top
İdman, biz və Olimpiada: Rioda samba oynayanlar – TƏHLİL İdman.biz
31 may 2024, 14:44
- +

İdman, biz və Olimpiada: Rioda samba oynayanlar – TƏHLİL

İyulun 26-da açılış mərasimi təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarının startına 56 gün qalıb.

İdman.biz 8 həftədən sonra cümə günü start götürəcək dördilliyin ən mötəbər multiidman yarışına həsr olunan silsilə yazıları davam etdirir.

Paris-2024-ə qədər olan müddətdə Azərbaycan idmançılarının müstəqillik illərində qatıldığı yay Olimpiadalarını xatırlayırıq. Debütü 1996-cı ildə Atlantada rəsmiləşən Azərbaycan millisi Sidney, Afina, Pekin və Londonun ardınca özünün 6-cı cəhdini Rio-de-Janeyroda gerçəkləşdirib.

İlk dəfə Cənubi Amerikada
31-ci Oyunlara ev sahibliyinə 4 şəhər iddia edib. Çikaqo, Madrid və Tokionun göz dikdiyi multiidman tədbirinə Rio-de-Janeyro da namizədliyini irəli sürüb. Seçimlərin ilk raundunda Madrid qalib gəlsə də, sonrakı iki mərhələdə Braziliya şəhəri hamını qabaqlayıb. Nəticədə müasir Olimpiadalar tarixində ilk dəfə yarış Cənubi Amerikaya verilib. Olimpiada yolunu Şimali Amerikada başlayan, Avropa, Avstraliya və Asiyaya səyahət edən Azərbaycan millisi də ilk dəfə Cənubi Amerikada mübarizə aparıb. Ümumilikdə isə 205 ölkə və 2 komandadan olan 11 mindən artıq idmançı Braziliyaya yollanıb. Onlar 28 növdə 306 dəst medal üçün mübarizə aparıblar.

Mütləq rekord
Hər Olimpiadada daha çox idmançı ilə təmsil olunmaq ənənəsinə malik Azərbaycan millisi Rioda da bu tendensiyaya sadiq qalıb. Dörd il əvvəl 53 nəfərlik heyətə malik yığma Braziliyaya 56 idmançı ilə gedib. Həmin vaxt qeydə alınan bu rekord indiyədək toxunulmaz qalıb. Onlardan 42-si kişi, 14-ü qadın idmançı olub. Təmsil olunduğumuz idman növlərinin sayında Londonda qeydə alınan və bu günə qədər qalan rekord təkrarlanıb. Millimiz Rioda 14 növdə samba oynamağa çalışıb.

Okeanın o tayındakı debütlər
Rio Olimpiadası Azərbaycan idman tarixinə bir neçə debütlə düşüb. Ölkəmiz kamandan oxatma və triatlon növlərində debütünü rəsmiləşdirib. Okeanın o tayında digər ilklər də yaşanıb. Yığmamız kanoe-slalom və velosiped trek növündə də ilk dəfə Olimpiada iştirakçısı olub.

Ağırlığın altında qalanlar
Braziliyada iki növdəki təmsilçiliyimiz başa çatıb. Tarixi ərzində bütün Olimpiadalarda təmsil olunduğumuz ağırlıqqaldırmadan kənar qalmağımız təkcə nəticələrlə bağlı olmayıb. Saysız-hesabsız dopinq qalmaqalları yığmamızın diskvalifikasiyası ilə nəticələnib. Son iki Olimpiada ilə müqayisədə atçılıq yarışlarında da idmançımız iştirak etməyib.

İlkləri reallaşdığı dayanq
Əksər yığmalarımız kimi taekvondo komandamız üçün də Rio-2016 tarixi nəticələrlə zəngin olub. Yığmamız ilk dəfə yarışa maksimal sayda – 4 taekvondoçu ilə qatılıb. İlk medal, ilk çempionluq da Braziliyada reallaşıb. Üstəlik, bu mükafatların sayı 3-ə bərabər olub. Yalnız Fəridə Əzizova evə medalsız qayıdıb. Radik İsayev isə bu idman növündə ilk Olimpiya çempionumuz olub. Təəssüf ki, taekvondoçumuzun uğuru Cənubi Amerikadakı yeganə çempionluq olaraq qalıb. Digər idmançılardan heç biri fəxri kürsünün ən yüksək pilləsinə qalxmayıb. Taekvondoçularımıza gəlincə, 1/8 finalda uduzan Patimat Abakarova təcəlliverici mərhələləri keçməklə, Milad Beiqi Harçeqani isə yarımfinalda uduzduqdan sonra bürünc uğrunda görüşdəki qələbə ilə 3-cü yeri tutublar. Yarımfinalda uduzan Fəridə Əzizova isə elə bürünc qarşılaşmasında mükafatı şansını qaçırıb.

