top
Guba Opendə Xaqan Əhməd və Həmzə Rzazadə çempion olublar Sport24.az
22 iyul 2025, 19:28
- +

"Guba Open"də Xaqan Əhməd və Həmzə Rzazadə çempion olublar

Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə həyata keçirilən "Chess Tour Azerbaijan" layihəsində daha bir yarış başa çatıb. Sport24.az xəbər verir ki, layihənin beşinci yarışı "Guba Open"də son turun oyunları keçirilib.

 

Festivalın A qrupunda Xaqan Əhməd bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi adını qazanıb. Xaqan Əhmədlə eyni 7 xal toplayan Şimali Makedoniya təmsilçisi Yevgeni Romanov əlavə göstəricilərə görə yarışı ikinci pillədə başa vurub. 9 turda 6,5 xal toplayan Vüqar Manafov üçüncü yerdə qərarlaşıb.

 

B turnirində 8 xal toplayan Həmzə Rzazadə birinci olub. Aktivində 7,5 xal olan Kənan İmranlı və Elgün Malikov müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.

 

Festivalı çərçivəsində keçirilən rapid turnirində Vüqar Manafov qələbə qazanıb. Eyni xala malik Süleyman Süleymanlı ikinci yerlə kifayətlənib. Maraqlıdır ki, bu şahmatçılar blits turnirində də ilk pillələrdə qərarlaşıb. Blitsdə Süleyman Süleymanlı birinci, Vüqar Manafov ikinci olub.

 

Qeyd edək ki, "Guba Open" festivalında 10 ölkədən 237 şahmatçı mübarizə aparıb. Yarışda Azərbaycanla yanaşı Almaniya, İsrail, Küveyt, Ukrayna, Latviya, Türkiyə, Gürcüstan, Şimali Makedoniya və Hindistandan olan şahmatçılar iştirak edib.

 

Azərbaycan Şahmat Turuna aid növbəti yarış Bakıda təşkil olunacaq "Vugar Gashimov Open" olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

Ronald Arauxo “Liverpul”a transferini şərh edib

Futbol
Bu gün, 06:15

Nottingem Forest sahibi Kristal Palas azarkeşlərinin banneri ilə bağlı məhkəməyə müraciət edib

Futbol
Bu gün, 04:13

Atletiko və Tottenhem Romeronu transfer etmək üçün danışıqlar aparır

Futbol
Bu gün, 03:10

Ceff Bezos “Liverpul”un səhmlərini almaq üçün investorlar qrupuna qoşulacaq

Futbol
Bu gün, 02:07

Kolumbiyada zəlzələ səbəbi ilə futbol çempionatı dayandırılıb

Digər
Bu gün, 01:53

Dana Uayt: UFC növbəti 10 il ərzində İrlandiyaya qayıdacaq

Futbol
Bu gün, 01:18

"Barselona"nın oyunçusu mövsümün başlanğıcında meydanda olmayacaq

Futbol
Bu gün, 00:57

Əl-Mehdi Mauhub “Dubay Yunayted”ə qoşulub

Futbol
Bu gün, 00:34

Real Madird 2026/2027 mövsümü üçün yeni transferlərin forma nömrələrini açıqlayıb

Digər
Bu gün, 00:13

Viktoriya Sidorenko Çin turnirində ikinci yeri tutdu

Futbol
Dünən, 23:54

Endrik yay transfer pəncərəsində “Real”dan ayrılmayacaq

Futbol
Dünən, 23:37

Manor Solomon “Vest Hem”ə keçib

Basketbol
Dünən, 23:24

LANDAU Lions klubuna yeni transfer

Futbol
Dünən, 23:07

Barselona Rodri ilə müqavilə bağlamağı planlaşdırır

Futbol
Dünən, 22:55

AFFA tərəfindən məşqçilər üçün “Məşqçinin psixoloji rifahı və peşəkar tükənmişlik” mövzusunda vebinar keçirilib

Futbol
Dünən, 22:34

AFFA tərəfindən məşqçilər üçün psixoloji rifah və peşəkar tükənmişlik mövzusunda vebinar keçirilib

Cüdo
Dünən, 22:25

Bakıda Cüdo Məşqçiliyi Sertifikat Proqramına Start Verilib

Futbol
Dünən, 22:17

Tufan Sadıqov futboldan uzaqlaşdırma qərarına qarşı CAS-a şikayət edib

Futbol
Dünən, 21:44

Volfsburqdan transfer

Futbol
Dünən, 21:27

Qəbələ" "Qarabağ"a qarşı oynayan braziliyalı ilə müqavilə bağlayıb

Futbol
Dünən, 21:26

Real Madridin yeni forma nömrələri

Futbol
Dünən, 21:11

Lautaro Martines “Barselona”ya keçə bilər

Futbol
Dünən, 20:57

Trabzonspor Darvin Nunyesin transferini həll edib

Futbol
Dünən, 20:42

„Kəpəz“ heyətini daha bir futbolçu ilə gücləndirib

Oxşar xəbərlər