top
Tiranada Nihad Quluzadə və Nihat Məmmədli finalda, Rəşad Məmmədov da finala yüksəlib - YENİLƏNİR Idman.biz
01 mart 2026, 19:20
- +

Tiranada Nihad Quluzadə və Nihat Məmmədli finalda, Rəşad Məmmədov da finala yüksəlib - YENİLƏNİR

Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-roma güləşi üzrə reytinq turnirində Azərbaycan millisi möhtəşəm nəticələr əldə edib. 60 kq çəki dərəcəsində hər iki təmsilçimiz rəqiblərini məğlub edərək finala yüksəliblər.

İdman.Biz xəbər verir ki, Nihad Quluzadə yarımfinalda rusiyalı dünya və Avropa mükafatçısı Sadik Lalayevlə qarşılaşıb. Rəqibi üzərində 8:0 hesablı tam üstünlüklə qələbə qazanan Quluzadə adını finala yazdırıb. Eyni çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli isə digər rusiyalı güləşçi Suner Konunovu 3:1 hesabı ilə üstələyərək həlledici görüşə vəsiqə qazanıb.

Digər təmsilçilərimiz isə yarımfinalda məğlub olaraq bürünc medal uğrunda mübarizə aparacaqlar:

- Ruslan Nurullayev (72 kq): Yarımfinalda iranlı Hocaət Həsən Rəzaiyə 3:7 hesabı ilə uduzub.
- Tuncay Vəzirzadə (82 kq): Rusiyalı Adlet Tulubayevə 1:6 hesabı ilə məğlub olub.
- Beka Kandelaki (130 kq): Rusiyalı Marat Kamparovla görüşdə ilk xal prinsipinə əsasən (1:1) məğlubiyyətlə üzləşib.

17:53

Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-roma güləşi üzrə reytinq turnirində Azərbaycan təmsilçisi Rəşad Məmmədov (55 kq) möhtəşəm qələbə qazanaraq finala vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, yarımfinal mərhələsində Hindistan idmançısı Lalit Lalit ilə qarşılaşan güləşçimiz gərgin mübarizədən qalib ayrılıb. Görüşün sonunadək əzmkarlıq nümayiş etdirən Məmmədov rəqibini 6:5 hesabı ilə məğlub edib.

16:59

İdman.Biz xəbər verir ki, 55 kq-a qədər çəki dərəcəsində yunan-Roma güləşi üzrə Azərbaycan güləşçisi Rəşad Məmmədov Qazaxıstan təmsilçisi Arsen Juma üzərində qələbə qazanaraq (9:3) yarışın yarımfinalına yüksəlib.

Finala vəsiqə uğrunda keçiriləcək görüşdə Azərbaycan güləşçisi Hindistan idmançısı Lalit Lalit ilə qarşılaşacaq.

16:18

Tiranada güləş üzrə "Muhamet Malo" reytinq turniri davam edir, burada yunan-Roma güləşi üzrə Azərbaycan güləşçiləri start görüşlərində beş qələbə qazanıblar.

İdman.Biz xəbər verir ki, 55 kq-a qədər çəki dərəcəsində Rəşad Məmmədov Qırğızıstan təmsilçisi Ulan Muratbek Uuluna qalib gələrək dörddəbir finala yüksəlib və burada qazaxıstanlı Arsen Juma ilə qarşılaşacaq.

60 kq kateqoriyasında Nihat Məmmədli amerikalı Maksvel Bleki məğlub edib və 1/4 finalda qazaxıstanlı Yerbol Kamaliyevlə mübarizə aparacaq. Nihad Quluzadə də turnirə uğurla başlayıb, qazaxıstanlı Akjol Tuyakovu üstələyib və dörddəbir finalda türkmənistanlı Azatcan Açilovla görüşəcək.

72 kq çəkidə Ruslan Nurullayev hindistanlı Sourav Ranaya qalib gəlib və növbəti raundda macarıstanlı Kriştian Vantsa ilə qarşılaşacaq. 82 kq kateqoriyasında Tuncay Vəzirzadə qazaxıstanlı Almir Tolebayev üzərində qələbə qazanıb və dörddəbir finalda qırğızıstanlı Akjol Mahmudovla güləşəcək.

Qeyd edək ki, 97 kq çəki dərəcəsində Murad Əhmədiyev 1/8 finalda gürcüstanlı Qiorqi Meliyaya sonuncu alınan xal prinsipinə görə məğlub olub - 2:2.

14:53

Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" reytinq turnirində Azərbaycanın yunan-roma güləşçiləri növbəti görüşlərinə çıxıblar.

İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Məmmədov 1/8 final mərhələsində Qırğızıstan təmsilçisi Ulan Muratbek Uulu ilə qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə üstələyən güləşçimiz 1/4 finala vəsiqə qazanıb.

82 kq çəki dərəcəsində çıxış edən Tuncay Vəzirzadə də uğurlu startı ilə yadda qalıb. O, Qazaxıstan idmançısı Almir Tolebayevlə qarşılaşmada inamlı təsir bağışlayaraq 4:0 hesablı qələbə qazanıb və adını növbəti mərhələyə yazdırıb.

