top
Azərbaycan Üzgüçülük Federasiyası yeni loqo, brendbuk və rəqəmsal platformaları təqdim edib Report.az
25 iyun 2025, 14:53
- +

Azərbaycan Üzgüçülük Federasiyası yeni loqo, brendbuk və rəqəmsal platformaları təqdim edib

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) ictimaiyyətə bir neçə yeniliyi təqdim edib.

"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, yeni loqo, brendbuk, vebsayt, rəqəmsal platforma akkauntları və milli komanda formaları ilə federasiyanın imici müasir beynəlxalq standartlara daha da uyğunlaşıb.

ASF-nin yenilənmiş loqotipi irəliləyişi, çevikliyi və dözümlüyü simvolizə edən formatda hazırlanıb. Minimalistik və dinamik dizayn tərzi ilə hazırlanmış loqo qurumun yanaşmasını əks etdirmək və beynəlxalq səviyyədə tanınmasını artırmaq məqsədi daşıyır.

Milli komandalar üçün hazırlanmış yeni formalar isə həm də funksionallığı ön planda saxlayır. İtaliyanın məşhur "Macron" şirkətilə tərəfdaşlıq çərçivəsində təqdim edilmiş dəst, ASF-nin yeni imicinin vacib parçasıdır. Əlavə olaraq üzgüçülük üzrə milli komandanın üzvlərinə sahəsinin lideri olan Böyük Britaniyanın "Speedo" şirkətinə məxsus idman geyimləri təqdim edilib.

Bununla yanaşı, ASF rəqəmsal aləmdə də daha geniş şəkildə təmsil olunacaq. Artıq Federasiyanın fəaliyyəti ilə bağlı məlumatlar yalnız "Facebook" və "Instagram"da deyil, həmçinin "LinkedIn", "TikTok", "X" və "YouTube" kimi platformalarda da paylaşılacaq. Bu, qurumun daha böyük auditoriya üçün əlçatan olmasını, o cümlədən Federasiyanın nəzdində olan idman növlərinin ölkədə daha da populyarlaşmasını hədəfləyir.

Federasiyanın rəsmi www.asf.az vebsaytı da tamamilə yenilənib. İstifadəçiyə rahat interfeys və mobil cihazlara uyğun olmasıyla sayt ziyarətçilərinə ASF-yə aid rəsmi xəbərlər və multimedia materialları ilə sosial şəbəkələrdəkindən daha geniş və ətraflı şəkildə tanışlıq üçün imkanlar yaradacaq. Habelə yerli və beynəlxalq yarışlar haqqında məlumatların, eləcə də ölkədəki bütün hovuzların xəritəsinin yerləşdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, cari ilin yanvar ayında keçirilmiş ümumi yığıncaqda Zaur Əliyev ASF-nin prezidenti seçilib. Ötən aylar ərzində strategiya və struktur baxımından yenilənmə prosesinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə start verilib. 2025-ci ilin sonuna qədər bir sıra digər yeniliklərin və layihələrin də həyata keçirilməsi planlaşdırılır. Məqsəd su idman növlərinin Azərbaycanda kütləviləşdirilməsi və peşəkar idmançıların hazırlıq səviyyəsinin artırılmasından ibarətdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 15:05

Sona Ağayeva Paralimpiya Oyunlarına lisenziya qazandı

Futbol
Bu gün, 14:54

Şəfa klubu Fransalı futbolçu Omar Abdulaye Diavı transfer edib

Futbol
Bu gün, 14:40

Nyukasl Kamerunlu Yarımmüdafiəçi ilə Marqlanır

Qarabağ FK
Bu gün, 14:39

“Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq

Güləş
Bu gün, 14:01

ABŞ qarışıq.estafetdə dünya rekordunu yenilədi

Futbol
Bu gün, 13:47

"Kəpəz" belçikalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 13:39

Tijjani Reijnders „Əl-Qadisiyə“yə keçə bilər

Futbol
Bu gün, 13:20

Çelsitransfer yolları ayırmağa hazırlaşır

Futbol
Bu gün, 12:40

"Kəpəz" belçikalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 12:20

Dinamo müdafiəçisini itirdi

Digər
Bu gün, 11:53

Azərbaycan triatlonçuları Avropa Kubokunda

Basketbol
Bu gün, 11:46

“Neftçi” basketbol komandası heyətini ABŞ-li hücumçu ilə gücləndirib

Futbol
Bu gün, 11:40

Messi atasının vəfatından sonra böyük sürprizlə meydana qayıdıb

Olimpiada
Bu gün, 11:26

İspaniyalı olimpiyaçı Günəş tutulması zamanı skeytbord tryuku edib

Qarabağ FK
Bu gün, 11:20

Aleksey Kaşukun “Polissya”ya keçidi niyə baş tutmayıb

Futbol
Bu gün, 11:00

Sabir Buqrin “Neftçi”yə qayıda bilər

Futbol
Bu gün, 10:40

İpsviç "Strasburq"dan iki futbolçu transfer edir

Şahmat
Bu gün, 10:32

Respublika Şahmat Olimpiadası: qaliblər müəyyən olub

Futbol
Bu gün, 10:20

Aston Villa Aaron Van-Bissakanın transferi ilə bağlı danışıqlara başlayıb

Futbol
Bu gün, 10:03

Barselona futbolçusu Lamin Yamal sevgilisi tərəfindən məhkəməyə verilib

Futbol
Bu gün, 10:00

Karvan-Yevlax Keçmişi Olan Coy-Slayd Mikelsin Yeni Klubu Məlum Oludu

Futbol
Bu gün, 10:00

Ronaldinyonun təqdimatı Avqustın 20-də keçiriləcək

Futbol
Bu gün, 09:40

Fulhem - Malaqa: İspaniyalı məşqçi Arbeloa «qırmızı» vərəqə alıb

Futbol
Bu gün, 09:20

Bavariya Joao Palinyanı 25 milyondan ucuz satmayacaq

Oxşar xəbərlər