top
Çingiz Hüseynzadə VI İslam Həmrəyliyi Oyunlarındakı Azərbaycan idmançılarının çıxışını dəyərləndirib Idman.biz
20 noyabr 2025, 23:25
- +

Çingiz Hüseynzadə VI İslam Həmrəyliyi Oyunlarındakı Azərbaycan idmançılarının çıxışını dəyərləndirib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunları artıq sona yaxınlaşır.

İdman.Biz bildirir ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə Ər-Riyadda KİV nümayəndələrinə müsahibə verib.

MOK rəsmisi müsahibəsində Azərbaycan idmançılarının VI İslam Həmrəyliyi Oyunlarındakı nəticələrini dəyərləndirib.

- Çingiz müəllim, VI İslam Həmrəyliyi Oyunları artıq yekunlaşmaq üzrədir. Azərbaycan komandasının çıxışını necə qiymətləndirirsiniz?

- Azərbaycan komandasının bu Oyunlardakı nəticələri əvvəlki illərlə müqayisədə zəifdir. Hazırda, İslamiadada medal qazanan ölkələr arasında 10-cu yerdəyik və maksimum 9-cu yeri tuta bilərik. Bu isə ölkəmizin İslam Həmrəyliyi Oyunlarında indiyədək göstərdiyi ən aşağı nəticədir. Bu nəticələr mənə Rio Olimpiadasını xatırladır. O zaman da əldə etdiyimiz 18 medaldan cəmi biri qızıl idi, gümüş medalların sayı isə üstünlük təşkil edirdi. İndi də eyni mənzərəni görürük. İlk üçlükdə qərarlaşan komandalardan sonra ən çox gümüş medal qazanan ölkələrdən biri Azərbaycandır.

Qeyd etməliyəm ki, idmançılarımız mübarizə apararaq, bacarıqlarını nümayiş etdirdilər, lakin bəxt amili də mühüm rol oynadı.

Komandamızdakı bəzi idmançıların sadəcə şansı gətirmədi. Buna baxmayaraq, parlaq çıxışlar da oldu. Xüsusilə basketbolçu qızlarımızın oyununu vurğulamaq istəyirəm. Cüdo millimiz də komanda hesabında çox inamlı qələbə qazandı.

Ümumilikdə 8 qızıl medalımız var və onların 5-ini qadın idmançılarımız qazanıb. Yəni bu yarışda xanım idmançılarımız oğlanlara nisbətən daha yaxşı çıxış etdilər və bu, bizim üçün qürurverici göstəricidir.

- Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının təşkilatçılıq məsələləri barədə nə deyə bilərsiniz?

- Müəyyən gecikmələri nəzərə almasaq, digər məsələlər ümumilikdə qaydasındadır. Biz bu Oyunları Bakı-2017 ilə müqayisə etmirik. Çünki paytaxtımızın ev sahibliyi etdiyi yarışların səviyyəsi tamamilə fərqli idi və onu digər ölkələrlə müqayisə etmək doğru olmaz.

Ümumilikdə desək, təşkilatçılıq pis deyil. Məndə olan məlumata görə, media nümayəndələri üçün də yaxşı şərait yaradılıb. Əsas narazılıq doğuran nəqliyyat məsələləri isə Oyunlar zamanı operativ şəkildə həll edilir. Bu baxımdan yarışların təşkilini qənaətbəxş hesab etmək olar.

- Növbəti İslamiada Malayziyada keçiriləcək. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Növbəti İslam Həmrəyliyi Oyunları Malayziyada, ölkənin dənizkənarı bölgələrindən birində təşkil olunacaq. Malayziya belə tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir, buna görə də düşünürəm ki, təşkilatçılıq səviyyəsi yüksək olacaq. Ümid edirəm ki, həmin Oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik.

- Son illərdə İslam ölkələrində idmanın inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

- İlk İslam Həmrəyliyi Oyunları ilə bu gün keçirilən yarışları müqayisə etdikdə çox ciddi fərqlər görürük. İslam ölkələrində idman dinamik şəkildə inkişaf edir. Məsələn, Səudiyyə Ərəbistanının 9 qızıl medal əldə etməsi, Bəhreyn komandasının uğurlu çıxışı, xüsusilə də onların atletika üzrə yüksək nəticələri bunu açıq şəkildə göstərir.

Belə mötəbər yarışlarda ən çox medal məhz atletika və üzgüçülükdə qazanılır. Təəssüf ki, bu iki idman növünün ölkəmizdə istənilən səviyyəyə çatmaması medal qazanan ölkələr arasında tutduğumuz yerə də təsir edir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:20

Slovan Bratislava Çempionlar Liqasında Möllbüə qalib gəlib

Basketbol
Dünən, 23:50

U-16 qadın milli basketbol komandası İsveçə məğlub olub

Futbol
Dünən, 23:37

Kriştianu Ronaldu və Corcina Rodriges nişanlandı - FOTO

Futbol
Dünən, 23:08

Bodo-Qlimt Çempionlar Liqasına yaxınlaşdı

Futbol
Dünən, 22:50

Sabahın baş məşqçisi hesab edir ki, komandadakı oyunçular peşəkardırlar

Futbol
Dünən, 22:44

"Kayrat" Çempionlar Liqasının əsas mərhələsindən kənarda qaldı

Futbol
Dünən, 22:36

Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

Futbol
Dünən, 22:28

Poulsen: “Sabah”ın hücumuna qarşı böyük səhvlər etdik”

Futbol
Dünən, 22:11

Karvan-Yevlax 1-ci liqa komandası üzərində qələbə qazanıb

Futbol
Dünən, 21:44

Vitinya “Qızıl top”un PSJ oyunçularına verilməsini istəyir

Futbol
Dünən, 21:28

Mixaylo Mudrikinin transferi ilə bağlı son xəbər

Futbol
Dünən, 21:12

“Neftçi” Macarıstan millisinin futbolçusunu transfer edib

Futbol
Dünən, 20:56

"Sumqayıt" "Atletiko Mineyro"nun yetirməsini transfer edib

Futbol
Dünən, 20:27

Nottingem Forest 40 milyon avroya müdafiəçi transfer edib

Futbol
Dünən, 20:20

Neftçi Macarıstanlı Yarımmüdafiəçi Alen Şkribeki Transfer Etdi

Futbol
Dünən, 20:00

"Sabah" UEFA Çempionlar Liqasında "Orhus"u qəbul edir

Futbol
Dünən, 19:46

Melissa Reddi Məhəmməd Salah haqqında kitab yazdı

Futbol
Dünən, 19:28

FİFA Misir millisinin məşqçisini cəzalandırdı

Güləş
Dünən, 19:16

Süleyman İsmayılzadə Avropa Çempionatında şəxsi rekordunu yeniləyib

Futbol
Dünən, 18:59

PSJ qapıçısı Matvey Safonov UEFA Superkuboku matçında şərhləri

Futbol
Dünən, 18:43

İliman Ndiaye “Əl-Hilal”a keçməkdən imtina edib

Futbol
Dünən, 18:26

Tottenhem 2026/27 mövsümü üçün yeni formasını təqdim edib

Qolf
Dünən, 18:09

Qolf meydançasında ildırım zərbəsi - VİDEO

Futbol
Dünən, 17:40

Nottingem Forestə 40 milyonluq transfer

Oxşar xəbərlər