top
Tiranada Muhamet Malo turniri: Azərbaycan güləşçilərindən qələbələr, final görüşləri və medallar Idman.biz
01 mart 2026, 23:07
- ↺ +

Tiranada "Muhamet Malo" turniri: Azərbaycan güləşçilərindən qələbələr, final görüşləri və medallar

Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-roma güləşi üzrə "Muhamet Malo" reytinq turnirində Azərbaycan idmançılarının final dueli baş tutub. 60 kq çəki dərəcəsində həlledici görüşdə iki həmyerlimiz - Nihat Məmmədli və Nihad Quluzadə üz-üzə gəliblər.

İdman.Biz xəbər verir ki, son dərəcə gərgin və taktiki mübarizə şəraitində keçən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Qaydalara görə, sonuncu xalı qazanan tərəf üstünlük əldə etdiyi üçün Nihat Məmmədli qalib elan olunub.

Bu nəticə ilə Nihat Məmmədli turnirin qızıl medalına sahib çıxaraq çempion adını qazanıb. Finala qədər dünya və Avropa mükafatçılarını tam üstünlüklə məğlub edən Nihad Quluzadə isə yarışı gümüş medalla başa vurub.

22:13

Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə reytinq turnirində Azərbaycan təmsilçisi Rəşad Məmmədov (55 kq) gümüş medala sahib olub. Yarış boyu uğurlu çıxış edən idmançımız həlledici görüşdə təcrübəli rəqibi ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, qızıl medal uğrunda keçirilən döyüşdə Məmmədov rusiyalı dünya mükafatçısı və ikiqat Avropa çempionu Emin Səfərşayevlə üz-üzə gəlib. Gərgin keçən qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə Rəşad Məmmədov turniri ikinci pillədə tamamlayaraq aktivinə gümüş mükafat yazdırıb. Qeyd edək ki, bura qədər o, yarımfinalda hindistanlı Lalit Laliti məğlub edərək finala yüksəlmişdi.

19:20

Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə reytinq turnirində Azərbaycan millisi möhtəşəm nəticələr əldə edib. 60 kq çəki dərəcəsində hər iki təmsilçimiz rəqiblərini məğlub edərək finala yüksəliblər.

İdman.Biz xəbər verir ki, Nihad Quluzadə yarımfinalda rusiyalı dünya və Avropa mükafatçısı Sadik Lalayevlə qarşılaşıb. Rəqibi üzərində 8:0 hesablı tam üstünlüklə qələbə qazanan Quluzadə adını finala yazdırıb. Eyni çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli isə digər rusiyalı güləşçi Suner Konunovu 3:1 hesabı ilə üstələyərək həlledici görüşə vəsiqə qazanıb.

Digər təmsilçilərimiz isə yarımfinalda məğlub olaraq bürünc medal uğrunda mübarizə aparacaqlar:

- Ruslan Nurullayev (72 kq): Yarımfinalda iranlı Hocaət Həsən Rəzaiyə 3:7 hesabı ilə uduzub.
- Tuncay Vəzirzadə (82 kq): Rusiyalı Adlet Tulubayevə 1:6 hesabı ilə məğlub olub.
- Beka Kandelaki (130 kq): Rusiyalı Marat Kamparovla görüşdə ilk xal prinsipinə əsasən (1:1) məğlubiyyətlə üzləşib.

17:53

Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə reytinq turnirində Azərbaycan təmsilçisi Rəşad Məmmədov (55 kq) möhtəşəm qələbə qazanaraq finala vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, yarımfinal mərhələsində Hindistan idmançısı Lalit Lalit ilə qarşılaşan güləşçimiz gərgin mübarizədən qalib ayrılıb. Görüşün sonunadək əzmkarlıq nümayiş etdirən Məmmədov rəqibini 6:5 hesabı ilə məğlub edib.

16:59

İdman.Biz xəbər verir ki, 55 kq-a qədər çəki dərəcəsində yunan-Roma güləşi üzrə Azərbaycan güləşçisi Rəşad Məmmədov Qazaxıstan təmsilçisi Arsen Juma üzərində qələbə qazanaraq (9:3) yarışın yarımfinalına yüksəlib.

Finala vəsiqə uğrunda keçiriləcək görüşdə Azərbaycan güləşçisi Hindistan idmançısı Lalit Lalit ilə qarşılaşacaq.

16:18

Tiranada güləş üzrə "Muhamet Malo" reytinq turniri davam edir, burada yunan-Roma güləşi üzrə Azərbaycan güləşçiləri start görüşlərində beş qələbə qazanıblar.

