top
Rəşad Məmmədov Tiranada gümüş medal qazandı, digər güləşçilərimiz də uğur qazandı Idman.biz
Bu gün, 22:13
- +

Rəşad Məmmədov Tiranada gümüş medal qazandı, digər güləşçilərimiz də uğur qazandı

Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə reytinq turnirində Azərbaycan təmsilçisi Rəşad Məmmədov (55 kq) gümüş medala sahib olub. Yarış boyu uğurlu çıxış edən idmançımız həlledici görüşdə təcrübəli rəqibi ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, qızıl medal uğrunda keçirilən döyüşdə Məmmədov rusiyalı dünya mükafatçısı və ikiqat Avropa çempionu Emin Səfərşayevlə üz-üzə gəlib. Gərgin keçən qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə Rəşad Məmmədov turniri ikinci pillədə tamamlayaraq aktivinə gümüş mükafat yazdırıb. Qeyd edək ki, bura qədər o, yarımfinalda hindistanlı Lalit Laliti məğlub edərək finala yüksəlmişdi.

19:20

Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə reytinq turnirində Azərbaycan millisi möhtəşəm nəticələr əldə edib. 60 kq çəki dərəcəsində hər iki təmsilçimiz rəqiblərini məğlub edərək finala yüksəliblər.

İdman.Biz xəbər verir ki, Nihad Quluzadə yarımfinalda rusiyalı dünya və Avropa mükafatçısı Sadik Lalayevlə qarşılaşıb. Rəqibi üzərində 8:0 hesablı tam üstünlüklə qələbə qazanan Quluzadə adını finala yazdırıb. Eyni çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli isə digər rusiyalı güləşçi Suner Konunovu 3:1 hesabı ilə üstələyərək həlledici görüşə vəsiqə qazanıb.

Digər təmsilçilərimiz isə yarımfinalda məğlub olaraq bürünc medal uğrunda mübarizə aparacaqlar:

- Ruslan Nurullayev (72 kq): Yarımfinalda iranlı Hocaət Həsən Rəzaiyə 3:7 hesabı ilə uduzub.
- Tuncay Vəzirzadə (82 kq): Rusiyalı Adlet Tulubayevə 1:6 hesabı ilə məğlub olub.
- Beka Kandelaki (130 kq): Rusiyalı Marat Kamparovla görüşdə ilk xal prinsipinə əsasən (1:1) məğlubiyyətlə üzləşib.

17:53

Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə reytinq turnirində Azərbaycan təmsilçisi Rəşad Məmmədov (55 kq) möhtəşəm qələbə qazanaraq finala vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, yarımfinal mərhələsində Hindistan idmançısı Lalit Lalit ilə qarşılaşan güləşçimiz gərgin mübarizədən qalib ayrılıb. Görüşün sonunadək əzmkarlıq nümayiş etdirən Məmmədov rəqibini 6:5 hesabı ilə məğlub edib.

16:59

İdman.Biz xəbər verir ki, 55 kq-a qədər çəki dərəcəsində yunan-Roma güləşi üzrə Azərbaycan güləşçisi Rəşad Məmmədov Qazaxıstan təmsilçisi Arsen Juma üzərində qələbə qazanaraq (9:3) yarışın yarımfinalına yüksəlib.

Finala vəsiqə uğrunda keçiriləcək görüşdə Azərbaycan güləşçisi Hindistan idmançısı Lalit Lalit ilə qarşılaşacaq.

16:18

Tiranada güləş üzrə "Muhamet Malo" reytinq turniri davam edir, burada yunan-Roma güləşi üzrə Azərbaycan güləşçiləri start görüşlərində beş qələbə qazanıblar.

İdman.Biz xəbər verir ki, 55 kq-a qədər çəki dərəcəsində Rəşad Məmmədov Qırğızıstan təmsilçisi Ulan Muratbek Uuluna qalib gələrək dörddəbir finala yüksəlib və burada qazaxıstanlı Arsen Juma ilə qarşılaşacaq.

