Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada badminton yarışları davam edir.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün Azərbaycan idmançısı Həcər Nuriyeva mübarizə aparıb.
O, 1/16 final matçında Tailand təmsilçisi Tamonvan Nithitikraiyə iki setdə məğlub olub - 5:15, 9:15.
Qeyd edək ki, Nuriyeva ilk mərhələdə misirli Cena Adbelkaderə qalib gəlmişdi.
Zəki Feyzullayev
İdman.biz