İdman.Biz xəbər verir ki, 55 kq-a qədər çəki dərəcəsində Rəşad Məmmədov Qırğızıstan təmsilçisi Ulan Muratbek Uuluna qalib gələrək dörddəbir finala yüksəlib və burada qazaxıstanlı Arsen Juma ilə qarşılaşacaq.

60 kq kateqoriyasında Nihat Məmmədli amerikalı Maksvel Bleki məğlub edib və 1/4 finalda qazaxıstanlı Yerbol Kamaliyevlə mübarizə aparacaq. Nihad Quluzadə də turnirə uğurla başlayıb, qazaxıstanlı Akjol Tuyakovu üstələyib və dörddəbir finalda türkmənistanlı Azatcan Açilovla görüşəcək.

72 kq çəkidə Ruslan Nurullayev hindistanlı Sourav Ranaya qalib gəlib və növbəti raundda macarıstanlı Kriştian Vantsa ilə qarşılaşacaq. 82 kq kateqoriyasında Tuncay Vəzirzadə qazaxıstanlı Almir Tolebayev üzərində qələbə qazanıb və dörddəbir finalda qırğızıstanlı Akjol Mahmudovla güləşəcək.

Qeyd edək ki, 97 kq çəki dərəcəsində Murad Əhmədiyev 1/8 finalda gürcüstanlı Qiorqi Meliyaya sonuncu alınan xal prinsipinə görə məğlub olub - 2:2.

14:53

Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" reytinq turnirində Azərbaycanın yunan-Roma güləşçiləri növbəti görüşlərinə çıxıblar.

İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Məmmədov 1/8 final mərhələsində Qırğızıstan təmsilçisi Ulan Muratbek Uulu ilə qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə üstələyən güləşçimiz 1/4 finala vəsiqə qazanıb.

82 kq çəki dərəcəsində çıxış edən Tuncay Vəzirzadə də uğurlu startı ilə yadda qalıb. O, Qazaxıstan idmançısı Almir Tolebayevlə qarşılaşmada inamlı təsir bağışlayaraq 4:0 hesablı qələbə qazanıb və adını növbəti mərhələyə yazdırıb.

Lakin 97 kq çəkidə yarışan Məhəmməd Əhmədiyev üçün turnir uğursuz yekunlaşıb. Təsnifat mərhələsində UWW bayrağı altında çıxış edən Artur Sarksyanla qarşılaşan güləşçimiz rəqibinə 2:7 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

12:16

Albaniyanın paytaxtı Tiranada keçirilən "Məhəmməd Malo" reytinq turniri davam edir. Yarışın sonuncu günündə Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin doqquz üzvü qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, idmançılarımız altı çəki dərəcəsində mübarizəyə qoşulacaqlar. 55 kq çəkidə Rəşad Məmmədov 1/8 finalda Ulan Muratbek Uulu (Qırğızıstan) ilə qarşılaşacaq. 60 kq çəki dərəcəsində iki təmsilçimiz xalçaya çıxacaq: Nihat Məmmədli Maksvell Hopper Blek (ABŞ), Nihad Quluzadə isə Akjol Tuyakov (Qazaxıstan) ilə 1/8 finalda üz-üzə gələcək.

72 kq çəkidə Ruslan Nurullayev hindistanlı Sourav Rana ilə, 82 kq-da Tuncay Vəzirzadə isə Almir Tolebayevlə (Qazaxıstan) 1/8 finalda güləşəcək. 97 kq çəki dərəcəsində Murad Əhmədiyev 1/8 finaldan, Məhəmməd Əhmədiyev isə 1/16 finalda Artur Sarksyanla (UWW) mübarizəyə başlayacaq.

Ağır çəkidə (+130 kq) Beka Kandelaki 1/8 finalda Alimxan Sızdıkov (Qazaxıstan), Sərxan Məmmədov isə Əli İlyasov (UWW) ilə qarşılaşacaq.

Hazırda Azərbaycan yığmasının aktivində altı medal var. Ziya Babaşov (63 kq) qızıl, Sakit Quliyev və Rəşid Babazadə gümüş, İslam Bazarqanov, Cəbrayıl Hacıyev və Arseni Djioyev isə bürünc medal qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Bu gün, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Bu gün, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Bu gün, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Bu gün, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Bu gün, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Bu gün, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Bu gün, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Bu gün, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Bu gün, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
Dünən, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
Dünən, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Oxşar xəbərlər