top
Reqataya rəng qatan açılış proqramı - YENİLƏNİB + FOTO/VİDEO Idman.biz
28 aprel 2026, 21:55
- +

Reqataya rəng qatan açılış proqramı - YENİLƏNİB + FOTO/VİDEO

"Döngə" rok qrupu Mingəçevirdə "Prezident Kuboku 2026" reqatasının açılış proqramında çıxış edib.

Rəsmi açılış mərasimi atəşfəşanlıqla yekunlaşıb.

20:28

Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasının rəsmi açılış mərasimi ilə əlaqədar şou proqram təşkil edilib.

İdman.Biz xəbər verir ki, tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək yarış iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolundan bəhs edərək, bu reqatanın Mingəçevir və digər bölgələrdə avarçəkmənin inkişafına təkan verdiyini vurğulayıb.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov yarışın coğrafiyasının ildən-ilə genişləndiyini qeyd edib. O, reqatanın ötən gün ilk dəfə Ağdərədə, Sərsəng su anbarında start götürməsini tarixi hadisə kimi qiymətləndirib.

Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev bu cür beynəlxalq turnirlərin gənclər arasında idmana marağı artırdığını və yeni istedadların üzə çıxmasında vacib rol oynadığını bildirib.

Mərasimdə Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra bədii hissə ilə davam edib. Açılış mərasimində tamaşaçılara müxtəlif rəqs və musiqi nömrələri, eləcə də xüsusi şou proqramlar təqdim olunur.

Aprelin 29-da Suqovuşanda davam edəcək yarışlarda Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Yunanıstan, Çexiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Yarışın son iki mərhələsi Mingəçevirdə keçiriləcək və mayın birinci günü reqataya yekun vurulacaq.

15:05

Bu gün Mingəçevirdə "Prezident Kuboku 2026" beynəlxalq reqatasının rəsmi açılış mərasimində parad keçirilib.

İdman.Biz xəbər verir ki, avarçəkmə və kanoe üzrə reqata Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutur.

Parad zamanı əvvəlcə rəsmi şəxslər və qonaqlar Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət ediblər. Daha sonra iştirakçı komandaların Heydər Əliyev prospekti boyunca keçidi olub.

Ardınca Dövlət Himni səsləndirilib və tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, yarışa ötən gün Ağdərədə - Sərsəng su anbarında start verilib. "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.

Reqataya mayın 1-də yekun vurulacaq.

09:14

Bu gün Mingəçevirdə "Prezident Kuboku 2026" beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçiriləcək.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə reqatasının paradı və açılış mərasimi baş tutacaq.

Saat 14:00-dan 15:00-dək təşkil olunacaq parad zamanı əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər.

Daha sonra iştirakçı komandaların Heydər Əliyev prospekti boyunca keçidi olacaq.

Saat 19:00-dan etibarən "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi keçiriləcək. Tədbir zəngin bədii proqramla davam edəcək. Tamaşaçılara müxtəlif rəqs və musiqi nömrələri, eləcə də xüsusi şou proqramlar təqdim olunacaq.

Tədbir atəşfəşanlıqla yekunlaşaraq Mingəçevir səmasında bayram ab-havası yaradacaq.

Qeyd edək ki, yarışa ötən gün Ağdərədə - Sərsəng su anbarında start verilib. "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.

Humay İsgəndərova

Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 18:07

Montoya Verstappeni “MakLaren”ə keçməməyə məsləhət görür

Futbol
Bu gün, 17:53

Yuri Vernidub “Neftçi”yə daha üç futbolçu transfer olunmasını istəyir

Futbol
Bu gün, 17:27

Skaloni: “Bəxtimiz gətirdi”

Futbol
Bu gün, 17:21

Elgiz Kərəmlinin “Mingəçevir”ə baş məşqçi kimi keçidi baş tutmayıb

Futbol
Bu gün, 16:23

Ferran Torres PSJ ilə 5 illik müqaviləni razılaşdırdı

Futbol
Bu gün, 16:10

Azərbaycanlı futbolçu Gürcüstanın ikinci divizionuna keçib

Futbol
Bu gün, 15:58

İtaliya millisinin yeni idman direktoru Paolo Maldini olub

Güləş
Bu gün, 15:48

Peşəkar Çövkən Liqasının ikinci dövrəsinin ilk turu başa çatıb

Güləş
Bu gün, 15:29

Azərbaycanlı güləşçi Avropa čempionatında qızıl medal qazandı

Futbol
Bu gün, 15:18

Cud Bellinqemin qoluna aid mübahisəli epizod araşdırılıb

Basketbol
Bu gün, 15:00

Azərbaycanın gənclər basketbol millisi Slovakiyaya qarşı oyun keçirəcək

Futbol
Bu gün, 14:51

Erlinq Holandın atası: Hakimlər İngiltərəni xilas etdi

Futbol
Bu gün, 14:30

Viktor Osimhen: Dieqo Maradona haqqında pis söz danışa bilməzsən

Futbol
Bu gün, 14:13

„Liverpul“ Joao Qomesə maraqlanır

Futbol
Bu gün, 14:00

Sami Mmae “Qarabağ”dan ayrıldı, yeni klubu məlum oldu

Futbol
Bu gün, 13:59

Maqnus Karlsen Norveç-İngiltərə matçında “vikinqlərin avarçəkməsi”nə qoşulub

Güləş
Bu gün, 13:46

Dunya Warriors reqbi üzrə üçüncü titulunu qazandı

Futbol
Bu gün, 13:30

Yuventus Frank Kessiyenin transferi ilə maraqlanır

Gimnastika
Bu gün, 13:28

Plyuşenko: “Oğlum Azərbaycana keçməsinin səbəbi Rusiyada heç kimi maraqlandırmamasıdır”

Futbol
Bu gün, 13:00

Azərbaycan milli komandasının üzvü Milana Rəhimova yeni klubunu tapıb

Futbol
Bu gün, 12:59

DÇ-2026: Opta superkompüteri titul favoritlərini açıqlayıb

Futbol
Bu gün, 12:47

Dünya Çempionatında Tarixi Hadisə: FIFA Reytinginin Liderləri Yarımfinalda

Futbol
Bu gün, 12:30

Milan Edersonu transfer etməyə çalışır

Basketbol
Bu gün, 12:20

Azərbaycan U-20 milli basketbol komandası Slovakiya ilə qarşılaşır

Oxşar xəbərlər