top
U-23 Dünya Çempionatı: Azərbaycan güləşçilərindən 3 bürünc medal şansı Idman.biz
24 oktyabr 2025, 22:08
- +

U-23 Dünya Çempionatı: Azərbaycan güləşçilərindən 3 bürünc medal şansı

Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.

İdman.Biz bildirir ki, bu gün həm qadın, həm də sərbəst güləş üzrə milli komandalarımızın üzvləri xalçaya çıxıb.

Elnurə Məmmədova (53 kq) türkiyəli Sıla Aykul üzərində inamlı qələbə (9:0) qazansa da, 1/4 finalda ispaniyalı Karla Solerə 11:14 hesabıyla məğlub olub.

Günay Qurbanova (59 kq) debütdə bolqarıstanlı Viktoriya Boynovaya şans tanımayıb – 8:1. Həmyerlimiz növbəti mərhələlərdə moldovalı Madalina Prisakariyə (11:0) və qazaxıstanlı Viktoriya Xusaynovaya (tuş) vaxtından əvvəl qalib gəlib. Yarımfinalda yaponiyalı Ruka Natamiylə qarşılaşan Günay son saniyələrdə qələbəni əldən verib – 1:3. Qurbanova sabah bürünc medal uğrunda güləşəcək.

Birgül Soltanova (62 kq) təsnifat mərhələsində rusiyalı Yekaterina Koşkinaya "tuş"la uduzub.

Maqomed-Başir Xaniyev (74 kq) ilk mərhələdə yunanıstanlı Georgios Yoakeymidisə tam üstünlüklə (10:0) qalib gəlib. Təmsilçimiz 1/8 finalda ermənistanlı Qriqor Çolakyandan güclü olub – 14:5. Xaniyev Bəhreyn təmsilçisi Maqomedrasul Asluyevə isə 7:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Xaniyev finalın bir addımlığında türkiyəli Muhammed Özmuşa məğlub olub – 3:7. Maqomed-Başir sabah bürünc medal uğrunda güləşəcək.

Sadiq Mustafazadə (92 kq) ispaniyalı Muxammedsultan Kopbayevi tam üstünlüklə (10:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda iranlı Mohammadmobin Azimiylə bacarmayıb – 0:8. Həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:23

DÇ-26: İsveçrə Bosniya və Herseqovina ilə üz-üzə

Futbol
Bu gün, 17:20

Boka Xuniors Edinson Kavanini buraxır

Futbol
Bu gün, 17:12

Tomas Tuxelin FIFA-ya Çağırışı: Fotoqraflar Himn Anını Korladı

Futbol
Bu gün, 17:10

Dünya Çempionatında İkinci Tur Oyunları Başlayır

Futbol
Bu gün, 17:09

Dünya çempionatında şərhçi Uorren Bartona zərər yetiriblər

Futbol
Bu gün, 16:52

Rahid Əmirquliyev futbolçu karyerasını başa vurmağa hazırlaşır

Digər
Bu gün, 16:03

Cahangir Fərəcullayev UEFA Marketinq Komitəsinə seçilib

Futbol
Bu gün, 15:54

Özbəkistan millisi mundialda nümunəvi davranışı ilə diqqət çəkib

Voleybol
Bu gün, 15:48

Azərbaycanlı hakim Gümüş Avropa Liqasında

Futbol
Bu gün, 15:40

DÇ-2026: Abbosbek Fayzullayev ən bəstəboylu oyunçu oldu

Futbol
Bu gün, 15:33

Şotlandiya azarkeşləri DÇ-2026-da səs rekordunu qırmaqdan danışır

Futbol
Bu gün, 15:20

Özbəkistan Prezidenti mundialdakı ilk qolu qələbə adlandırıb

Tennis
Bu gün, 14:58

Azərbaycan parastolüstü tennisçiləri Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq

Futbol
Bu gün, 14:40

Şahdağ Qusar" Qəbələ"nin futbolçusunu icarəyə götürdü

Futbol
Bu gün, 14:16

“Kəpəz”ə Azər Məmmədov baş çi return ola bilər

Futbol
Bu gün, 14:13

Fənərbağçanın yeni baş məşqçisi İsmail Kartal oldu

Futbol
Bu gün, 14:09

Araz-Naxçıvan" cinah yarımmüdafiəçi ilə müqavilə bağladı

Minifutbol
Bu gün, 13:53

"Araz-Naxçıvan" İbrahim Piriyevlə müqavilənin müddətini uzadıb

Futbol
Bu gün, 13:39

Difai FK-nin yeni baş məşqçisi Şəhriyar Məmmədov olub

Futbol
Bu gün, 13:20

Çelsi Dieqo Kostaya maraqlanır

Futbol
Bu gün, 13:09

Real Madrid İbrahima Konateni transfer edib

Futbol
Bu gün, 12:53

Cud Bellinqem: “Bəzən tənqidlərə layiq oluram”

Futbol
Bu gün, 12:40

Mark Kukurella: "Real"ın ruhuna uyğun düşüncə tərzim var

Futbol
Bu gün, 12:03

“Liverpul” Viktor Munyosun transferini tamamlamağa yaxındır

Oxşar xəbərlər