top
U-23 Avropa Çempionatı: Azərbaycan güləşçiləri medal uğrunda mübarizəni davam etdirir - YENİLƏNİR Idman.biz
14 mart 2026, 15:44
- +

U-23 Avropa Çempionatı: Azərbaycan güləşçiləri medal uğrunda mübarizəni davam etdirir - YENİLƏNİR

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatının növbəti görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 63 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlkin Qurbanov təsəlliverici görüşdə fransalı Lukas Qrassoya 4:2 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazandı. Bürünc medal görüşündə İ.Qurbanovun rəqibi Gürcüstan təmsilçisi Rati Xozrevanidze olacaq.

Bundan əlavə ölkəmizi təmsil edən 60 kq-da Ayxan Cavadov bolqarıstanlı Borislav Kirilova 8:1 hesabıyla qalib gələrək 1/4 final mərhələsinə yüksəldi.

55 kq-da isə final görüşü keçiriləcək. Azərbaycan idmançısı Fərid Sadıxlı bu gün Rusiyadan olan Alibek Amirov ilə qarşılaşacaq.

Görüş saat 21:00-da başlayacaq.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

10:39

Bu gün Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, Azərbaycanın yeddi yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Fərid Sadıqlı (55 kq) finalda rusiyalı Alibek Amirovla qarşılaşacaq.

Təsnifat mərhələsində Ayxan Cavadov (60 kq), bolqarıstanlı Borislav Krasimirov Kirilovla, Elmin Əliyev (82 kq) macarıstanlı Sabolç İştvan Sinayla üz-üzə gələcək.

Təsəlliverici görüşdə İlkin Qurbanov (63 kq) fransalı Lukas Lo Qrassonu sınağa çəkəcək.

1/8 finalda Fərid Xəlilov (67 kq) almaniyalı Yanis Heynzelbekerlə, Fərahim Mustafayev (72 kq) bolqarıstanlı Dimitar Georgiyevlə, Əli Telman Quliyev isə (97) xorvatiyalı Tomislav Brkanla güləşəcək.

Qeyd edək ki, Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında indiyə qədər ümumilikdə 11 medal qazanıblar. Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu olublar. Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) isə bürünc medal sahibi olublar.

Avropa çempionatına martın 15-də yekun vurulacaq

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
02 sentyabr 2026, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
02 sentyabr 2026, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
02 sentyabr 2026, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
02 sentyabr 2026, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
02 sentyabr 2026, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
02 sentyabr 2026, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
02 sentyabr 2026, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
02 sentyabr 2026, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
02 sentyabr 2026, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
02 sentyabr 2026, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
02 sentyabr 2026, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
02 sentyabr 2026, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
02 sentyabr 2026, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
02 sentyabr 2026, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
02 sentyabr 2026, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
02 sentyabr 2026, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
02 sentyabr 2026, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
02 sentyabr 2026, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
02 sentyabr 2026, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
02 sentyabr 2026, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
02 sentyabr 2026, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
02 sentyabr 2026, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
02 sentyabr 2026, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
02 sentyabr 2026, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər