top
Baş katib: Şəhanənin tibbi təsnifatdan keçməməsi onun əvvəlki nailiyyətlərini azaltmamalıdır - MÜSAHİBƏ Idman.biz
17 may 2025, 11:57
- +

Baş katib: "Şəhanənin tibbi təsnifatdan keçməməsi onun əvvəlki nailiyyətlərini azaltmamalıdır" - MÜSAHİBƏ

Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimovun İdman.biz-ə müsahibəsi

- Paracüdoçu Şəhanə Hacıyevanın dünya çempionatından əvvəl tibbi təsnifatdan keçə bilməməsi xeyli müzakirə olundu. Bu hadisə ilə bağlı Milli Paralimpiya Komitəsinin mövqeyi necədir?

- Bir çox paralimpiyaçımızın yaşının artması və tibbi təsnifat qaydalarında edilən dəyişikliklər ölkəmizdə yeni paralimpiyaçı nəslinin formalaşmasını zəruri edir. Yenilənmiş tibbi təsnifat qaydalarına adaptasiya olunması prosesinə Milli Paralimpiya Komitəsi tərəfindən həssaslıqla yanaşılır. Tokio-2020 Yay Paralimpiya Oyunlarında paracüdo yarışlarının keçirildiyi B1, B2 və B3 kateqoriyaları Paris-2024 Yay Paralimpiya Oyunlarınadək olan dövrdə və Paris Paralimpiadanın özündə kateqoriya sayı azaldılaraq J1, J2 kateqoriyaları üzrə təşkil edildi. Dəyişikliklər nəticəsində J2 kateqoriyasında olan bir çox göz xəstəlikləri siyahıdan çıxarıldı. Bu səbəbdən Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) tərəfindən paracüdoçularımız yenidən tibbi təsnifata cəlb edildi. Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Şəhanə Hacıyeva 2024-cü ilədək J2 kateqoriyası üzrə ölkəmizi paracüdo yarışlarında təmsil edib. Qazaxıstanın paytaxtı Astanada təşkil edilən dünya çempionatından əvvəl Şəhanə Hacıyeva növbəti dəfə tibbi təsnifata çağırılıb. Paris-2024 Paralimpiadasının tsiklı zamanı iki tibbi təsnifatda "CNC" ("classification not completed", yəni, təsnifat təsdiqlənməyib - red) statusu alması səbəbilə yarışlarda çıxış edə bilməyən Hacıyeva növbəti dəfə eyni statusda qaldığı üçün "NE" ("non eligible", yəni, uyğun gəlməyən - red) statusu ilə növbəti turnirlərdə mübarizə aparmayacağı dəqiqləşib. O, birbaşa "NE" statusu təyin edildiyi üçün yox, 3 dəfə "CNC" statusu təyin edildiyi üçün yarışlardan kənar qalacaq. Şəhanənin tibbi təsnifatdan keçə bilməməsi onun əvvəlki uğurlarına kölgə salmamalıdır.

Milli Paralimpiya Komitəsi olaraq daim şəffaflığın tərəfdarı olmuşuq və paralimpiyaçılarımızın beynəlxalq arenada uğurlu çıxışı üçün lazımi tədbirləri görməyə davam edəcəyik. Komitə yeni idmançı nəslinin formalaşdırılması, istedadların üzə çıxması və paraidman növlərinin təbliğatı üçün Gənclər və İdman Nazirliyi və idman federasiyaları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində işlər görür. Həmçinin Milli Paralimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında da münasibətlər qurulub. Əsas hədəfimiz təbii ki, bütün paraidman növlərində əlilliyi olan şəxslərin idmana cəlb olunması ilə Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır.

- Paracüdoda Azərbaycanın 2 qat Paralimpiya çempionu və 3 dəfə Oyunların bürünc medalçısı olan İlham Zəkiyev kimi idmançısı var...

- Bəli, düzgün vurğuladınız. İlham Zəkiyev nəinki paracüdoda, bütün Paralimpiya dünyasında əfsanəvi idmançı hesab olunur. İlham Zəkiyevin paracüdoda olan əvəzsiz təcrübəsindən yeni paracüdoçu nəslinin formalaşmasında istifadə etməyə çalışacağıq. İlin sonunadək onun yeniyetmə və gənc paracüdoçular ilə ustad dərsini təşkil etmək və müxtəlif görüşlər keçirmək planlarımız var. İnanırıq ki, gələcəkdə İlham Zəkiyev kimi yeni çempionlarımızın yetişməsinə nail olacağıq.

- Bəs yeni paralimpiyaçı nəslinin formalaşdırılması üçün hansı işlər görülür?

- Ötən ilin sonu təşkil edilən Uşaq Paralimpiya Oyunları, Paralimpiya çempionlarımız ilə yeniyetmə idmançıların ustad dərslərinin təşkili yeni paralimpiyaçı nəslinin üzə çıxması məqsədi daşıyır. Sevindirici haldır ki, ötən ilin sonu Sumqayıtda baş tutan Uşaq Paralimpiya Oyunlarında 130-dan çox uşaq 6 idman növündə mübarizə apardı. Paratekvondo və paraüzgüçülük idman növlərində Paralimpiya çempionlarımız İmaməddin Xəlilov ilə Raman Salei tərəfindən yeniyetmə paralimpiyaçılara ustad dərsi təşkil edildi.

- Yeniyetmə və gənc paralimpiyaçılarımızın son illərdə hansı nəticələrini fərqləndirərdiz?

- Ötən il yeniyetmə paralimpiyaçılarımız Bəhreyndə keçirilmiş Gimnaziada İdman Oyunlarında paracüdo və paraüzgüçülük idman növlərində 3 qızıl, 5 gümüş və 1 bürünc medal qazanmışdı. Bu il isə Serbiyada keçirilmiş analoji yarışda parabadminton və paraüzgüçülük idman növlərində 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə etdik.

- Müxtəlif növlərdən danışsaq, yeniyetmə və gənc paralimpiyaçılarımızdan kimlərin adlarını çəkə bilərsiniz?

- Paracüdoda Hüseyn İsmayılzadə, Ömər Qurbanov, Elnarə Nizamlı, paraüzgüçülükdə Əli Vəliyev, Murad Məmmədov, Nurcan Rüstəmli, Könül Süleymanova, parabadmintonda İbrahim Əliyev, Zəhra Salmanlı, Ayan Əliyeva, Əli Məhərrəmov, parataekvondoda Sabir Zeynalov, Orxan Cəfərov, Amin Şıxalıyev kimi yeniyetmə və gənc paralimpiyaçılarımızın bir çoxu artıq beynəlxalq arenada mükafatçılar sırasında yer alıblar. Gənc paraüzgüçülərimiz bu ay Fransanın paytaxtı Parisdə təşkil edilmiş Dünya Seriyasında gücünü sınadı. Yeniyetmə idmançımız Əli Vəliyev mübarizə apardığı bütün üzmə üsullarında şəxsi kateqoriyasında finişə birinci çatdı. Ötən həftə parapauerliftinq üzrə Dünya Kubokunda çıxış edən paralimpiyaçılarımız 3 qızıl və 3 gümüş medal qazandılar. Gənc parapauerliftinqçilərimiz Rəsul Zəkiyev, Talıb Zeynalov və Zəhra Dadaşova fəxri kürsüyə yüksəldi.

Paris Paralimpiadasında parataekvondo üzrə milli komandamızın qazandığı uğurlar bu idman növünə olan marağı artırdı. Artıq bu ilin ilk 2 yarışında mübarizə aparan gənc parataekvondoçularımız Orxan Cəfərov və Sabir Zeynalov Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran yarışlarda iki bürünc medal qazanıb. Son Uşaq Palimpiya Oyunlarında qızıl medal qazanan 16 yaşlı parataekvondoçumuz Səmayə Həsənova milli komandamızın heyətinə cəlb olunub.

- Paralimpiyanın qış idman növləri ilə bağlı nə deyə bilərsiniz?

