top
Prezident Kuboku 2026 reqatası Ağdərədə start götürdü: Açılış mərasimi, yarışlar və nümunəvi çıxışlar Idman.biz
27 aprel 2026, 15:03
- +

"Prezident Kuboku 2026" reqatası Ağdərədə start götürdü: Açılış mərasimi, yarışlar və nümunəvi çıxışlar

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku 2026" reqatası Ağdərədə start götürüb.

İdman.Biz xəbər verir ki, Qarabağın dilbər guşəsi Ağdərədə təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himninin səsləndirilib.

Daha sonra Vətən uğrunda həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, yarışın ilk dəfə Sərsəng su anbarında keçirilməsi xüsusi əhəmiyyət daşıyır və bu, böyük qürur hissi doğurur. Nazir həmçinin qeyd edib ki, turnirin təşkilatçılıq səviyyəsi ildən-ilə daha da təkmilləşir və idmançıların yarışdan zövq alacağına inanır.

Tədbir çərçivəsində əvvəlcə nümunəvi çıxışlar nümayiş olunub, həmçinin milli musiqi və rəqs nömrələri təqdim edilib. Ardınca isə akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə ilk yarışlar və nümayiş çıxışları baş tutub. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər də su üzərində dövrə vuraraq tədbirə rəng qatıb.

Qeyd edək ki, "Prezident Kuboku 2026" beynəlxalq reqatasının rəsmi açılış mərasimi sabah Mingəçevirdə keçiriləcək.Yarışda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.

10:47

Bu gün Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatası başlayır.

İdman.Biz xəbər verir ki, turnir ilk dəfə olaraq Sərsəng su anbarında başlayacaq.

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən reqatanın ilk günündə - aprelin 27-də Sərsəng su anbarında akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçiriləcək. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq.

Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.

Qeyd edək ki, "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:46

Messi 2026-cı il Dünya Çempionatında ən çox hədələnən oyunçu olub

Voleybol
Bu gün, 19:28

Azərbaycan voleybol çimərlik yığmaları beynəlxalq turnirdə

Futbol
Bu gün, 19:16

Sabah - Orhus matçından əvvəl açıq məşq keçirib

Futbol
Bu gün, 18:59

Xeronimo Rulli “Mançester Siti”yə transfer olunacaq

Digər
Bu gün, 18:29

Səbail" Boluda yay toplanışını keçirəcək

Futbol
Bu gün, 18:29

"Səbail" klubu Boluda hazırlıq toplanışını keçirəcək

Futbol
Bu gün, 18:12

Sabah - Orhus matçına çox ciddi hazırlaşdıq

Futbol
Bu gün, 17:51

"Yuventus" Kenan Yıldızın transferinə 100 milyon avro tələb edir

Boks
Bu gün, 17:40

Azərbaycanı qitə çempionatında 13 boksçu təmsil edəcək

Futbol
Bu gün, 17:39

10 il əvvəl Modriçlə şəkil çəkdirən gənc futbolçu indi Milanın heyətində kumiri ilə oynayır

Futbol
Bu gün, 17:18

AFFA rəsmisi UEFA-nın matç direktoru kimi Tbilisidə səfərdə olub

Güləş
Bu gün, 17:07

Azərbaycan güləşçiləri Rumıniya turnirində 5 medala sahib olublar

Futbol
Bu gün, 17:00

Kəpəz”ə Kiyev “Dinamo”sunun keçmiş futbolçusu qoşuldu

Olimpiada
Bu gün, 16:55

Azərbaycan paraüzgüçülərinin uğurları: ötən illər və gələcək perspektivləri

Boks
Bu gün, 16:41

U-19 Avropa boks çempionatında Azərbaycanı 13 idmançı təmsil edəcək

Futbol
Bu gün, 16:40

Beşiktaş Duşan Vlahoviçə 8 milyon avro maaşla müqavilə təklif edib

Futbol
Bu gün, 16:20

Vest Hem Ceymi Vardi ilə maraqlanır

Voleybol
Bu gün, 16:13

Xilasedici voleybol komandası çexiyalı voleybolçu ilə güclənib

Futbol
Bu gün, 16:00

Braziliyalı hücumçu Rene Azərbaycan klubunun təklifini rədd etdi

Futbol
Bu gün, 15:50

„Neftçi“nin keçmiş futbolçusu „Karvan-Yevlax“da

Futbol
Bu gün, 15:40

Atletiko "Lill"dən 35 milyonluq təklif etdi

Futbol
Bu gün, 15:28

Karvan-Yevlax Lətif Rzayevi transfer edib

Futbol
Bu gün, 15:00

Araz-Naxçivan icarə əsasında Neftçinin hücumçusunu heyətinə cəlb edib

Futbol
Bu gün, 14:50

„Karvan-Yevlax“ „İmişli“dən futbolçu transfer edib

Oxşar xəbərlər