eltac 5,5 xalla 10-cudur.
Digər şahmatçılarımızdan Xanım Balacayeva və Xaqan Əhməd qələbə qazanıb, Günay Məmmədzadə heç-heçə oynayıb, Gövhər Abdullayeva, Rəvan Əliyevvə Gülnar Məmmədova isə turu məğlubiyyətlə başa vurub.
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.
İdman.biz