Yunan-Roma güləşi üzrə U-15 Azərbaycan çempionatı başa çatır.
İdman.Biz xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin sonuncu günündə yunan-Roma güləş üzrə daha bir medalçı müəyyənləşib.
62 kq çəki dərəcəsində isə Raul Məmmədzadə final görüşündə qalib gələrək qızıl medala sahib çıxıb.
12:45
Bu gün yunan-Roma güləşi üzrə U-15 Azərbaycan çempionatı başa çatır.
İdman.Biz xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin sonuncu günündə yunan-Roma güləş üzrə 48, 52, 57 kq-da medalçılar müəyyənləşib.
48 kq çəki dərəcəsində Pünhan Şahmarov bütün rəqiblərini məğlub edərək U-15 Azərbaycan çempionu adına layiq görülüb.
52 kq çəki dərəcəsində isə Rəsul Əhmədli final görüşündə qalib gələrək qızıl medala sahib çıxıb.
57 kq çəki dərəcəsində mübarizə aparan Sadiq Vəlizadə də uğurlu çıxışı ilə seçilərək U-15 Azərbaycan çempionu titulunu qazanıb.