Lakin 97 kq çəkidə yarışan Məhəmməd Əhmədiyev üçün turnir uğursuz yekunlaşıb. Təsnifat mərhələsində UWW bayrağı altında çıxış edən Artur Sarksyanla qarşılaşan güləşçimiz rəqibinə 2:7 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

12:16

Albaniyanın paytaxtı Tiranada keçirilən "Məhəmməd Malo" reytinq turniri davam edir. Yarışın sonuncu günündə Azərbaycanın yunan-roma güləşi üzrə millisinin doqquz üzvü qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, idmançılarımız altı çəki dərəcəsində mübarizəyə qoşulacaqlar. 55 kq çəkidə Rəşad Məmmədov 1/8 finalda Ulan Muratbek Uulu (Qırğızıstan) ilə qarşılaşacaq. 60 kq çəki dərəcəsində iki təmsilçimiz xalçaya çıxacaq: Nihat Məmmədli Maksvell Hopper Blek (ABŞ), Nihad Quluzadə isə Akjol Tuyakov (Qazaxıstan) ilə 1/8 finalda üz-üzə gələcək.

72 kq çəkidə Ruslan Nurullayev hindistanlı Sourav Rana ilə, 82 kq-da Tuncay Vəzirzadə isə Almir Tolebayevlə (Qazaxıstan) 1/8 finalda güləşəcək. 97 kq çəki dərəcəsində Murad Əhmədiyev 1/8 finaldan, Məhəmməd Əhmədiyev isə 1/16 finalda Artur Sarksyanla (UWW) mübarizəyə başlayacaq.

Ağır çəkidə (+130 kq) Beka Kandelaki 1/8 finalda Alimxan Sızdıkov (Qazaxıstan), Sərxan Məmmədov isə Əli İlyasov (UWW) ilə qarşılaşacaq.

Hazırda Azərbaycan yığmasının aktivində altı medal var. Ziya Babaşov (63 kq) qızıl, Sakit Quliyev və Rəşid Babazadə gümüş, İslam Bazarqanov, Cəbrayıl Hacıyev və Arseni Djioyev isə bürünc medal qazanıblar.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:48

Fransa millisinin DÇ-2026-da məğlubiyyəti səbəbi ilə Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib

Futbol
Bu gün, 09:40

Frenki de Yonq 4 ay futbola ara verə bilər

Futbol
Bu gün, 09:19

DÇ-2026-nın ikinci finalçısı müəyyənləşəcək: İngiltərə - Argentina

Futbol
Bu gün, 09:08

Unai Simon İspaniya millisinin yenilik rekorduna sahib oldu

Futbol
Bu gün, 08:40

"Milan" Luka Modriçlə bağlı qərarını verdi: Müqavilə uzadılacaq

Futbol
Bu gün, 08:20

FIFA prezidenti Canni İnfantino azarkeşlər tərəfindən fitə basılıb

Futbol
Bu gün, 08:11

Belçika futbolçusu Toma Menye “Sanderlend”ə keçir

Futbol
Bu gün, 08:00

Haiti millisinin baş məşqçisi istefaya göndərildi

Futbol
Bu gün, 07:13

Folarin Baloqun: “Qırmızı vərəqəmin ləğvi tamamilə unikal bir şey idi”

Futbol
Bu gün, 06:12

Argentina və İngiltərə arasında yarımfinal matçı: Dieqo Maradonanın oğlu fikirlərini bildirib

Digər
Bu gün, 05:20

Həbib Nurməhəmmədov: “UFC dünya idman arenasında möhtəşəm səviyyəyə çatdı”

Futbol
Bu gün, 04:17

İspaniya dünya rekorduna yaxınlaşdı

Futbol
Bu gün, 03:40

İspaniya futbol yığması İtaliyanın rekordunu təkrarladı

Futbol
Bu gün, 03:10

Didye Deşam dünya çempionatlarında ən çox oyun keçirən baş məşqçi olub

Futbol
Bu gün, 02:07

İspaniya mundiallarda penalti zərbələrinə görə liderlik edir

Futbol
Bu gün, 01:50

„Fənərbağça“ Meyson Qrinvudu transfer edib

Futbol
Bu gün, 01:02

DÇ-2026: İspaniya finala vəsiqə qazandı

Futbol
Bu gün, 00:59

DÇ-2026: İspaniya Fransa üzərində qələbə qazanaraq finala yüksəldi

Basketbol
Bu gün, 00:30

FIBA U20 Avropa Çempionatında İrlandiyaya uduzaran U20 milli komanda

Basketbol
Bu gün, 00:30

U20 milli komanda İrlandiyaya məğlub olub

Futbol
Bu gün, 00:25

"İmişli"nin 2026/2027 mövsümü üçün yay hazırlıq planı

Futbol
Bu gün, 00:12

Oyarsabal mundialda qol vurma rekordunu təkrarlayıb

Futbol
Bu gün, 00:06

DÇ-2026: İspaniya - Fransa matçında ikinci hissədir

Futbol
Dünən, 23:23

DÇ-2026: Fransa - İspaniya matçında hesab açılıb

Oxşar xəbərlər