top
Güləşçilərimizdən Rumıniyada 2 gümüş medal İdman.biz
22 iyul 2024, 16:46
- +

Güləşçilərimizdən Rumıniyada 2 gümüş medal

Rumıniyanın Timişoara şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 3-cü mərhələsi keçirilib.

İdman.biz xəbər verir ki, iki gün davam edən yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Rəşid Babazadə (70 kq), Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) ölkəmizi təmsil edib.

Rəşid Babazadə ukraynalı Oleksey Boruta (1:1), yunanıstanlı Vasileos Kesidis (3:0) və amerikalı Miçel Brauna (2:1) qalib gələrək A qrupunda 1-ci yeri tutub. Güləşçimiz 1/4 finalda rumıniyalı Razvan Kovaçdan (3:0), yarımfinalda isə ukraynalı İvan Semyonovdan (3:0) güclü olub. Finalda türkiyəli Yunus Coşkuna minimal fərqlə (0:1) uduzan Babazadə gümüş medalı boynundan asıb ki, bu da Rəşidin bu növdə ilk medalı olub.

Ramiz Həsənov A qrupunda moldovalı Yon Marku (2:0), fransalı Huqo Kueno (+:-) və amerikalı Hunter Qarvinə (2:0) qalib gəlib. Qrup lideri kimi yarımfinala yüksələn Həsənov finalın bir addımlığında ABŞ təmsilçisi Daniel Kardenasa (1:2), üçüncü yer uğrunda görüşdə isə moldovalı Vasile Diakona (0:2) məğlub olub.

İbrahim Yusubov moldovalı Trayan Kapatina (3:0), ukraynalı Nazar Dod (3:0) və yunanıstanlı Xristos Samartsidisi (+:-) məyus edərək A qrupunda ilk pilləni tutub. Dünya çempionu yarımfinalda ukraynalı Oleksey Yakovçuka şans tanımayıb – 3:0. Yusubov öncəki mərhələdə olduğu kimi, yenə finalda moldovalı Trayan Kapatinaya məğlub olub (2:4) və növbəti dəfə gümüş medalla kifayətlənib.

Komandamız 52 xalla ikinci yeri tutub. Millimiz çempion olan Türkiyədən cəmi 2 xal geri qalıb. ABŞ (45) isə üçüncü pillədə qərarlaşıb.

Dünya Seriyasının 4-cü mərhələsi 21-22 sentyabrda Yunanıstanın Katerini şəhərində baş tutacaq.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:06

Türkiyə mundialda ən zəif komanda seçildi

Futbol
Bu gün, 02:46

DÇ-2026: Uruqvay və Kabo Verde 1:1 hesablı heç-heçə edib

Futbol
Bu gün, 02:36

DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab açılıb

Futbol
Bu gün, 02:27

Georgios Donis Səudiyyə Ərəbistanı - İspaniya matçının səbəbini açıqlayıb

Futbol
Bu gün, 01:43

İran-Belçika matçında “Traktor”un qapıçısı ən yaxşı seçildi

Futbol
Bu gün, 01:14

Lamin Yamal Pelenin rekordunu təkrarlayıb

Futbol
Bu gün, 01:05

Dünya çempionatında Belçika və İran öz oyununu heç-heçə bağlayıb

Futbol
Bu gün, 01:05

Dünya çempionatında Belçika İranla heç-heçə bitirib

Futbol
Bu gün, 01:02

Belçika və İran dünya çempionatında heç-heçə etməyə müvəffəq olublar

Şahmat
Bu gün, 00:41

Vüqar Manafov qızıl medalı ilə “Odlar Yurdu”nun yeganə sevinci olub

Voleybol
Bu gün, 00:18

Azərbaycan millisinin voleybolçusu Avropa Liqasındakı çıxış haqqında danışıb

Futbol
Dünən, 23:46

De la Fuente: “Lamin Yamal ideal formasını bərpa edib”

Güləş
Dünən, 23:29

Azərbaycan güləşçiləri Dünya Seriyasının üçüncü mərhələsində iki medal qazandı

Futbol
Dünən, 23:28

DÇ-2026: Belçika - İran oyunu startedı - YENİLƏNİR + VİDEO

Güləş
Dünən, 23:21

Məktəblilərin olimpiadasında ilk finalçılar bəlli oldu

Futbol
Dünən, 23:00

Lionel Messi futbolda Maykl Cordanla mü;qayisé olunur

Futbol
Dünən, 22:59

DÇ-2026: Belçika - İran oyunu başlamışdır

Futbol
Dünən, 22:48

Lionel Messi yenidən “Barselona” forması geyinə bilər

Futbol
Dünən, 22:19

DÇ-2026: Belçika və İranın start heyətləri açıqlandı

Futbol
Dünən, 22:06

İspaniya Səudiyyə Ərəbistanini 4:0 hesabı ilə məğlub edib

Futbol
Dünən, 21:59

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı üzərində qələbə qazandı

Gimnastika
Dünən, 21:41

Azərbaycan akrobatları Dünya Kubokunda iki medal qazandı

Güləş
Dünən, 21:35

Azərbaycan atleti Balkan çempionatında bürünc medal qazanıb

Gimnastika
Dünən, 21:19

Azərbaycan gimnastları Stavropolda iki medal qazandı

Oxşar xəbərlər