- Vətən müharibəsi iştirakçısı Polad Rzayev paralimpiyanın dağ xizəyi idman növünə cəlb olunub. Paralimpiyaçımız artıq iki yarışda özünü yaxşı tərəfdən göstərib və final mərhələsində çıxış etmək təcrübəsi qazanıb. Həmçinin aktivinə reytinq xalları əlavə edib. İlin sonunadək yenilənmiş saytımız fəaliyyətə başlayacaq. Məqsədimiz Paralimpiya hərəkatının geniş təbliğidir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 11:54

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan kişi və qadın yığmaları üçüncü turda İsveçrə və İsveçlə üz-üzə

Futbol
Bu gün, 11:11

Libertadores Kubokunda yarımfinal cütləri açıqlanıb: Flamenqo‑Estudiantes, Palmeyras‑Fluminense qarşılaşacaq

Formula 1
Bu gün, 10:05

Formula-1 Qran-prisi zamanı Bakıda yol hərəkəti cədvəli açıqlanıb

Futbol
Bu gün, 10:00

“Sumqayıt”da zədəli vitse‑kapitan Roy Kehat komanda ilə məşqlərə qayıdır

Boks
Bu gün, 09:48

Azərbaycanın iki boksçusu Avropa çempionatında qələbə qazandı

Qarabağ FK
Bu gün, 09:10

Qarabağ – Şəfa: Misli Premyer Liqasının 6-cı turunun ilk oyun günü

Futbol
Bu gün, 04:53

“Bavariya” “Benfika”nın mərkəz müdafiəçisi Tomas Arauxonu transfer etmək istəyir

Digər
Bu gün, 03:31

İsveçin keçmiş dünya hokkey çempionu Hans Tvillinq 98 yaşında vəfat etdi

Futbol
Bu gün, 01:02

Beşiktaş Avropa Liqası I turunda Marsel'i 4:1 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 23:54

“Qəbələ”nin yeni baş məşqçisi Yeton Beqiri təqdim edildi

Qarabağ FK
Dünən, 23:48

Misli Premyer Liqası VI turun hakim heyəti açıqlanıb

Olimpiada
Dünən, 22:25

Azərbaycan Atletika Milli Komandasının yeni məşqçi təyinatı

Futbol
Dünən, 19:37

Kəpəz – Sumqayıt qarşılaşması üçün 4000 bilet satılıb, azarkeş marağı yüksəkdir

Futbol
Dünən, 18:47

Barselona qapıçısı Joan Qarsiya sağ dizində narahatlıqla zədələnib

Futbol
Dünən, 18:05

Azərbaycan U-18 milli komandası 21‑23 sentyabr Bayıl Təlim‑Məşq Mərkəzində seleksiya toplanışı keçirəcək

Basketbol
Dünən, 16:08

ABL yeni mövsümün açılış oyununda “Sabah” komandası “LANDAU Lions” ilə qarşılaşacaq

Futbol
Dünən, 13:00

Litva millisinin Azərbaycanla oyunları üçün heyəti açıqladı

Basketbol
Dünən, 11:32

Neftçi klubuna ABŞlı basketbolçu Zakeriya Hiks qoşuldu

Futbol
Dünən, 05:34

“Barselona” 2026/27 mövsümündə rekord starta imza atdı

Futbol
Dünən, 04:21

“Mançester Yunayted” 42 illik ev qalibiyyət seriyasını qırdı

Futbol
Dünən, 01:19

“Mançester Yunayted” Liqa Kubokundan çıxıb, “Aston Villa” 1/8 finala yüksəldi

Futbol
Dünən, 01:02

Milan 0-2 Benfika, Bayer 2-0 Çelye

Futbol
Dünən, 00:43

Barselona 7 oyunda 30 qol vurar, orta məhsuldarlığı 4 qoldan çox

Futbol
16 sentyabr 2026, 22:44

João Pedro zədə səbəbindən Braziliya millisinin dostluq oyunlarından çıxarıldı

Oxşar xəbərlər