Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar bəlli olub.
"Report"un Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Rusiya yığması kişilərin 4x100 metr məsafəyə qarışıq estafet yarışında qızıl mükafat əldə edib.
Qazaxıstan seçməsi gümüş, Belarus kollektivi bürünc medala sahib çıxıb.
10:14
Azərbaycanda keçirilən III MDB Oyunlarının üzgüçülük növündə sonuncu yarış günü start götürüb.
"Report"un Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, qadınların 400 metr məsafəyə qarışıq üzmə yarışında mükafatçılar müəyyənləşib.
Rusiyalı Anastasiya Çernışova qızıl, qazaxıstanlı Taisiya Korotkova gümüş, Belarusdan olan Kseniya Mastoviç bürünc mükafat əldə edib.
üzgüçülük III MDB Oyunları Gəncə İdman Sarayı