60 kq kateqoriyasında Nihat Məmmədli amerikalı Maksvel Bleki məğlub edib və 1/4 finalda qazaxıstanlı Yerbol Kamaliyevlə mübarizə aparacaq. Nihad Quluzadə də turnirə uğurla başlayıb, qazaxıstanlı Akjol Tuyakovu üstələyib və dörddəbir finalda türkmənistanlı Azatcan Açilovla görüşəcək.

72 kq çəkidə Ruslan Nurullayev hindistanlı Sourav Ranaya qalib gəlib və növbəti raundda macarıstanlı Kriştian Vantsa ilə qarşılaşacaq. 82 kq kateqoriyasında Tuncay Vəzirzadə qazaxıstanlı Almir Tolebayev üzərində qələbə qazanıb və dörddəbir finalda qırğızıstanlı Akjol Mahmudovla güləşəcək.

Qeyd edək ki, 97 kq çəki dərəcəsində Murad Əhmədiyev 1/8 finalda gürcüstanlı Qiorqi Meliyaya sonuncu alınan xal prinsipinə görə məğlub olub - 2:2.

14:53

Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" reytinq turnirində Azərbaycanın yunan-Roma güləşçiləri növbəti görüşlərinə çıxıblar.

İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Məmmədov 1/8 final mərhələsində Qırğızıstan təmsilçisi Ulan Muratbek Uulu ilə qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə üstələyən güləşçimiz 1/4 finala vəsiqə qazanıb.

82 kq çəki dərəcəsində çıxış edən Tuncay Vəzirzadə də uğurlu startı ilə yadda qalıb. O, Qazaxıstan idmançısı Almir Tolebayevlə qarşılaşmada inamlı təsir bağışlayaraq 4:0 hesablı qələbə qazanıb və adını növbəti mərhələyə yazdırıb.

Lakin 97 kq çəkidə yarışan Məhəmməd Əhmədiyev üçün turnir uğursuz yekunlaşıb. Təsnifat mərhələsində UWW bayrağı altında çıxış edən Artur Sarksyanla qarşılaşan güləşçimiz rəqibinə 2:7 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

12:16

Albaniyanın paytaxtı Tiranada keçirilən "Məhəmməd Malo" reytinq turniri davam edir. Yarışın sonuncu günündə Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin doqquz üzvü qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, idmançılarımız altı çəki dərəcəsində mübarizəyə qoşulacaqlar. 55 kq çəkidə Rəşad Məmmədov 1/8 finalda Ulan Muratbek Uulu (Qırğızıstan) ilə qarşılaşacaq. 60 kq çəki dərəcəsində iki təmsilçimiz xalçaya çıxacaq: Nihat Məmmədli Maksvell Hopper Blek (ABŞ), Nihad Quluzadə isə Akjol Tuyakov (Qazaxıstan) ilə 1/8 finalda üz-üzə gələcək.

72 kq çəkidə Ruslan Nurullayev hindistanlı Sourav Rana ilə, 82 kq-da Tuncay Vəzirzadə isə Almir Tolebayevlə (Qazaxıstan) 1/8 finalda güləşəcək. 97 kq çəki dərəcəsində Murad Əhmədiyev 1/8 finaldan, Məhəmməd Əhmədiyev isə 1/16 finalda Artur Sarksyanla (UWW) mübarizəyə başlayacaq.

Ağır çəkidə (+130 kq) Beka Kandelaki 1/8 finalda Alimxan Sızdıkov (Qazaxıstan), Sərxan Məmmədov isə Əli İlyasov (UWW) ilə qarşılaşacaq.

Hazırda Azərbaycan yığmasının aktivində altı medal var. Ziya Babaşov (63 kq) qızıl, Sakit Quliyev və Rəşid Babazadə gümüş, İslam Bazarqanov, Cəbrayıl Hacıyev və Arseni Djioyev isə bürünc medal qazanıblar.

Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 23:49

Vüsalə Hacıyeva Gənclər Arasında Cüdo üzrə Avropa Kubokunda Gümüş Medal Qazanıb

Futbol
Bu gün, 23:36

"Barselona"nın sabiq ulduzu Munir El-Həddadi İrandakı gərginlik səbəbindən Türkiyəyə qaçdı

Futbol
Bu gün, 23:30

Bundesliqa: "Ayntraxt" və "Ştutqart" qələbələri, "Frayburq" və "Volfsburq" məğlubiyyətləri

Futbol
Bu gün, 23:30

"Fənərbaxça" "Antalyaspor"la heç-heçə edərək xal itirdi

Futbol
Bu gün, 23:25

Seriya A: "Torino" və "Sassuolo"dan qələbələr, "Milan"dan çətin qələbə – YENİLƏNİR + VİDEO

Futbol
Bu gün, 23:19

Superliqa: "Fənərbağça"dan "Antalyaspor" ilə oyunda xal itkisi, digər heç-heçələr - YENİLƏNİB + VİDEO

Güləş
Bu gün, 23:07

Tiranada "Muhamet Malo" turniri: Azərbaycan güləşçilərindən qələbələr, final görüşləri və medallar

Futbol
Bu gün, 22:58

Premyer Liqada "Arsenal", "Fulhem" və "Mançester Yunayted" qələbələri - YENİLƏNİB + VİDEO

Futbol
Bu gün, 22:57

"Qarabağ" - "Sabah" Matçının Videoicmalı (3:3)

Futbol
Bu gün, 22:52

Qurban Qurbanov "Sabah"ın köməkçi məşqçisinin "Qarabağ"a qarşı ədəbsizliyindən danışıb

Futbol
Bu gün, 22:48

Qurban Qurbanov "Sabah"la oyundan və rəqib məşqçisinin hərəkətindən danışdı

Futbol
Bu gün, 22:42

Liqa 1: "Brest", "Lill" və "Paris"dən qələbələr, "Loryan" və "Oser"dən heç-heçə - YENİLƏNİR

Futbol
Bu gün, 22:41

"Arsenal" "Çelsi"ni məğlub edərək liderliyini qorudu

Futbol
Bu gün, 22:32

Valdas Dambrauskas: "3:0-dan sonra itirilmiş xallar kimi qiymətləndiririk"

Boks
Bu gün, 22:27

Bilalhəbaşi Nəzərov "Strandja" turnirində gümüş medal qazandı

Futbol
Bu gün, 22:09

Martin Edeqorun "Çelsi" ilə matçda oynamamasının səbəbi açıqlandı

Futbol
Bu gün, 22:05

Qurban Qurbanov: "Ola bilsin ki, futbolçular "Sabah"ın gücünü tam bilmirdilər"

Futbol
Bu gün, 22:01

Valdas Dambrauskas: "Qarabağ"ın təcrübəsi öz rolunu oynadı (Sabah-Qarabağ matçı sonrası)

Futbol
Bu gün, 21:57

Ozancan Kökçünün komandası "Volendam" "Qroninqen"ə qalib gəldi

Futbol
Bu gün, 21:51

Valdas Dambrauskas: Karyeramda ilk dəfə 3:0 üstünlüyü əldə etdiyimiz matç heç-heçə bitdi

Futbol
Bu gün, 21:39

"Qarabağ" - "Sabah" oyununda qalmaqalın səbəbi: "Sabah" məşqçisinin qeyri-etik jesti

Futbol
Bu gün, 21:28

La Liqa: "Valensiya" "Osasuna" üzərində minimal hesablı qələbə qazandı, "Elçe" və "Espanyol" heç-heçə etdi - YENİLƏNİR

Futbol
Bu gün, 21:27

"Turan Tovuz" - "İmişli" Matçının Video İcmalı

Oxşar xəbərlər