Yığmamızın yarısı
Hələ ötən onillikdə futbol millimizi çalışdıran Berti Foqts Almaniyadakı az qala hər müsahibəsində Azərbaycanın güləş ölkəsi olduğunu xatırladırdı. Təcrübəli mütəxəssis tam haqlı idi. Bunu həm Olimpiadalar, həm digər yarışlar sübut edir. Rio-2016-da istisna olmayıb. Bunadək Azərbaycanın bir multiidman yarışındakı medal rekordu 9 idisə, Braziliyada təkcə güləşçilər bu qədər mükafat qazanıb. Millimizin Cənubi Amerikadakı 18 medalının düz yarısı pəhləvanların aktivindədir. Azərbaycan bu yarışda 14 güləşçi ilə təmsil olunub. Bu, dörd il əvvəlkindən çox olsa da, səkkiz əvvəlki rekordla müqayisə oluna bilməzdi. Amma Rioda cəmi pəhləvan medalsız qalıb. Onlardan ikisi – Yuliya Ratkeviçlə Rövşən Bayramov bürünc qarşılaşmasında uduzublar. Elvin Mürsəliyev isə 1/4 finalda dayanıb.
Olimpiadalar tarixində ilk dəfə üç finalda təmsil olunan güləş yığmamız bu şansların üçünü də qaçırıb. Daha 6 pəhləvanımız bürüncə sahib çıxıb. Altı nəfərdən ibarət sərbəst güləş millimizdə yalnız biri medalsız qalıb. Toğrul Əsgərovla Xetaq Qazyumov gümüş, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov üçüncülüyə sahib çıxıblar. Yunan-Roma güləşindəki "kvintet"lə qadın güləşindəki "trio"nun qazancı hərəyə 2 mükafat olub. Onlardan yalnız Mariya Stadnik finala qədər irəliləyib. O, yenə ikinci yeri tutub. Rəsul Cunayev, Sabah Şəriəti və Natalya Sinişina bürünclə kifayətləniblər.

Say azaldı, medal azalmadı
Dörd il əvvəl Olimpiadaya 8 nəfərlə yollanan cüdo millimizdə azalma müşahidə olunub. Amma "altılıq" da Londondakı kimi 2 medal qazanmağı bacarıb. Əgər İngiltərədə bir final, bir çempionluq və bir bürünc qeydə alınmışdısa, bu dəfə iki cüdoçumuz həlledici qarşılaşmaya çıxıb. Amma həm Rüstəm Orucov, həm Elmar Qasımov finaldan məğlub ayrılıb. Orxan Səfərov bürünc uğrunda qarşılaşmada büdrəyib. Məmmədəli Mehdiyev isə təsəlliverici mərhələni keçə bilməyib.

Rekord və ənənə
Boks yığmamız Rioya böyük heyətlə yollanıb. Komandamız 12 əvvəlki rekordunu yeniləyərək 11 əlcək ustası ilə mübarizə aparıb. Onlardan biri qadın idmançı olub. Braziliyada fəxri kürsüyə yüksəlməyi bacaran boksçularımız ardıcıl 5-ci Olimpiadadan medalla dönüb. Əvvəlki illərdə yalnız bürünclər əldə olunurdusa, bu dəfə ilk final həyəcanı yaşanıb. Amma həlledici qarşılaşmada uduzan Lorenso Sotomayor qızılı qaçıraraq ilk gümüş mükafatçı kimi boks tariximizə düşməklə kifayətlənib. Yarımfinalda dayanan Kamran Şahsuvarlı isə Vətənə bürünclə qayıdıb. Əslində, bu mükafatların sayı daha çox ola bilərdi. Olimpiya millimizin bayraqdarı Teymur Məmmədov, həmçinin Albert Səlimov, Elvin Məmişzadə, Abdulkadir Abdullayev medala son addımda – 1/4 finalda məğlub olublar. Mübarizəyə elə bu mərhələdən başlayan Yana Alekseyevna "ilk görüşdə uduzma, medal qazan" vəzifəsini yerinə yetirə bilməyib.

Kanoeçilərdən qızılsız dubl
Rio-2016 Azərbaycan kanoe idmanı tarixinə düşüb. Yığmamız ilk medallarını Braziliyada qazanıb. Dörd il əvvəlki kimi yenə üç idmançı ezam edən millimiz bu dəfə daha çox sevinc yaşayıb. Düzdür, slalom növümdə təmsilçimiz finaldan uzaq düşüb. Sprintdə hər iki idmançımız medal qazanıb. Valentin Demyanenko gümüş, İnna Osipenko-Radomska bürünc qazanıb. Amma bu uğurlar fonunda hər iki idmançımızın narazı qalmağa əsası da olub. Həm valentin, həm İnna çempionluğa əsas namizədlərdən sayılıb. Finala qədərki mərhələlərdə tutulan 1-ci yerlər də buna sübutdur. İnnanın digər finalda medalsız qalması da üzücü olub. O, bir yarışda iki medal qazanan ilk idmançımız kimi tarixi uğurun bir neçə addımlığında qalıb.

