Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.
İdman.Biz bildirir ki, sərbəst güləşçimiz Fərhad Süleymanlı (97 kq) yarımfinalda fransalı Asxab Dadayevə 2:4 hesabıyla məğlub oldu və sabah bürünc medal uğrunda güləşəcək.
20:00
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.
İdman.Biz bildirir ki, sərbəst güləşçimiz Hacı Kərimov (70 kq) yarımfinalda rusiyalı Ramazan Abdulkadırovla qarşılaşıb.
Həmyerlimiz qarşılaşmada 7:0 hesabı ilə qalib gəlib.
Beləliklə, Hacı Kərimov U20 Avropa çempionatının finalına yüksəlib.