top
Mahir Məmmədov şahmat məşqçiləri ilə görüşdə yığma komandaların hazırlığı və problemləri müzakirə edib Idman.biz
03 avqust 2025, 18:27
- +

Mahir Məmmədov şahmat məşqçiləri ilə görüşdə yığma komandaların hazırlığı və problemləri müzakirə edib

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov paytaxt Bakı və regionlarda, o cümlədən xaricdə yaşayan azərbaycanlı şahmat məşqçiləri İlə görüşüb.

İdman.biz xəbər verir ki, toplantıda əsas məqsədin müxtəlif yaş kateqoriyasında yığma komandaların hazırlığı ila məşğul olacaq məşqçi heyətinin təsdiq edilməsi olub.

Görüşdə onlayn formada iştirak edən region məşqçiləri mövcud durumda narahatlıq yaradan problemlərdən danışıb və müxtəlif təkliflər səsləndirib.

Azərbaycan Şahmat Federasiyasının Məşqçilər, Uşaq və Gənclər eləcə də Bəstəçilik Komissiyalarının nümayəndələri dərəcə üzrə turnirlərin təşkilindəki problemlər, regionlarda təcrübəli məşqçilərin azlığı, eləcə də metodik vəsaitin çatışmazlığı barədə məlumat verib.

Görüşdə xarici məşqçilərin təcrübəsindən yararlanmaq və yığmaya namizəd olan yeniyetmələrin daha yüksək səviyyədə hazırlıq keçməsi ilə bağlı təkliflər dinlənilib. Məşqçilər cari ildə ilk dəfə reallaşdırılan "Azərbaycan Şahmat Turu" layihəsinin uğurlu olduğunu qeyd edib.

İclas zamanı məşqçilərlə seminarların keçirilməsi, xaricdən tanınan mütəxəssislərin təcrübə mübadiləsi üçün Azərbaycana dəvəti, federasiyanın "youtube" kanalı üzərindən onlayn dərslərin təşkili, şahmatçılar və məşqçiləri əhatə edəcək məlumat bazasının yaradılması, məşqçilərin sertifikatlaşdırılması prosesinin sona çatdırılmasıyla bağlı fikir mübadiləsi aparılıb.

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə birgə normativ bazanın müddəalarına yenidən baxılaraq müasir tələblərə çatdırılmasının vacib olduğu vurğulanıb.

Federasiya prezidenti Mahir Məmmədov məşqçilərlə görüşlərin ənənə halını alacağını bildirib. O, səsləndirilən problemlərin həlliylə bağlı müvafiq tapşırıqlarını verib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:13

Atletiko və Tottenhem Romeronu transfer etmək üçün danışıqlar aparır

Futbol
Bu gün, 03:10

Ceff Bezos “Liverpul”un səhmlərini almaq üçün investorlar qrupuna qoşulacaq

Futbol
Bu gün, 02:07

Kolumbiyada zəlzələ səbəbi ilə futbol çempionatı dayandırılıb

Digər
Bu gün, 01:53

Dana Uayt: UFC növbəti 10 il ərzində İrlandiyaya qayıdacaq

Futbol
Bu gün, 01:18

"Barselona"nın oyunçusu mövsümün başlanğıcında meydanda olmayacaq

Futbol
Bu gün, 00:57

Əl-Mehdi Mauhub “Dubay Yunayted”ə qoşulub

Futbol
Bu gün, 00:34

Real Madird 2026/2027 mövsümü üçün yeni transferlərin forma nömrələrini açıqlayıb

Digər
Bu gün, 00:13

Viktoriya Sidorenko Çin turnirində ikinci yeri tutdu

Futbol
Dünən, 23:54

Endrik yay transfer pəncərəsində “Real”dan ayrılmayacaq

Futbol
Dünən, 23:37

Manor Solomon “Vest Hem”ə keçib

Basketbol
Dünən, 23:24

LANDAU Lions klubuna yeni transfer

Futbol
Dünən, 23:07

Barselona Rodri ilə müqavilə bağlamağı planlaşdırır

Futbol
Dünən, 22:55

AFFA tərəfindən məşqçilər üçün “Məşqçinin psixoloji rifahı və peşəkar tükənmişlik” mövzusunda vebinar keçirilib

Futbol
Dünən, 22:34

AFFA tərəfindən məşqçilər üçün psixoloji rifah və peşəkar tükənmişlik mövzusunda vebinar keçirilib

Cüdo
Dünən, 22:25

Bakıda Cüdo Məşqçiliyi Sertifikat Proqramına Start Verilib

Futbol
Dünən, 22:17

Tufan Sadıqov futboldan uzaqlaşdırma qərarına qarşı CAS-a şikayət edib

Futbol
Dünən, 21:44

Volfsburqdan transfer

Futbol
Dünən, 21:27

Qəbələ" "Qarabağ"a qarşı oynayan braziliyalı ilə müqavilə bağlayıb

Futbol
Dünən, 21:26

Real Madridin yeni forma nömrələri

Futbol
Dünən, 21:11

Lautaro Martines “Barselona”ya keçə bilər

Futbol
Dünən, 20:57

Trabzonspor Darvin Nunyesin transferini həll edib

Futbol
Dünən, 20:42

„Kəpəz“ heyətini daha bir futbolçu ilə gücləndirib

Basketbol
Dünən, 20:37

LANDAU Lions „Mayami Hit“in eks-oyunçusunu heyətinə qatıb

Futbol
Dünən, 20:27

Fənərbaxça Çempionlar Liqasina iki itki ile çıkacaq

Oxşar xəbərlər