Medalın yaxınlığında
Daha üç növdə idmançılarımıza müəyyən ümidlər olub. Ölkəmizdə sonradan inkişaf yoluna qədəm qoyan idman gimnastikası ilk dəfə 2 nəfərlə təmsil olunsa da, ümidlər daha çox bədii gimnastikayla bağlı olub. Final mərhələsinə yüksələn Marina Durunda Olimpiadanı "onluq"da başa vurub. İkinci dəfə Oyunların iştirakçısı olan Səbinə Mikinanın qılıncoynatmada uğuruna da ümidlər az olmayıb. Lakin təcrübəli sablyaçımız 1/16 finalda dayanıb. Rioda da heç bir komanda növündə təmsil olunmayan millimiz bu dəfə təsnifat turnirlərinə də yaxın düşməyib. Əvəzində bu dəfə də cütlük şəklində iştirak edən təmsilçilərimiz olub. Akademik avarçəkənlərimizdən medal gözləntiləri də az deyildi. Amma finala adlayan duetimiz sonda 12-ci yerlə kifayətlənib.

Əsas iştirakdır
Rioda təmsil olunduğumuz növlərin yarıdan çoxunda idmançılarımızın çıxışları "əsas iştirakdır" prinsipi daşıyıb. Bu dəfə son iki Olimpiada ilə müqayisədə daha çox 4 atletimiz yarışa qatılıb, rekord sayda 3 velosipedçumuz mübarizəyə qoşulub. Onlar kimi ənənəvi olaraq yenə iki üzgüçümüz də nəinki medallardan, hətta "onluq"dan çox-çox uzaq düşüb. Oxatmadakı debütümüz və güllə atıcılığındakı iki şans da eyni nəticələnib. Yeri gəlmişkən, bu dəfə təkcə atıcımız – Ruslan Lunyov deyil, həm də velosipedçi Olqa İsmayılova iki növdə çıxış edib.

Rekordlarla "Top-40"da
Millimiz Cənubi Amerika səfərini ümumilikdə 18 medalla başa vurub. Bu tarixin mütləq rekordu olub. Həm də əvvəlki göstəricidən ikiqat artıq nəticə qeydə alınıb. Yığmamız 7 gümüş və 9 bürünclə də bu əyarların sayında öz tarixinin rekordunu müəyyənləşdirib. İlk dəfə idmançılarımız 5 fərqli növdə medala yiyələnib. Bütün bu rekordlar komandamızı medal sıralamasında 39-cu edib. Bu, tarixdə 3-cü göstəricidir ki, səbəbi də qızıl medal sayının az olması ilə bağlıdır.

