Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turniri davam edir.
İdman.biz xəbər verir ki, bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.
Millimizin heyətində Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov, Ülvi Qənizadə (hər ikisi 72 kq) və Sənan Süleymanov (77 kq) qələbə uğrunda yarışır. İdmançılarımız təsnifat mərhələsində qələbə qazanıblar.
Həsrət Cəfərov (72 kq) ilk mərhələdə iranlı Seyid Söhrabiyə 12:6, ikinci döyüşdə isə macarıstanlı Kristofer Klanyiyə 7:0 hesabları ilə qalib gəlib. O, yarımfinalda gürcüstanlı Olimpiya mükafatçısı və Avropa çempionu Şmaqi Bolkvadzeni də mübarizədən kənarlaşdırıb (7:1).
Qeyd edək ki, dünən yunan-Roma güləşi üzrə yığmanın üzvü Murad Məmmədov (63 kq) qızıl medala sahib çıxıb. Sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.
İdman.biz