N

İdmançı

Növ

Yer

1

Abdulqadir Abdullayev

Boks, 91 kq

5

2

Albert Səlimov

Boks, 60 kq

5

3-4

Aleksandr Aleksandrov – Boris Yotov

Akademik avarçəkmə, 2000 m

12

5

Anna Skidan

Atletika, cəkiçatma

13

6

Boris Kirillov

Üzgüçülük, arxası üstə, 200 m

26

7

Camaləddin Maqomedov

Sərbəst güləş, 125 kq

12

8

Cavid Cələbiyev

Boks, 56 kq

İlk döyüşdə uduzub

9

Cəbrayıl Həsənov

Sərbəst güləş, 74 kq

3

10

Elmar Qasımov

Cüdo, 100 kq

2

11

Elvin Məmişzadə

Boks, 52 kq

5

12

Elvin Mürsəliyev

Yunan-Roma güləşi, 75 kq

7

13

Evans Kiplakat

Atletika, marafon

28

14

Fatimə Alkərimova

Üzgüçülük, sərbəst, 100 m

41

15

Fəridə Əzizova

Taekvondo, 67 kq

5

16

Hacı Əliyev

Sərbəst güləş, 57 kq

3

17

Hayle İbrahimov

Atletika, 5000 m

19

18

Xetaq Qazyumov

Sərbəst güləş, 97 kq

2

19

İnna Osipenko-Radomskaya

Kayak

200 m

500 m

3

8

20

Kamran Şahsuvarlı

Boks, 75 kq

3

21

Lorenzo Sotomayor

Boks, 64 kq

2

22

Maksim Averin

Velosiped idmanı, şosse

Finişə çatmayıb

23

Marina Durunda

Bədii gimnastika

9

24

Mariya Stadnik

Sərbəst güləş, 48 kq

2

25

Məhəmmədrəsul Məcidov

Boks, +91 kq

9

26

Məmmədəli Mehdiyev

Cüdo, 90 kq

7

27

Milad Beiqi Harçeqani

Taekvondo, 80 kq

3

28

Natalya Sinişin

Sərbəst güləş, 53 kq

3

29

Nazim Babayev

Atletika, üçtəkanla tullanma

25

30

Nicat Şıxəlizadə

Cüdo, 66 kq

9

31

Oleq Stepko

İdman gimnastikası

22

32

Olqa İsmayılova

Velosiped idmanı, trek

Keyrin – 22

Sprint – 13

33

Olqa Senyuk

Kamandan oxatma

33

34

Orxan Səfərov

Cüdo, 60 kq

5

35

Patimat Abakarova

Taekvondo, 49 kq

3

36

Petro Paxnyuk

İdman gimnastikası

34

37

Pərviz Bağırov

Boks, 69 kq

İlk döyüşdə uduzub

38

Radik İsayev

Takvondo, +80 kq

1

39

Rəsul Çunayev

Yunan-Roma güləşi, 66 kq

3

40

Rostislav Pevtsov

Triatlon

39

41

Rövşən Bayramov

Yunan-Roma güləşi, 59 kq

5

42

Ruslan Lunyov

Atıcılıq (güllə)

10 m

25 m

15

15

43

Rüfət Hüseynov

Boks, 49 kq

İlk döyüşdə uduzub

44

Rüstəm Orucov

Cüdo, 73 kq

2

45

Sabah Şəriəti

Yunan-Roma güləşi, 130 kq

3

46

Saman Təhmasibi

Yunan-Roma güləşi, 85 kq

13

47

Səbinə Mikina

Qılıncoyanma, sablya

İlk döyüşdə uduzub

48

Şərif Şərifov

Sərbəst güləş, 86 kq

3

49

Teymur Məmmədov

Boks, 81 kq

5

50

Toğrul Əsgərov

Sərbəst güləş, 65 kq

2

51

Uşanqi Kokauri

Cüdo, +100 kq

9

52

Valentin Demyanenko

Kanoe, 200 m

2

53

Yana Alekseyevna

Boks, 60 kq

İlk döyüşdə uduzub

54

Yelena Pavluxina

Velosiped idmanı, şosse

35

55

Yuliya Ratkeviç

Sərbəst güləş, 58 kq

5

56

Yure Meqliç

Kanoe-slalom

14

Vüqar Xeyrullayev
İdman.biz

Rəylər (0)

Son xəbərlər

Digər
Bu gün, 02:41

Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO

Digər
Bu gün, 01:26

Paris-2024-ün açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Futbol
Bu gün, 00:38

Macar futbolçu: "Sanki qol bizi silkələdi"

Basketbol
Dünən, 23:06

Rassell Uestbruk "Denver"də

Futbol
Dünən, 22:43

"Turan Tovuz" Vətənə dönür

Futbol
Dünən, 22:26

Cəlalın komandasına 1 qol bəs edib

Futbol
Dünən, 22:15

Türkiyə mətbuatının iddiası: "Qarabağ"ın futbolçusu paytaxt klubuna keçir

Digər
Dünən, 21:58

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO

Digər
Dünən, 21:50

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

Digər
Dünən, 21:49

Azərbaycan Paris-2024-ün idmançılar paradından keçib

Digər
Dünən, 21:46

Paris-2024-ün açılış mərasimi start götürüb

Futbol
Dünən, 21:45

"Zaqatala"dan ayrıldı, Belarusun yüksək liqa komandası ilə anlaşdı

Digər
Dünən, 21:38

Yağış və Olimpiya açılış mərasiminin sirləri

Futbol
Dünən, 21:28

"Kəpəz" sonuncu yoxlama görüşündə böyük hesabla qalib gəldi

Digər
Dünən, 21:14

Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Futbol
Dünən, 21:00

Polşa qitə çempionatını qəbul etmək üçün UEFA-ya müraciət edib

Digər
Dünən, 20:45

Azərbaycan yığması açılış mərasiminə doğru

Cüdo
Dünən, 20:43

Cüdoçularımız Avropa kubokunda

Futbol
Dünən, 20:24

"Qalatasaray"ın futbolçusu Rusiyaya yollandı

Futbol
Dünən, 20:16

"Real"la Alfonso arasındakı razılıq

Digər
Dünən, 19:48

Paris-2024: 11 milyardlıq Olimpiada

Futbol
Dünən, 19:45

"Kəpəz"in aşağı yaş qruplarını "Babir" geyindirəcək

Futbol
Dünən, 19:35

"Şamaxı" son yoxlama oyununu da qələbə ilə başa vurdu

Futbol
Dünən, 19:23

"Şamaxı" Küveyt klubuna qalib gəlib

Oxşar xəbərlər